DİQQƏT ! Gələn həftə Azərbaycanda elə bir hadisə baş verəcək ki...

DİQQƏT ! Gələn həftə Azərbaycanda elə bir hadisə baş verəcək ki...Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun noyabrın 14-də gözlənilən təbiət hadisəsi ilə bağlı trend-ə müsahibəsini təqdim edirik.

- Noyabrın 14-də müşahidə edilən hadisəyə - Ayın Yerə yaxınlaşmasına astroloji baxımdan necə qiymət vermək olar?

- Ayın Yerə yaxınlaşması müşahidə olunan təbiət hadisəsidir. Belə hadisələr tez-tez olur. Bu, Ayın Yer ətrafında hərəkəti ilə bağlıdır. Bildiyiniz kimi, Ay Yerin ətrafında elips üzrə hərəkət edir. Yəni Ayın Yerə həm ən yaxın, həm də ən uzaq məsafəsi olur. Bu yaxın-uzaq məsafələrin özləri də həmişə dəyişərək fərqli olur. Ay yerə çox yaxın olanda biz Ayı böyük görürük və ona "Super Ay" deyirik. Çünki bu zaman Ay həmişəkindən böyük olur, yəni diski böyük görünür.

- Yaxınlaşma olduqda Ayı nə qədər böyük görürük?

- Həmişəkindən təxminən 14 faiz böyük görürük. Ona görə də buna "Super Ay" deyirlər. Bu dəfəki "Super Ay" noyabrın 14-də Ay bədirlənmiş halda olduqda görünəcək.

- Azərbaycanda Ayın Yerə ən yaxın məsafəsi nə zaman müşahidə ediləcək?

- "Super Ay" yerli saatla 15.24-də Yerə ən yaxın məsafədə olacaq. Amma həmin saatda onu gözlə görmək mümkün olmayacaq. Axsam gün batana yaxın, gün batanda onu görəcəyik. Təxminən 3 saatdan sonra biz artıq rahat şəkildə adi gözlə də "Super Ay"ı görəcəyik. Ay Yerə yaxın olanda onun səthindəki detalları teleskopla çox aydın görmək olur. Adi gözlə bu fərqi o qədər hiss etmək olmur. Adi gözlə ancaq Ayın böyüklüyünü bir az hiss edirsən, həm də daha işıqlı görürsən.

- Bu təbiət hadisəsi insan sağlamlığı üçün hər hansı problem yarada bilər?

- Bu hadisənin insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur. Bundan heç də narahat olmaq lazım deyil, çünki bu, adi təbiət hadisəsidir. İl ərzində 2-3 dəfə bu cür "Super Ay"lar müşahidə olunur. Amma indi ən böyük yaxınlaşma noyabrın 14-ə təsadüf edib.

- Ayın bu ilki Yerə yaxınlaşması rekord yaxınlaşma sayıla bilərmi?

- Bu il noyabrın 14-də Ayla Yer arasında 356 min 512 km məsafə olacaq. 2008-ci ildə də belə bir hadisə olmuşdu. O zaman Ayla Yer arasındakı məsafə 356 min 567 km olub. Onda da Ay Yerə çox yaxın məsafədə olmuşdu. Buna oxşar yaxın məsafə təxminən 68 il bundan əvvəl – 1948-ci ildə olmuşdu. Onda Ayla Yer arasında 356 min 465 km məsafə olmuşdu. Yəni Ay Yerə indikindən 46 km daha yaxın olub. Ona görə də hesab edilir ki, bu ilki yaxınlaşma son 68 ilin ən böyük yaxınlaşmasıdır.

- Hesab edilirdi ki, 2011-ci ildə Yaponiyada 8,8 bal gücündə baş verən dağıdıcı zəlzələyə Günəş qasırğası və Ayın Yerə yaxınlaşması səbəb olub. Bu ilki yaxınlaşma zəlzələ ehtimalını artıra bilərmi?

- Statistikaya görə, bu hadisələr heç vaxt yüzdə-yüz üst-üstə düşməyib. Bu, təsadüfi olur. Əgər zəlzələlərin, sunamilərin baş vermə tarixinə baxsaq görərik ki, onların baş verməsinin "Super Ay"la heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, "Super Ay" bir az okean və dənizlərdə qabarmalara təsiri artıra bilər. Bu, başqa hansısa təhlükənin baş verməsinə, zəlzələnin yaranmasına, seysmoloji aktivliyin intensivliyinin artmasına səbəb ola bilməz.

- Qabarmalar Azərbaycan üçün çox xarakterik olmadığından bu təhlükənin bizdən yan keçdiyini fikirləşmək olar?

- Qabarmaların hansı okean və dənizlərdə olduğu bəllidir. Azərbaycanda bu proses müşahidə olunmayacaq. Qabarmalar onsuz da hər ay olur, sadəcə "Super Ay" olanda onun qabarmalara təsiri bir az çoxala bilər. Ayla Yer ətrafındakı orta məsafə 380 min km, ən uzaq məsafə 405 min km, ən yaxın məsafəsi təxminən 356 min 600 km-dir. Ay orta məsafədən təxminən 20 min km məsafə yerini dəyişə bilər. Bu da heç bir təhlükə demək deyil.

- Ayın Yerə yaxınlaşması hava şəraitinin dəyişməsinə, havada durğunluğun yaranması kimi proseslərin baş verməsinə səbəb ola bilərmi?

- Qətiyyən. Bu proses Yer atmosferinə təsir edir, ancaq müəyyən qədər qabarmalara təsir göstərə bilər.

Xəbərlər     Baxılıb: 1941   Tarix: 11 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

toy gecesi qis geyimləri 2026 həkim məsləhəti yeni dogulmus korpeye lazim olan esyalar cinsi heyat islamda hicab gənc ana kosmetika məsəllər tapmaca sirniyatlar statuslar novruz haqistalari