Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar

Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlarBuz tətbiqi digər adı ilə kriyoterapiya, sağlamlıq və ya reabilitasiya məqsədilə soyuq kompres, buz masajı və ya üz vannası vasitəsilə həyata keçirilən soyuq müalicə üsuludur. Bu prosedur adətən nazik bir parçaya bükülmüş buz, buz rolikləri və ya xüsusi soyuducu kürələrin dairəvi hərəkətlərlə üz nahiyəsində gəzdirilməsi ilə icra olunur.
Milli.Az xəbər verir ki, buzun damarları daraltma, iltihab əleyhinə təsir və limfatik drenajı dəstəkləmə mexanizmləri dermatologiya və estetik təbabətdə geniş istifadə olunur. Lakin ev şəraitində edilən buz baxımı ilə kliniki kriyoterapiya prosedurları arasında ciddi fərqlər var və bu tətbiqin elmi sübut dərəcəsi hələ də inkişaf etməkdədir.
Buz dəri ilə təmas etdikdə, bədənin temperatur tənzimləmə mexanizminin bir parçası olaraq vazokonstriksiya yəni qan damarlarının anlıq daralması reaksiyası baş verir. Bunun ardınca bədən temperatur dəyişikliyinə qan dövranını artırmaqla cavab verir (soyuq qaynaqlı termogenez).
Qan damarları əvvəlcə daralıb, sonra genişləndikcə dəri hüceyrələrinə daha çox oksigen və qida maddələri daşınır. Eyni zamanda, lenfatik sistem vasitəsilə tullantı maddələrin uzaqlaşdırılmasını təmin edən bir növ təmizləmə effekti yaranır.
Üzə buz tətbiqinin potensial faydaları
Qan damarlarını anında daraldaraq səhər şişkinliyini və ümumi iltihabı minimuma endirir.
Göz ətrafındakı qan dövranını yaxşılaşdırır, dərini sıxılaşdırır və yorğun gözlərin daha parlaq və gümrah görünməsinə kömək edir.
Lokal qızartı və şişkinliyi azaldaraq qıcıqlanmış, iltihablı sivilcələri yatırdır.
Soyuq dərini keçici olaraq sıxılaşdırır, məsamələrin daha kiçik görünməsini təmin edir və makiyaj üçün hamar zəmin yaradır.
Buzun yaratdığı ilkin daralmadan sonra bədənin daxili reaksiyası qan dövranını artırır və üzə sağlam bir canlılıq (qızartı) qazandırır.
Müntəzəm istifadə xüsusilə yağlı dərilərdə həddindən artıq yağ istehsalını müvəqqəti olaraq azaltmağa kömək edir.
Yüngül günəş yanıqları və qıcıqlanmalarda ağrı və yanma hissini keçici olaraq yüngülləşdirir (buzu birbaşa yox, parçaya bükərək tətbiq etmək şərtdir).
Alın və gicgah nahiyəsinə edilən soyuq kompres, sinir keçiricilik sürətini müvəqqəti yavaşudaraq miqren ağrılarını yüngülləşdirə bilir.
Doğru tətbiq qaydası necə olmalıdır?
Buz heç vaxt dəriyə birbaşa toxundurulmamalıdır. Onu təmiz bir bezə, yumşaq dəsmala bükmək və ya xüsusi buz rulonlarından (ice roller) istifadə etmək lazımdır.
Üzü buzla silmək üçün ən yaxşı vaxt dərini təmizlədikdən sonra və digər qulluq vasitələrini (serum, krem) vurmazdan əvvəldir. Təmiz dəri buzun effektini artırır və məhsulların daha yaxşı sorulmasına şərait yaradır. Səhər saatlarında tətbiq daha çox üstünlük təşkil edir.
Tipik bir seans ümumilikdə 1-2 dəqiqə sürməlidir. Hər bir nahiyəyə (məsələn, təkcə yanağa və ya alına) 30 saniyədən çox tətbiq edilməməlidir. Bir çox dəri tipi üçün həftədə 2-3 dəfə edilməsi kifayətdir.
Nəmi dəridə saxlamaq və effekti artırmaq üçün buzdan dərhal sonra gündəlik serum, göz kremi və nəmləndiricinizi çəkin.
Hansı dəri tiplərində ehtiyatlı olunmalıdır?
Hər dəri soyuğa eyni reaksiyanı vermir. Aşağıdakı hallarda buz tətbiqindən qaçınmaq və ya çox diqqətli olmaq lazımdır:
Soyuq şoku dərədə güclü iltihaba, qızartıya və qıcıqlanmaya səbəb ola bilər.
Rozasea (çəhrayı civzələr) və ekzema: Kəskin temperatur dəyişiklikləri bu xəstəlikləri ciddi şəkildə alovlandıra bilər.
Buz dərinin təbii yağlarını yox edərək qabıqlanmanı və diskomfortu artıra bilər.
Dondurucu temperatur zəif və incə divarlı qan damarlarının partlamasına yol açaraq üzdə qırmızı damar görünüşünü artıra bilər.
Dəriniz soyulursa, yanıbsa və ya yaxınlarda hər hansı kosmetoloji prosedurdan çıxıbsa, dərini daha çox travmaya məruz qoymamaq üçün buzdan uzaq durun.
Bu nadir vəziyyətdə buzla təmas kəskin səpki (pörşümə) və hətta anafilaktik şok törədə bilər; mütləq dermatoloqa müraciət edilməlidir.
Geniş yayılmış yanlış təsəvvürlər və reallıqlar
Səhv: "Buz gözenekləri kalıcı (daimi) olaraq kiçildir."
Doğru: Xeyr, buz damarları daraldaraq yalnız qısamüddətli sıxılaşma effekti verir. Dəri normal temperaturuna qayıtdıqda məsamələr köhnə ölçüsünə dönür. Məsamə ölçüsü genetik faktorlardan asılıdır.
Səhv: "Buz tətbiqi qırışları tamamilə yox edir."
Doğru: Qırışların görünüşünü müvəqqəti azaltsa da, dərinin yaşlanma səbəblərini aradan qaldırmır. Qalıcı anti-aging (yaşlanma əleyhinə) təsir üçün retinoidlər, günəş qoruyucuları və kimyəvi pilinq kimi elmi əsaslı dermatoloji müalicələr şərtdir.
Səhv: "Hər gün buz tətbiq etmək dəri baryerini gücləndirir."
Doğru: Aşırı soyuğa hər gün məruz qalmaq dəri baryerini zəiflədə bilər və xüsusilə quru/həssas dərilərdə ciddi qıcıqlanmaya səbəb olar.
Səhv: "Buz birbaşa üzə sürtülə bilər."
Doğru: Doğrudan təmas dəridə buz yanığına (frostbite) və donmaya səbəb ola bilər. Buz mütləq bir bezə bükülməlidir.
Nə zaman həkimə müraciət edilməlidir?
Tətbiqdən sonra qızartı, şişkinlik və ya qaşıntı 24 saatdan uzun sürərsə; soyuğa bağlı döküntü yaranarsa; həmçinin rozasea, ekzema və ya psoriaz (pullu dəmrov) kimi xroniki xəstəliklər zamanı buzdan istifadə etmək istədikdə.
Soyuq allergiyası şübhəsi olduqda (soyuq dəydikdə təkrarlanan qabarıq səpkilər və qaşıntı); buzun tətiklədiyi baş ağrısı və ya üzdə hissiyyat itkisi yarandıqda.
Üzə buz qoyduqdan sonra üzdə, dodaqlarda və ya dildə şişmə, nəfəs darlığı, baş gəllənməsi (anafilaksiya əlamətləri) yaranarsa, dərhal təcili yardıma gedilməlidir. Həmçinin birbaşa və uzunmüddətli buz təması nəticəsində dəridə ağarma, tam hissiyyat itkisi və rəng dəyişikliyi (soyuq yanığı - frostbite) baş verərsə, vaxt itirmədən həkimə müraciət olunmalıdır.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 866   Tarix: 08 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

