DİQQƏT! Bu ailələrin uşaqlarının bağçaya qəbulu zamanı güzəştlər olacaq

DİQQƏT! Bu ailələrin uşaqlarının bağçaya qəbulu zamanı güzəştlər olacaqAzərbaycanda bəzi kateqoriyadan olan ailələrin uşaqlarına məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı güzəştlər olacaq.

Qadinsayti.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bugünkü iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

İ.Həbibbəyli bildirib ki, layihəyə əsasən, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul ediləcəklər.

O qeyd edib ki, məktəbəqədər təhsil müəssisəsində təhsil alanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənəcək:

"Əvvəllki layihəyə əsasən, məktəbəqədər təhsil müəssisələrində hər bir uşağa görə ödənişlərin müəyyən olunması müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olmalı idi. Nəzərə almışdıq ki, belə olduqda pərakəndəliyin qarşısını ala bilərik və orta qiymətlər müəyən edilər. Lakin birinci oxunuşdan sonra keçirilən müzakirələrdə bildirildi ki, bu məsələdə bir qədər sərbəstliyə şərait yaratmaq lazımdır. Ona görə də indi belə təklif edilir ki, məktəbəqədər təhsil müəssisəsinin təhsil haqları müəyyənləşdirilərkən bazar iqtisadiyyatına uyğun olaraq tələblər və təkliflər əsas götürülsün. Hələ qarşıda üçüncü oxunuş da var. Bu müddət ərzində hər hansı dəqiqləşdirmələr ola bilər. Əslində, biz də bunu gözləyirik".

İ.Həbibbəyli bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan uşaq üzrsüz səbəbdən 30 gün, üzrlü səbəbdən 60 gün müddətinə təlim-tərbiyə və tədris prosesindən yayınaraq müəssisəyə gəlmədikdə uşaq müəssisədən xaric edilir. Müstəsna hallarda yay dövründə 60 gündən artıq üzrlü səbəbdən və ya valideynin yazılı ərizəsi əsasında müəssisəyə gəlməməsinə icazə verilir.

Komitə sədrinin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində tədris dili Azərbaycan dili olmalıdır. Uşaqlara dövlət dilinin öyrədilməsi şərti ilə digər dillərdə təhsil verilə bilər: "Layihədə Azərbaycan dilini əsas tədris dili olaraq qeyd etmişik. Təklifləri nəzərə alaraq, həmin müəssisələrdə xarici qrupların yaradılmasının mümkünlüyünü də məqbul hesab edirik". (Trend)

Xəbərlər     Baxılıb: 2396   Tarix: 16 dekabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim necə seçməli qadin dunyasi kosmetoloq milli geyimlər seks prosesi gözəllik sirləri varikozun mualicesi kosmetika intim anabaci seksual uzeyir hacibeyli tut ağacı tutdudu