DİQQƏT! Bakıda avtobuslarda gediş haqqı BAHALAŞIB bu qiymətə oldu
195 nömrəli sərnişin avtobusu ilə bağlı redaksiyamıza müraciət daxil olub.
Xanim.az metbuat.az-a istinadən xəbər verir ki, 20-ci Sahə - Qaradağ marşurtu üzrə hərəkət edən avtobusun sərnişinləri iddia edirlər ki, sürücülər gedişhaqqını süni şəkildə artırırlar. Binə ticarət mərkəzindən Sanqaçal qəsəbəsinə kimi gediş haqqı 40 qəpik olmasına baxmayaraq, sürücülər əlavə olaraq sərnişinlərdən pul tələb edir.
Problemlə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirir ki, bu cür hallarla qarşılaşan sərnişinlər 141 çağrı mərkəzinə müraciət etsinlər:
"Avtobuslarda gedişhaqqı sərnişinlərin görə biləcəkləri yerdə asılır. Sərnişin isə həmin qiymətə uyğun sürücüyə ödəmə edir. Artıq tələb olunan hər hansı bir məbləğ sürücüyə ödənilməməlidir. Sərnişinlərdən əlavə pul yığılması qanunsuzluqdur. Bu cür hallarla qarşılaşan sərnişinlər 141 çağrı mərkəzinə müraciət etməli, avtobusun eyniləşdirmə və dövlət nömrə nişanı barədə mərkəzə məlumat verməlidirlər.(metbuat.az)
195 nömrəli avtobusla bağlı qeyd etdiyiniz məsələ araşdırılacaq. Nəticəni araşdırdıqdan sonra bildirəcəyik".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz