Cinsi istəksizlik, quru dəri, gözlərdə quruluq, görmə zəifliyi, vaxtından əvvəl qocalıq –Sizdə bu vitamin çatışmır

Cinsi istəksizlik, quru dəri, gözlərdə quruluq, görmə zəifliyi, vaxtından əvvəl qocalıq –Sizdə bu vitamin çatışmırA vitamini dəri, saç, dırnaq və dişlərin normal inkişafı üçün vacib vitamindir. O olmasa biz gözümüzlə ətrafı rəngli görə bilmərik, cinsiyyət hormonlarımız olmaz, immunitetimiz çalışmaz.

Əgər bir insan gündəlik A vitamini dozasını normasında almırsa, onda avitaminoz yaranır, fəsadlarını isə saymaqla bitməz. Medicina.az A vitamini barədə ən dolğun məlumatı təqdim edir.

Vitamin A nədir?

Retinol – A vitamini yağlı həll olan vitamindir, 1920-ci ildə kəşf edilib. İlk dəfə kökdə tapılıb, ona görə onun sənaye adı karotinoiddir.
A vitamini orqanizmə efir yağı kimi düşür, nazik bağırsaqda parçalanır, qaraciyərə ötürülür. Orda depolaşır. Lazım olduqda ordan qanla orqanizmə ötürülür.
Böyük insanın gündəlik dozası 1 mq- 3300 Me–dir. Vitamini qida ilə əldə etmək mümkündür.

Bəzən olur ki, insan kifayət qədər A vitamini qəbul edir, amma orqanizmdə sovrulmur. Bu mədə-bağırsaq pozğunluğu ilə əlaqəli ola bilər. Həmçinin qaraciyər xəstəliyi, sirrozda, lyambliya, qurd, parazit olduqda, xroniki diareya, piylənmə, şəkərli diabet zamanı də bu vitamin yaxşı mənimsənilmir.
Hamiləlik, gərgin fiziki, zehni iş, stres, temperatur dəyişikliyi zamanı da insanda A vitamini yaxşı mənimsənilmir, çatışmazlıq hiss oluna bilir.

Necə bilməli ki, A vitamini azdır?

Qan analizi ilə vitamin əskikliyi təsdiq olunur. Sonra qastroenteroloqa müraciət edilir. Əgər gözdə problem varsa, o zaman oftalmoloqa da getməlisiz.
Həkim ilk öncə xüsusi dieta, qidalanma təyin edərək, defisiti qida ilə aradan qaldırmalıdır. Əgər bu effekt verməsə, kapsula təyin olunur. Amma unutmayın ki, A vitamini qəbul edən zaman E vitamini də olmalıdır ki, bağırsaqda retinolun turşulaşmasının qarşısını alsın. Yaxşı olar ki, vitamin az miqdarda bitki yağı ilə birgə qəbul olunsun.
A vitaminin əskikliyinin əlamətləri:

1-Ilk növbədə görmədə pozğunluq, toyuq korluğu deyilən vəziyyət yaranır. Qaranlıq yerdən işıqlı yerə və ya əksinə keçəndə insanın gözü 7-8 saniyəlik qaralırsa, deməli A vitamini azdır. Əgər bu defisit düzəlməsə, bir müddətdən sonra buynuz qişanın kökü quruyacaq, naziləcək. Daha sonra büllur qaralacaq, gözlərdə eroziya başlayavaq.

2-Dəri və selikli qişalar quruyur, çatlayır, yaralar əmələ gəlir. Dəridə sızanaq, akne, çapıq, dəlik, qırışlar vaxtsız və sürətlə artır. İnsan qocalır.
3-Dırnaqlar və saçlar quruyur, tez qırılır, saçlar tökülür.

4-Sidikdə pH balansı pozulduğu üçün böyrək və sidik yolları daşları yaranmağa başlayır.
5-A vitamini az olduqda libido azalır, cinsi istəksizlik yaranır, hətta qadınlarda menstruasiya itə bilər.
6-Ümumi halsızlıq, yorğunluq, impotensiya, yuxululuq

7-Quruyan, qabıqlanan dəri varsa, deməli A vitamini çatışmır.
Hansı ərzaqlarda var?

Kök, balqabaq, kabak, ispanaq, bibərlər, kahı, pomidor, çəhrayı sarı meyvələr, mal və balıq qaraciyəri, yumurta sarısı

Xəbərlər     Baxılıb: 2385   Tarix: 04 yanvar 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

hamilelikde qidalanma yay kolleksiyasi geyim şəkilləri usaq masajlari qısa saçların yığılması dəriyə qulluq daglar haqqinda kosmetika toyuq salati atalar sozleri ağır itki dovsan faydalı maskalar