.

Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?

"Kosmetik məhsulların düzgün seçilməsi və istifadəsi insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

.

Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları

Xroniki yorğunluq sindromu (həmçinin "Mialgik Ensefalomielit" adlanır) istirahətlə keçməyən, gündəlik fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıran dərin fiziki və zehni yorğunluğa səbəb olan mürəkkəb və uzunmüddətl

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

İsti hava insult riskini artırır - Həkimdən açıqlama

Yay aylarında isti hava səbəbindən küçədə özünü pis hiss edən və ya huşunu itirən insanlara tez-tez rast gəlinir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür hallar hər zaman sadəcə günvurma olmaya, insultun əlaməti də ol

.

Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır

Yay fəslində bir çox insan mümkün qədər tez qaralmağa çalışır. Lakin bərabər və qızılı dəri tonu yalnız xarici görünüş deyil, həm də sağlamlıq məsələsidir. Günəş yanıqlarından, piqmentasiyadan və dərinin vaxtından əvvəl qocalmasında

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?

Yayda kondisioneri 24-25C-də işlətmək həm rahatlıq, həm də sağlamlıq baxımından daha uyğundur. Bu temperatur otağı sərin saxlayır, eyni zamanda bədənin kəskin soyumasının qarşısını alır. xəbər verir ki, mütəxəssislər otağ

.

Tünd şokolad ürəyə necə təsir edir?

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. -a istinadən bildirir ki

turlar.az

maskalar hamiləlik toy gecesi badam fatimə fətəliyeva sonsuzluq və onun müalicəsi hamilə geyimləri kosmetika veten haqqinda bayatilar qu quşu mikayıl abdullayev qaynana dolca