Dilin rənginə baxıb xəstəliyi "oxumaq" olur - Həkim

Dilin rənginə baxıb xəstəliyi Dilimizi orqanizmin özünəməxsus "güzgüsü" adlandırmaq olar, çünki o, daxili orqanların fəaliyyətindəki pozuntuları əks etdirir.
Milli.Az xəbər verir ki, "qazeta"ya danışan "SM-Klinika"nın qastroenteroloqu Yuliya Zabolotskayanın sözlərinə görə sağlam dildə nəzərəçarpacaq örtük, quruluq və struktur dəyişikliyi olmamalıdır, o, açıq-çəhrayı rəngdə görünməlidir.
"Ən çox rast gəlinən şikayət ağımtıl və ya boz-ağ rəngli qalın naletdir. Əgər o, nazik qat halında yalnız səhərlər əmələ gəlirsə, norma sayıla bilər. Lakin qalın qat çox vaxt qastrit, onikibarmaq bağırsağın iltihabı, mədə xorası və bəzən də göbələk infeksiyası ilə bağlı olur.
Sarı rəngli örtük öd kisəsinin fəaliyyətində problemlər və ya reflüks, yəni mədədən qida borusuna turşu qayıtması barədə xəbər verə bilər. Bu əlamət uzun müddət siqaret çəkən insanlarda da müşahidə olunur.
Parlaq-qırmızı, "cilalanmış" dil isə B12 vitamini çatışmazlığının göstəricisi ola bilər və bu, çox vaxt atrofik qastrit fonunda yaranır.
Narahatlıq doğuran digər əlamətlərə dildə xırda yaralar, eroziyalar, kənarlarında diş izləri, papillaların forma və ölçüsündə dəyişikliklər daxildir.
Dil yalnız mümkün problemləri göstərir, diaqnoz qoymaq üçün əsas vasitə deyil. Buna görə də, dəyişikliklər bir həftədən çox davam edirsə və əlavə xoşagəlməz simptomlarla müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir. Vaxtında diaqnoz xəstəliyin daha asan müalicəsinə və yaxşı əhval-ruhiyyənin bərpasına imkan yaradır.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1321   Tarix: 27 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

geyim dəbləri həkim məsləhəti kosmetoloq kısa saç düzümləri qizilgul haqqinda melumat süfrə mədəniyyəti tarixdə iz qoyanlar kosmetika hakiwda sirin qogal vetene aid atalar sozu novruz bayramina aid hakisdalar kurtlar vadisi