DİREKTORU HƏDƏLƏYƏN TANINMIŞ AKTYOR ÇIXDI - 18+ SÖYÜŞLƏR - VİDEO
Bir neçə gün əvvəl tanınmış aktyor Rza Rzayev Nizami rayonu 220 saylı məktəb-liseydə ibtidai müəllimlərdən qanunsuz hazırlıq pulları yığıldığı barədə məlumat yaymışdı. Aktyor direktor müavini olan xanım qohumu Zeynəb Rzayevanın işdən çıxarıldığını qeyd edərək, məktəb direktorunun rüşvət yığdığını iddia edib.
220 nömrəli məktəb-liseyindən verilən açıqlamada bildirilib ki, R.Rzayevin hərəkəti ilə hüquq-mühafizə orqanlarına müraciət olunub:
"Zeynəb Rzayevanın qardaşı Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan olduqca nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib. Həmin hadisə digər şəxslərin şahidliyi ilə baş verib".
Dünən isə aktyorla direktor arasında baş verən qarşıdurmanın görüntüləri yayılıb.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin