Çayı şəkərsiz içmək zərərlidir - SƏBƏB

Çayı şəkərsiz içmək zərərlidir - SƏBƏBÇay dünyada ən məşhur içkilərdən biridir. Daha dəqiq desək, reytinqdə çay sudan sonra ikinci yeri tutur. Bəşəriyyət bu içkini 4000 ildir tanıyır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, çeşidindən asılı olaraq, çay canlandırıcı və ya sakitləşdirici təsir göstərə bilir.
Qışda isti çayı isinmək üçün, yayda isə soyuq çaydan təravətləndirici xüsusiyyətinə görə istifadə edilir.
Ancaq son illr əsas müzakirə mövzusu çaya şəkər əlavə etməklə bağlıdır. Sağlam həyat tərzinin getdikcə daha çox əhəmiyyət qazandığı bir dövrdə çayı şəkərsiz içənlərin sayı da artmaqdadır. Lakin şəkərsiz çayın zərərli olduğunu iddia edənlər də var.
Medicina.az xəbər verir ki, onlardan biri də peşəkar çay dequstatoru və çay miksologiyası üzrə Rusiya çempionu Natalya Larionovadır.
O iddia edir ki, şəkərli çay bir neçə üstünlüyə malikdir.
"Şirin çay qanda qlükoza səviyyəsini yüksəltdiyi üçün enerji verir. Bundan əlavə, zəiflik və ya başgicəllənmə hiss edirsinizsə, şəkərli çay içmək tövsiyə olunur. Bu, daha yaxşı hiss etdirəcək.
Şəkər çayın ləzzətini artırmaqla yanaşı, acılığını azaldır. Bu, bəzi qara çaylar - English breakfast, earl grey, südlü oolong və meyvə qarışıqları üçün keçərlidir".
Ekspertin fikrincə, çox güclü qara çayı yüksək göz təzyiqi diaqnozu qoyulmuş şəxslər ehtiyyatla içməlidir.
"Həmçinin çayın həddindən artıq istehlakı sidikqovucu təsirə görə susuzluğa səbəb ola bilər. Çaya süd əlavə olunduqda bu təsir daha da artır. Ona görə də xüsusilə isti havalarda şəkərsiz çay əvəzinə bir stəkan su içməklə maye itkisini önləmək məsləhətdir".
Tibb elmləri namizədi, qastroenteroloq-hepatoloq Olqa Arişeva isə qeyd edir ki, qara və yaşıl çayların tərkibində kofein və taninlər var:
"Ona görə də, xüsusilə yuxusuzluqdan əziyyət çəkən və ya uzun müddət yuxuya gedə bilməyənlərə yatmazdan əvvəl çay içmək məsləhət deyil.
Həmçinin, çay diş minasının rənginə təsir edə, hətta flüoru dişlərdən yuya bilər".
Həkim bildirir ki, çayı şəkərsiz içmək əvəzinə alternativ dadlandırıcılardan istifadə emtək olar. Buraya bal, ağcaqayın siropu, hind qozundan əldə edilən şəkər və ya stevia tozu daxildir.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1547   Tarix: 16 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

sac duzumleri qadin dunyasi geyim necə seçməli bürclər xanımlar yay paltarlari 2026 badimcan tursusu hazirlanmasi kosmetika hakisda bayatı hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz atalar sozu novruz haqistalari