Diabet xəstələri koronavirusdan qorunmaq üçün necə qidalanmalıdır? - TÖVSİYƏ

Diabet xəstələri koronavirusdan qorunmaq üçün necə qidalanmalıdır? - TÖVSİYƏAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusdan qorunmaq üçün diabet xəstələrinin necə qidalanmalı olduğu barədə tövsiyə verib.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, tövsiyədə COVID-19 xəstəliyini adətən yaşlı insanlar, həmçinin somatik xəstəlikləri olan şəxslərin daha ağır keçirdiyi qeyd olunub.
Bildirilib ki, şəkərli diabet xəstələri də koronavirusa yoluxa biləcək yüksək risk qrupu altındadır, ancaq virusun təsir etmə mexanizmi insandan insana dəyişə bilər. Koronavirus yoluxmasının qarşısını almaq üçün belə xəstələrin ilk növbədə tövsiyə olunan qabaqlayıcı, gündəlik profilaktik tədbirlərə riayət etməsi vacibdir. İmmun sistemini gücləndirməklə, həmçinin pəhriz qaydalarına əməl etməklə də, xəstəliyin mənfi təsirini minimuma çatdırmaq mümkündür.
Agentlik xatırladıb ki, şəkərli diabet xəstəliyi orqanizmdə maddələr mübadiləsinin pozulması ilə özünü göstərən xəstəlikdir. Diabetli insanın immun sistemi olduqca zəif olur. İmmun sistemini gücləndirməyin əsas yolları düzgün qidalanmaq, müntəzəm idmanla məşğul olmaq, yetərincə dincəlmək və normal yuxu rejimidir. Pəhriz bu xəstələrin müalicəsində vacib rol oynayır və şəkərin səviyyəsini normada saxlamağa kömək olur.
Şəkərli diabet xəstəliyi olan insan qidalanmada bir sıra qaydalara riayət etməlidir. Şəkər və şəkərli qidalardan uzaq durmaq məsləhətdir. Meyvə sularının əvəzinə təbii meyvələrə üstünlük vermək lazımdır. Buğda unundan deyil, çovdar unundan və ya tam taxıldan hazırlanmış çörək istehlak edilə bilər.
Düyü və düyüdən hazırlanmış yeməklərdən çəkinmək lazımdır. Konservləşdirilmiş meyvə və turşuların tərkibində artıq miqdarda natrium olur ki, bu da böyrəkləri həddindən artıq yükləyir. Konservlər qida rasionundan tam çıxarılmalıdır. Çox yağlı və qızardılmış ət əvəzinə buxarda və ya sobada bişmiş ət məhsullarına üstünlük vermək lazımdır. Toyuq, xoruz, ördək, hinduşka və s. kimi quş ətlərini dərisi ilə yemək olmaz.
Bir neçə dəfə emal prosesindən keçmiş qidadan uzaq durmaq məsləhətdir. İmmun sistemini gücləndirmək üçün diabet xəstələrinə tövsiyə olunur.
Vitamin C ilə zəngin qidalar - sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor
Vitamin E ilə zəngin qidalar - tam taxıllı məhsullar və yağ tərkibinə görə icazə verildiyi miqdarda qoz, fındıq
Omega 3 yağ turşuları ilə zəngin qidalar - kətan və digər toxum yağlar, tuna, qızılbalıq, skumbriya kimi yağlı balıq növləri
Sinklə zəngin qidalar - hinduşka əti, paxlalılar, gərzəkli meyvələr, tam taxıllılar
Gərzəkli meyvələr - təbii yağa sahib olmaq xüsusiyyətindən əlavə, balanslı şəkildə istehlakı qandakı şəkər miqdarını tənzimləyir
Qırmızı meyvələr - xüsusilə II tip diabet xəstələri üçün insulin sintezinə kömək edir və I tip diabet xəstələri üçün qan şəkərini balanslaşdırmaqda çox vacibdir
Selen - tam taxıllı bitkilər, günəbaxan tumunda rast gəlinir
Süd və süd məhsulları - xüsusilə II tip diabet xəstələri üçün olduqca faydalıdır. Mədə-bağırsaq sistemini də aktivləşdirir
Çay - tərkibində yüksək miqdarda antioksidant olduğu üçün qan şəkərini tənzimləməyə kömək edir.
Flavonoidlər - qara və yaşıl çayda, sitrus meyvələrində çox miqdarda rast gəlinir
Göbələk - orqanizmdəki infeksiyalara qarşı mübarizə üçün sitokin istehsalını artırır
Bol miqdarda su içmək - mədə-bağırsaq sistemi üçün, eyni zamanda virus mənşəli qriplərə qarşı olduqca vacibdir
Toyuq supu - sağlam protein tərkibinə görə çox əlverişlidir
Soğan, sarımsaq, sarıkök, zəncəfil kimi məhsullar qan şəkərini tənzimləməyə, xolesterolu balanslaşdırmağa kömək edir.
Qəlyanaltı vərdişi - Diabet xəstələri ümumiyyətlə ac qalmamalı, hətta mümkün olduqca qəlyanaltı vərdişləri də qazanmalıdırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1442   Tarix: 23 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

toy makiyajlari yemek reseptleri sade makiyaj sekilleri seksin növləri asiq zulfiyenin oglunun toyu ayaqda qabar kişi üzükləri kosmetika gəncə babasil bir arzum var nizami gencevi porno