Direktorun "priton" ittihamı Rəqsanəni özündən çıxardı: "Bakıya gəlirəm..."

Direktorun "priton" ittihamı Rəqsanəni özündən çıxardı: "Bakıya gəlirəm..."Müğənni Rəqsanənin qızı Aysun İsmayılovanın 1 saylı Körpələr Evindən uşaqların ərzaqlarının maşınlarla aparılmasını əks etdirən videosu yayılandan sonra həmin xəstəxananın direktoru Nəhayət Əliyeva criminal.az saytına müsahibə verib.

Axşam.az xəbər verir ki, direktor müsahibəsində videoda əks olunan görüntülərin, əslində, oğurluq deyil, gözətçisinin yorğan-döşəyi olduğuna inandırmağa çalışıb.

"Aysun oranı "priton"a çevirib"

"Yetimin çörəyin yemək əclaflıqdır" deyən N.Əliyeva həmin videonu yayan A.İsmayılovanın ünvanına sərt ifadələr işlədib:

"Həmin Aysun müğənni Rəqsanənin qızıdır. Rəqsanə bilmirəm harda qalır, amma qızı nənəsi ilə bizim iş yerinin həyətində kirayədə yaşayırlar. Oranı da pritona çevirib. Belə adamların sözünə inanmaq düzgün deyil axı. Bu qız mənə şər atır, yalandan paylaşım edir. Mən indi sabah bunu məhkəməyə verim, bu da bilsin. Sosial şəbəkələrdən elə də başım çıxmır. Ali savadlıyam, şoulara baxmıram. Aysunun yaydığı videonu da mənə idmançı Kamil Zeynallı göndəribdi. Özümün xəbərim yox idi. Evimdə yetimin, şikəstin şəkillərini çəkib sizə göndərsəm, dəhşətə gələrsiniz. Gecə-gündüz o uşaqları uşaqlarımla yatızdırıram. Türkiyə və Almaniyadan belə gedib onlara yardım edirəm. Nə vaxt Bakıya qonaqlar gəlsə, bizim körpələr evinə gətirirlər. Çünki məndə həmişə vəziyyət qaydasında olur. İki dəfə işçi çıxartmışam, 200 qram ətə görə".
N.Əliyevanın dediklərinə Aysunun cavabı gecikməyib. O bildirib ki, N.Əliyeva törətdiyi əməlin altından çıxa bilmədiyindən şər-böhtan atır:

"Onun belə bir sübutu var ki, mən mənzilimdə əxlaqsızlıq edirəm? O adam yaşından-başından utanmırmı? Mənim və ailəm haqda nəsə desə onunla başqa cür danışaram. Aidiyyəti orqanlara yazaram ki, o, məni şərləyir. Bu insan yayılan videoların altından çıxa bilmir, başqa yollara əl atır. O zaman mən susmaram. Sən kimsən ki, mənim haqqımda belə danışırsan? Allaha şükür ki, bütün qonşular bizi tanıyır. Bu evdə bacımın dayəsi var, ailə dostlarımız var ki, hər gün bizdə olurlar. Bunun sübutu yoxdursa, mən ona böyük problemlər yaradaram.

"Ağzını yummasa, ailəm və mənim haqda artıq-əskik danışasa..."

A.İsmayılovanın sözlərinə görə, N.Əliyevanın kirayə adlandırdığı mənzil 1998-ci ildən atamın olub, beş il əvvəl isə nənəmə hədiyyə edib:

"Bizim evə gələnlər arasında cavan adam yoxdur. Həmin mənzildə iki xalam oğlu, mən və nənəm yaşayırıq. İki adam bizə daim gəlib-gedir. Biri yaşlı qadındır, bir də telejurnalist. Mamamın prodüseri olub, onun əlində boyümüşəm.

Mən o qadını tanımırdım. Vicdanım əl vermədi, hər dəfə o mənzərəni görəndə ağlayırdım. Bu videoları tək mən çəkməmişəm. Bizə gəlib-gedən xanım jurnalist də çəkib. O insan özünü itirib. Ağzını yummasa, ailəm və mənim haqda artıq-əskik danışsa, onunla başqa cür danışacam. Millət ondan soruşmur ki, Aysun kirayədə qalır, yoxsa evində nə edir? Millət ona sual verir ki, ay müdir xanım, yetimlərin malını hara aparırsan? Hərəyə bir söz deyir. O, deyəsən, şərləmək işi ilə məşğuldur, adını başqasına qoyur. Ağzın yumsun. İyirmi yaşım var. Yalan şey çəkib niyə özümə problem yaradım? Mənim əlimdə faktlar olduğuna və uşaqlara yazığım gəldiyinə görə belə etmişəm. Əgər ürəyim ağrımasaydı, niyə özümü bu problemə qatım ki?", - deyə A.İsmayılova əlavə edib.

