DƏHŞƏT! Anasının əsgərlikdən yeni gələn gənclə sevişdiyini görən Maarifə görün nə cəza verildi

DƏHŞƏT! Anasının əsgərlikdən yeni gələn gənclə sevişdiyini görən Maarifə görün nə cəza verildiBakıda anasının öldürməkdə ittiham olunan 16 yaşlı Maarif Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Xanim.az-ın lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Söz dövlət ittihamçısına verilib. Prokuror Maarif Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkən şəxsin hüquqi varisi Eldar Əliyev isə Maarif Əliyevə daha yüngül cəza verilməsini istəyib.

Maarif Əliyev də son söz deyərək əməlindən peşman olduğunu deyib.

Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Maarif Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Maarif Əliyevin babası Maarif Əliyev cinayət işi üzrə şahid qismində ifadə verib. O bildirib ki, Mədinənin böyük oğlu internetə girərkən anasının əsgərlikdən yeni gəlmiş gənclə söhbətləşdiyini görüb: "Oğlanı tanımırıq, sonradan şəklini görmüşük. Gəlinim oğlanla sevişirmiş. Oğlan nə deyibsə, bu da deyib ki, mən də səni sevirəm. Deyib ki, Sabunçuda nənəmgilə gələcəm, sən də gəl ora, söhbət edərik. Bunu da Mədinənin oğlu eşidib. Atəş açılanda heç birimiz səsi eşitməmişik. Hamımız evdə olmuşuq".

Qeyd edək ki, qətl ötən ilin dekabrın 18-də Sabunçu rayonun Zabrat-2 qəsəbəsi Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Orada məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.

Daha sonra Maarif Əliyev polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

İfadə verən Maarif Əliyev qətli namus üstündə törətdiyini bildirib.

Qeyd edək ki, Mədinə Qurbanovanın 4 övladı var. Maarif Əliyev onun ortancıl oğludur.

Maarif Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Xəbərlər     Baxılıb: 2073   Tarix: 07 iyul 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

kosmetika mehsullari makiyaj etmek qaydalari geymler 2026 qız bürcü sağlamlıq xəbərləri ərzaqlar boşanma səbəbləri kosmetika bahar xanim.az big.az sac duzumleri ariqlamaq