Çirkli ev sağlamlığınız üçün faydalı ola bilər – İlginc açıqlama

Çirkli ev sağlamlığınız üçün faydalı ola bilər – İlginc açıqlamaEvini tez-tez təmizləməyən insanların sizdən daha sağlam olmasında məhz "pintilik" amili rol oynaya bilər?
Bu, qeyri-mümkün səslənsə də, elm adamları məişət mikroblarının sağlamlıq üçün faydalı ola biləcəyini deyirlər.
Mütəxəssislərin fikrincə, bədənimizin bakteriyalar, viruslar və mikroblardan ibarət mikrobiomu olduğu kimi, eynilə evlərin, ofislərin və hətta xəstəxanaların da özünəməxsus mikrobiomu var.
Toronto Universitetinin dosenti Sara Henesin sözlərinə görə, necə ki, insanlarda mikrobların sağlam balansının saxlanması xəstəliklərin qarşısını almaqda əsas amillərdəndir; evimizdəki mikrobların sağlam qarışığı da sağlamlığımıza və rifahımıza müsbət təsir göstərə bilər.
Onun tədqiqatları qapalı məkan mikrobiomasına diqqət yetirməklə binaların insan sağlamlığına necə təsir etdiyinə fokuslanır. O, insanların sağlamlıqlarını yaxşılaşdırmaq üçün probiyotik qəbul etmələrinə əsaslanaraq, gələcəkdə evlərimizə də probiotik əlavə edə biləcəyimizi və oradakı mikrobiomu dəyişdirə biləcəyimizi proqnozlaşdırır.
"Good Health"ə danışan həkim bunları deyib:
"Biz vaxtımızın təxminən 90 faizini qapalı yerlərdə keçiririk. Buna görə də evlərimizin və vaxtımızı keçirdiyimiz digər məkanların vəziyyəti sağlamlığımız üçün çox vacibdir. Qapalı məkanların mikrobiomu ideal olaraq içimizdəki mikrobiom qədər balanslı olmalıdır".
Bəzi mütəxəssislər "probiotik arxitektura", yəni ev tikintisində istifadə olunan materialların faydalı bakteriyalarla hazırlanması yolları üzərində çalışırlar.
Tədqiqatçılar tərkibində dost bakteriyalar olan təmizləyici məhsullardan istifadə etməklə xəstəxanalarda mikrobiomu dəyişdirmək yolları üzərində də işləyirlər.
Qapalı məkanlardakı mühitin bizi xəstə edə biləcəyi fikri uzun müddətdir ki, müzakirə edilir. 1983-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı zəif havalandırma və müasir işıqlandırma ilə əlaqəli yaranan baş ağrısı, xırıltı və göz axıntısı kimi simptomları təsvir etmək üçün ilk dəfə "xəstə bina sindromu" terminindən istifadə edib.
Bununla belə, Dr. Sara endogen mikrobiomun yeni inkişaf edən bir elm sahəsi olduğunu deyir.
Çikaqo Universiteti tərəfindən aparılan bir araşdırmada tədqiqatçılar yeddi ailədən evlərindəki işıq açarlarını, döşəmələri və sayğacları təmizləmələrini istəyiblər. Beləliklə, hər evdə fərqli mikrobiota olduğu üzə çıxıb. 2014-cü ildə aparılan bu araşdırmanın nəticələri "Science" jurnalında dərc edilib. Altı həftəlik araşdırma daha bir maraqlı nüansı üzə çıxarıb. Belə ki, həmin ailələrdən üçü yeni evə köçdükdə alimləri təəccübləndirən dəyişiklik qeydə alınıb. Cəmi bir neçə saat sonra onların yeni evlərindəki mikrobiom tamamilə dəyişib.
Nəticələr göstərdi ki, insanlardan qaynaqlanan mikroblar qapalı mikrobiomaya ən çox təsir göstərən amildir.
Antibiotiklərdən istifadə bədənimizdəki yaxşı və pis bakteriyaları öldürdüyü kimi, ağardıcı və yuyucu vasitələr də pis bakteriyaları uzaqlaşdırarkən yaxşı bakteriyaları da məhv edir, beləliklə mikrobiomu pozur.
İtaliyanın Ferrara Universitetinin tədqiqatçıları Covid-19 epidemiyası zamanı uşaq xəstəxanasında iki ay ərzində kimyəvi dezinfeksiyaedicilər əvəzinə probiotik əsaslı dezinfeksiyaedici maddələrdən istifadə etməyə çalışıblar. Tədqiqatçılar 2022-ci ildə "Infection and Drug Resistance" jurnalında nəticələri dərc etdiriblər.
"Xəstəxana mikrobiomları infeksiyalara səbəb ola biləcəyindən və sərt yuyucu vasitələrdən istifadə antimikrobiyal müqavimət təhlükəsi yaradacağından, məqsədimiz mikrobiomun tarazlığını pozmadan ətraf mühitin steril saxlanılıb-saxlanamayacağını görmək idi", - deyə onlar bildiriblər.
Əvəz etdikləri təmizləyici məhsulda üç növ probiotik Bacillus bakteriyası (B. subtilis, B. pumilus və B. megaterium) var idi, otaq və səthlər hər zamanki kimi gündə iki dəfə təmizlənirdi.
Nəticələr göstərdi ki, səthlərdə 80 faiz daha az patogen (infeksiyaya səbəb olan bakteriya) var. Başqa sözlə, təmizləyici məhsulun tərkibindəki faydalı bakteriyalar təmizlənmiş səthlərin yenidən zərərli bakteriyalarla dolmasının qarşısını aldı. Kimyəvi dezinfeksiyaedici yenidən tətbiq edildikdə isə təsirlər əksinə oldu.
Mançester Metropoliten Universitetinin professoru Mark Enrayt deyir ki, çamaşır suyundan istifadə etmək hər şeyi öldürəcək:
"Bu halda patogen bakteriyalar səthə çıxanda onunla rəqabət aparacaq və yapışmasının qarşısını alacaq heç nə qalmır. Bakteriyalar digər bakteriyaları öldürə bilən birləşmələr istehsal edir. Odur ki, tez-tez kimyəvi məhsullarla evləri təmizləmək, yararlı mikrobları məhv etmək o qədər də yaxşı fikir deyil".
Milli.Az

Xəbərlər     Baxılıb: 1584   Tarix: 18 may 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

yaz geyimleri 2026 aksessuarlar toy makiyajlari üzdə sızanaqlar ciyer qovurmasi qadin ve kisinin seksi göyəmin faydası kosmetika cinsi əlaqə novruz bayrami hakisda ana haqqinda bayati hakisda sağlamlıq