N.Əliyevanın "Aysun evini "priton"a çevirib" deməsi müğənni Rəqsanəni də özündən çıxarıb. İfaçı direktoru əlində olan digər faktlarla biabır edəcəyini deyib:

"Sən tərbiyədən uzaq adamsan. Ağzını yum, başından böyük danışma. Qoy, gedib həyətdə bizim haqda araşdırma aparsınlar. Ayıbdır, yekə qadınsan, zibillərin açılıb deyə, bilmirsən altından necə çıxasan. Mən susuram. Hələ əlimizdə bir neçə görüntülər var. 3, 4 ildir, sizin bu özbaşnalığınıza göz yumuruq. İndi isə övladım iyrənc oyunlarınızı, yetimlərin haqqını daşıyıb yeməyinizi ortaya çıxardı. Susun. Elə eləməyin ki, əlimizdəki sübutlarla lazımı qurumlara müraciət edək. Mənim qız uşağıma atdığın böhtan sənə baha başa gələr. Görün, uşaq evinə rəhbərlik edən hansı kəlimələri işlədir. Vay o uşaqların halına ki, sizdən tərbiyə götürür. Əcəb edir mənim qızım. özüm də gəlirəm Bakıya, əlimdə olan digər görüntüləri lazımı orqanlara təqdim edəcəm. Görüm, onda nə bəhanələr uyduracaqsan. Aysun, ürəkli ol, düz eləmisən. Çörəyim sənə halal olsun, bala. düzgün yaşayıb, düzgün ölmək, harama əl uzadanı qusdurmaq lazımdır".

Xəbərlər     Baxılıb: 2522   Tarix: 03 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur

Axşam yeməyində nə yediyiniz qədər, onu hansı saat aralığında istehlak etdiyiniz də böyük önəm daşıyır. Şam yeməyinin vaxtı qidaların bədənimizə göstərdiyi sağlamlıq təsirlərini müəyyən edir. Mütəxəssislər ideal saat aralıqların

.

"Gündə 2 litr su içmək" bilindiyi qədər faydalıdır?

İçməli suyun sağlamlıq üçün vacibliyi geniş şəkildə qəbul edilsə də, gündəlik nə qədər su içilməli olduğu hələ də müzakirə mövzusudur. İllərdir yayılan "gündə 2 litr su içilməlidir" fikri yeni elmi araşdırmalarl

.

Kortizol dalğası: Sosial media mifləri və reallıqlar

Stres hormonu olan kortizol hazırda internetdə heç vaxt olmadığı qədər populyardır. Gənc nəslin (18-34 yaş) 38%-i artıq həkimlərdən çox sosial mediadakı sağlamlıq məsləhətlərinə güvənir. Bəs TikTok-da qarşımıza çıxan "kortizo

.

Hansı daha düzgündür: yeməkdən əvvəl, yoxsa sonra su içmək?

Gündəlik həyatda tez-tez müzakirə olunan mövzulardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bu məsələyə fərqli yanaşsalar da, ümumi tövsiyələr müəyyən məqamlarda üst-üst

.

Hər gün bir stəkan içənlərin ürəyi yenilənir

Aroniya meyvəsi yüksək polifenol tərkibi ilə damar sərtliyinin qarşısını alır, təzyiqi balanslaşdırır və immunitet sistemini hüceyrə səviyyəsində yeniləyir.  xəbər verir ki, aroniya meyvəsi bədəndəki oksidativ stresi azaltmaq

.

Çinlilər oyanandan sonra bunu edirlər

Çində geniş yayılmış sadə bir səhər vərdişi son vaxtlar digər ölkələrdə də maraq doğurur. xəbər verir ki, bir çox çinli günə çox sadə bir addımla başlayır. Oyandıqdan dərhal sonra bir stəkan ilıq su içir. Suyun temperatur

.

Albalının xərçənglə mübarizədə rolu

Texas Universitetinin alimləri müəyyən ediblər ki, tünd şirin albalılarda olan antosiyaninlər üçqat mənfi süd vəzi xərçənginin böyüməsini yavaşlada və metastaz riskini azalda bilər, xüsusilə ağciyərlərə yayılma zamanı. -ı

.

Qaynadılmış suyu niyə yenidən qaynatmaq olmaz?

Su qaynadıqda içindəki zərərli mikroorqanizmlər məhv olur və bu, suyu təhlükəsiz edir. Lakin eyni suyu ikinci və ya üçüncü dəfə qaynatdıqda suyun həcmi buxarlanma nəticəsində azalır, lakin içindəki minerallar və maddələ

.

Şampun saç tökülməsinə səbəb ola bilər?

"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil". xəbər verir ki, bu barədə rusiyalı dermatoveneroloq Eduard Buçarov deyib. "Şampun keçəlliyin səbəbi deyil. O, tərkibin

turlar.az

toy gecesi toy makiyaji sekilleri qaşların formalari cinsi zəiflik zaur baxşəliyev qalin saclara qulluq sonsuzluq və onun müalicəsi kosmetika ariqla azerb clpaq qadinlari mikayıl abdullayev masturbasiya nedir sağlıq