Dəm qazından zəhərlənmə. SİMPTOMLAR VƏ İLK YARDIM

Dəm qazından zəhərlənmə. SİMPTOMLAR VƏ İLK YARDIMSon vaxtlar dəm qazından zəhərlənmə ən tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir.
Dəm qazı (və ya karbon monoksid - CO) oksigen çatışmazlığı şəraitində təbii qaz, kömür, benzin, mazut və s. yanacaq növlərinin yanması zamanı əmələ gəlir. Dəm qazı çox güclü zəhərdir, orqanizm boyu sürətlə yayılır, ürək, beyin, qan, əzələləri zədələyir, insanın tez bir zamanda həlak olmasına səbəb olur. Dəm qazının heç bir xüsusi iyi, rəngi və ya dadı yoxdur.
Dəm qazından zəhərlənmə evin ventilyasiya sistemi pis işlədikdə, qaz sobası, hamam "kolonka"sı düzgün quraşdırılmadıqda və s. hallarda mümkündür.
Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün evin ventilyasiya sistemi yaxşı işləməli, hamam otağında və mətbəxdə mütləq hava çəkən ("vıtyajka") olmalı, mətbəxdə nəfəslik daim açıq qalmalı, hamam otağının qapısının aşağı hissəsində dəliklər açılmalıdır.
Dəm qazından zəhərlənmənin simptomları bunlardır:
- başgicəllənmə,
- baş ağrısı,
- gicgahlarda nəbzin vurulması,
- sinədə ağrılar,
- quru öskürək,
- təngənəfəslik,
- ürəkbulanma,
- qusma.
Daha ağır hallarda qıcolmalar, bayılma. Nəzərə almaq lazımdır ki, dəm qazından zəhərlənmiş insana vaxtında lazım olan yardım göstərilməzsə, o tez bir zamanda həyatını itirə bilər.
Dəm qazından zəhərlənmə zamanı ilk yardım:
- zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə)
- əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq
- ona yarıoturaq (!) vəziyyət vermək
- zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq
- qəhvə, tünd çay vermək (xəstə bayılmayıbsa).
Dəm qazından zəhərlənmənin ilk simptomlarında dərhal "təcili yardım" çağırın! Hətta yüngül zəhərlənmədən sonra insan mütləq həkimin müayinəsindən keçməlidir.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1865   Tarix: 07 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

aksessuarlar makiyaj instagram sac duzumleri nergiz pasayeva seksin növləri yay koftalari nermin ibrahimova kosmetika babasil namiq qaraçuxurlu englishdilində qulaq xanım az