Daş böyrək çatışmazlığı əmələ gətirir

Daş böyrək çatışmazlığı əmələ gətirirİnsan yaşa dolduqca bəzi xəstəliklərlə üzləşir. Bunlardan biri də öddə, böyrəkdə olan daşlardır ki, onların əmələ gəlməsində səbəb orqanizmdə olan çöküntülərdir.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bunlar arasında ən təhlükəlisi böyrək daşıdır. 
Böyrək paxlayabənzər cüt orqan olub, uzunluğu 10-12 santimetrdir. Həmçinin böyrək arterial təzyiqin normada saxlanılmasında böyük rol oynayır, sümük toxumasının yaranmasında iştirak edir. Sidiyin əmələ gəlməsində və xaric olunmasında böyrəklərin rolu böyükdür. Bu zaman hansısa bir pozğunluq yarandıqda, böyrəkdə mineral çöküntülər əmələ gəlir. Get - gedə bu çöküntülər daşlaşır və  böyrək daşı əmələ gəlir. Böyrəkdə daş əmələ gəlməsinin əsas səbəblərindən bir də maddələr mübadiləsinin və su-duz balansının pozulmasıdır. Duz balansı pozulduqda  böyrəkdə duzun miqdarı artır, duz daşlaşmağa başlayır. Oturaq həyat tərzi də böyrəkdə daş əmələ gəlməsinə səbəb olan amillərdəndir. Oturaq həyat şəraiti kalsiumun sümüklərdən xaric olmasını sürətləndirir, qanda kalsiumun miqdarı yüksəlir, sidiklə ifrazı artır. Bu da daş əmələ gəlməsini sürətləndirir.
Qidada ət yeməklərinin üstünlük təşkil etməsi urat daşlarının, süd məhsullarının çox olması isə fosfat daşlarının əmələ gəlməsinə şərait yaradır. Müasir dövrdə daha çox oksalat daşlarına rast gəlinir. Sistin daşlara isə çox nadir hallarda rast gəlmək olur.
Daşlar ilk əvvəllər böyrəyin kasa-ləyən adlanan hissəsində əmələ gəlir. Burada olan zaman daş sidik axınına təsir etmir. Daş getdikcə sidik axınına düşür. Belə halda xəstədə dəhşətli ağrılar baş verir. Getdikcə daş daha da irəliləyir və sidik axarının mənsəbini tamamilə tutur. Bu zaman sidik xaric oluna bilmir, böyrəkdə yığışır. Ağrılar daha da kəskinləşir və bel nahiyəsinə, qarının aşağı hissələrinə vurur. Bu ağrılar aramla, günlərlə davam edə bilər. Belə halda hətta sidikdə qan da olur. Böyrək daşları sidik axınına mane olmadıqda, heç bir ağrı vermir. Böyrək daşı bəzən ürəkbulanma ilə də müşayiət olunur. Daşların uzun müddət böyrəkdə qalması, müalicə olunmaması böyrək çatışmazlığına gətirib çıxarır.
Müalicəsi:
Muasir tibbdə müxtəlif vasitələrdən istifadə etməklə böyrək daşlarını əritmək mümkündür. Böyrək daşlarına qarşı müalicə ilk əvvəl qanda sidik turşusunun miqdarını normallaşdırmaq və sidiyin reaksiyasını zəif turş xassəli etmək istiqamətinə yönəldilir. Bunun üçün xəstə ilk əvvəl pəhriz saxlamalıdır. Xəstəyə ikihəftəlik müalicə kursu təyin edirlər. Müalicə bir nəticə vermədikdə cərrahi - əməliyyata müraciət olunur. Ancaq bu üsüldan daha ağır hallarda istifadə olunur. Yəni, əgər daş sidik axarına yerləşərsə və onu parçalamaq qeyri-mümkün olarsa, bu zaman cərrahi - əməliyyata müraciət olunur. Bəzənsə daşları endoskopik yolla aradan qaldırırlar. Çox portağal yemək böyrək daşı əmələ gətirir.
Dünyada qadınların 60 faizi öd daşı, kişilərinsə 40 faizi böyrək daşı xəstəliyindən əziyyət çəkir.
Böyrək daşlarını ev şəraitində müalicə etmək üçün bunlardan istifadə oluna bilər:
· 1 çay qaşığı cəfəri yarpağını və 1 çay qaşığı cəfəri kökünü bir stəkan suda qaynadın. 2-3 saat dəmləyin. Hər gün yeməkdən 2 saat əvvəl 1 stəkan için.
· 2 xörək qaşığı itburnu kökünü 1 stəkan suda 15-20 dəqiqə qaynadın. Yun parçaya büküb, bir neçə saat saxladıqdan sonra gün ərzində 4 dəfə ½ stəkan qəbul edin.
· Böyrək daşlarına tozağacı yarpaqları da kömək edir. Yazda yarpaq yapışqan olan formada (yarpaqlar təzə çıxan vaxt 3 gün yapışqan olur) onları yığıb, qurudun. 1 stəkan qaynar suya 1 çay qaşığı quru yarpaqlardan töküb, yarım saat saxlayın. Gün ərzində 3-4 dəfə çay əvəzi için. İstəsəniz içərisinə bal da qata bilərsiniz.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1137   Tarix: 02 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

toy makiyaji sekilleri makiyaj instagram həkim məsləhəti arıqlamaq dietası insani ariqladan qidalar qızartma reseptləri yumurtlama dovru kosmetika veten haqqinda bayatilar sevda baldiza aid haxisda rəksanə veten seirleri