Çayxorlara pis xəbər
Həddindən artıq isti içkilərə üstünlük verənlərdə qida borusu xərçəngi riski əhəmiyyətli dərəcədə yüksəlir.
Milli.Az xəbər verir ki, bu barədə "SM-Klinika"nın onkoloq-ximioterapevti Liana Sadykova xəbərdarlıq edib.
Onun sözlərinə görə çox isti qəhvə və ya çay selikli qişaya mütəmadi termiki zədə vurur, bu isə xroniki iltihaba və zamanla bədxassəli şişə çevrilə bilən dəyişikliklərə gətirib çıxarır.
Mütəxəssis əlavə edib ki, tərkibində hazır yeməklər, çox yağlı, kəskin və qızardılmış qidalar olan rasion da mədə və bağırsaq şişlərinin ehtimalını artırır. Sadykova "ayda bir dəfə kabab normaldır, lakin yağlı qızardılmış ətə davamlı üstünlük verənlərdə risk xeyli yüksəlir" deyə vurğulayıb.
Onkoloqun sözlərinə görə, azhərəkətli həyat tərzi fonunda nəzarətsiz çəki artımı da təhlükə yaradır. Piylənmə zamanı hormonal balans pozulur, bu isə qadınlarda süd vəzi, kişilərdə isə prostat xərçəngi riskini artırır.
Sadykova siqareti də ən zərərli vərdişlərdən biri kimi qeyd edib. O bildirib ki, tütün tüstüsünün toksinləri qısa müddətdə ağciyər və mədəaltı vəzi hüceyrələrinə ciddi ziyan vurur.
Xəstəliklərin qarşısının alınması üçün mütəxəssislər normal temperaturda içkilərə üstünlük verilməsini, rasionun balanslaşdırılmasını, çəkinin nəzarətdə saxlanılmasını və zərərli vərdişlərdən imtinanı tövsiyə edirlər.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO