Buzlu suyun insana zərərləri

Buzlu suyun insana zərərləriİnsan bədən istiliyi 36,5 ilə 37,5 ° C arasındadır. Bu temperaturu bir neçə dərəcə qaldırsanız, orqanizmdə müxtəlif problemlər yaranar, bədən qızar və sonra homeostaz vəziyyətinə düşər, yəni normal fəaliyyətinə qayıtmağın yolunu tapmağa çalışar.
Mütəxəssislər buzlu suyun bədən sistemində ümumi temperaturun əksinə bir temperaturda olduğunu, müntəzəm olaraq buzlu suyun içilməsinin ürək və həzm sisteminə mənfi təsir göstərə biləcəyini bildirirlər. Onların sözlərinə görə, buzlu su içmək yalnız müvəqqəti rahatlama təmin edə bilər, müntəzəm qəbulu isə bədən sağlamlığına mənfi təsir göstərir.
Milli.Az lent.az-a istinadən buzlu suyun 8 təhlükəsini təqdim edir:
1. Ürək döyüntüsünü azaldır
Buzlu su içmək ürək döyüntüsünü aşağı salır. Araşdırmalar göstərib ki, buzlu su içmək vagus sinirini stimullaşdırır. Simpatik və ya ürək siniri də adlandırılan vagus siniri, bədənin qeyri-iradi hərəkətlərini idarə edən avtonom sinir sisteminin mühüm hissəsidir. Vagus siniri ürək dərəcəsinin azalmasına vasitəçilik edir və soyuq su ürək dərəcəsinin azalmasına səbəb olan sinir üçün bir stimul kimi çıxış edir. Ona görə də suyu normal temperaturda içmək lazımdır. Beyin temperaturun dəyişməsinə həssasdır və buna görə də soyuq su içərkən donur, belə daimi reaksiya beyin üçün yaxşı deyil.
2. Həzmi ləngidir
Buz kimi soyuq su içmək qan damarlarınızın daralmasına səbəb olduğu üçün qidaların həzm prosesinə maneə törədir. Bu, həzm prosesini ləngidir və qidanın düzgün həzm olunmamasına səbəb olur. Bu zaman qida maddələri orqanizm tərəfindən sağlam şəkildə mənimsənilmir.
3. Şişkinlik və qəbizliyə səbəb olur
Yeməklər arasında buzlu su içmək həzm sisteminiz üçün mənfi nəticələrə səbəb ola bilər. Soyuq suyun damarları daraldıcı təsiri var. Qidalar daha az sorulur və bağırsaq tranziti pozulur. Çox vaxt şişkinlik və ya qəbizlik kimi həzm problemləri baş verir.
Ətraflı
4. Baş ağrısına səbəb olur
Yəqin ki, bu vəziyyəti yaşamısınız. Buzlu bir içki içdikdən sonra ani baş ağrısı yaşamaq olduqca yayqındır. Alında olan bu qısa müddətli ağrılar çox soyuq içkilər və qidaların qəbulu nəticəsində yaranır. Buna beyin donması deyilir. Unutmayın ki, çox soyuq bir içki də miqrenlərə səbəb ola bilər. Buna görə də miqren tutması zamanı soyuq su içmək məsləhət görülmür.
5. Enerji səviyyələrini aşağı salır
Nə olursa olsun, bədən ideal temperaturu saxlamağa çalışır. Maddələr mübadiləsinin rolu budur. Çox soyuq su içdiyiniz zaman bədən istiliyiniz düşür və bədən onu bərpa etmək üçün işləməyə başlayır. Bu vacib işi yerinə yetirmək üçün enerjini cəmləşdirir. Bu enerji cəmləşməsi digər metabolik funksiyaların hesabına həyata keçirilir.
6. Bədənə "hücum edir"
İdmanla məşğul olanda və ya fiziki işdən sonra maddələr mübadiləsi sürətlənir və bədən istiliyi yüksəlir. Məşqdən dərhal sonra buz kimi bir içki içsəniz, bədən üçün şok çox böyük olacaq. Orqanizm bunu hücum kimi hiss edir. Bu, mədə ağrısı və ya həzm problemlərinə səbəb ola bilər.
7. Dərmanların təsirini azaldır
Buzlu su həzmi ləngidir. Ona görə də dərmanları bir stəkan buzlu su ilə içsəniz, onları daha az həzm edərsiniz. Bədəniniz onları daha az udur. Buna görə də dərmanların effektivliyi azalır.
8. Oynaq ağrılarını oyadır
Bəzi insanlarda çox soyuq içki içmək də oynaq ağrılarına səbəb ola bilər. Bu, xüsusilə revmatik xəstələr üçün doğrudur. Odur ki, oynaq ağrılarınız varsa, çox soyuq içkilərdən uzaq durmaq faydalıdır.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1425   Tarix: 19 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy makiyajlari maskalar qadin sayti qadın hüquqları kəpəyə qarşı xarici seks fitness kosmetika xeyanet rus dilini öyrənək 2 ci dərs eqreb badambura qz eviyçun hakışta