Diş məcunlarının ölüm gətirən tərkibi - Orqanizmimizi necə zəhərləyirik? - GİZLİ MƏLUMAT

Diş məcunlarının ölüm gətirən tərkibi - Orqanizmimizi necə zəhərləyirik? - GİZLİ MƏLUMATDeyilənə görə, diş məcunlarının tərkibində olan kimyəvi maddə, xüsusən də flüor qəsdən müasir insanların orqanizminə daxil edilir ki, beyində müəyyən proseslər getsin. Gəlin görək pul verib evimizə gətirib, könüllü olaraq təmizlik adı ilə udduğumuz diş məcunlarının qorxulu tərəfləri hansılardır?
Milli.Az diş məcunları haqqında qısa araşdırmasını təqdim edir:
Flüorid kariesin qarşısını alırmı?
Flüorid təsirinə görə, həqiqətən diş minasında kariesə qarşı hansısa müdafiə rolunu oynayır. Amma bir xəstəlik də var: flüorozis. Bu halda orqanizmə çox miqdarda flüorid düşməsindən yeni çıxan və ya böyüyən dişlər rəngsizləşir, getməyən ləkələrlə örtülür.
Bu, daha çox gündə 2-3 dəfə dişlərini çox miqdarda məcunla yuyan məktəblilərdə rast gəlinir.
Amerika və Avropada hər il flüorid udulması nəticəsində zəhərlənmədən onlarla uşaq xəstəxanalara daxil olur. Əlbəttə onlar məhz məcundan zəhərləndiklərini bilmir, bunu həkimlər diaqnoz edir.
Amerika Stomatoloqlar Birliyi bu halların heç birində letal nəticə, yəni ölüm qeydə alınmadığını bildirir. Yəni, ölüm yoxdursa, qorxusu yoxdur? Bəs o maddələrin beyin, qaraciyər kimi orqanlara, gözə, sinirlərə, qana təsiri?
Diş məcunlarının əsas komponentləri və təsiri:
Sorbitol - məcunun qurumasının qarşısını alan mayedir. İşlədici təsiri var, bağırsaqlarda diareya yaradır. Uşaqlarda ishala səbəb olur.
Triklozan - çox reklam olunur. Əslində antibiotikdir. Ağız boşluğunda guya zərərli bakteriyaları məhv edir. Hər insanın ağız mikroflorasında həm də faydalı orqanizmlər var. Bu bakteriyalar ağızla orqanizmə daxil olacaq zərərli virusları zərərsizləşdirir. Triklozan sintetik antibiotik kimi ayırd edə bilmir, bu bakteriyaların hansı faydalıdır, hansı zərərli. Onun heç vecinə də deyil, yolundakı hər şeyi yuyur.
Amma sonra patogen bakteriyaların bu antibiotikə rezidentliyi yaranır, nəticədə onlar sonra daha tez və çox yayılaraq, ağız boşluğunun mikroflorasını pozur, disbakterioz yaradır. Ona görə dişləri yuyandan 2-3 saat ərzində ağız təravətli qalır, sonra daha pis qoxu gəlir.
Biz normalda ağızda faydalı bakteriyaların sayını artırmalıyıq ki, onlar zərərli mikrobları özləri tutub məhv etsin.
Laurilsulfat natrium - qutuda SLS yazılır - Köpükləndirmək üçün qatılır.
Əslində isə çox ucuz, zərərli kimyəvi maddədir. Bir çox təmizlik vasitələrində, gellərdə olur. Diş məcununa bir qədər zərərsiz, bahalı köpükləndirici maddə qatmaq əvəzinə ucuz yola gedilməsi, istehlakçıların biznes marağıdır.
Təsəvvür edin, sənayedə SLS qaraj, maşın yuyulması vasitələrində qatılır. Bu çox güclü yağ sökücü agentdir. Klinikalarda SLS dəri testlərində sınanır. Belə ki, təcrübələrdə heyvanların dərisinə bu maddə çəkilərək qıcıqlandılır, müəyyən xəstəlik yaranır, sonra müəyyən preparatları müalicədə sınaqdan keçirirlər.
Elmi araşdırmalar sübut edib ki, SLS gözlərə, ürəyə, beyinə keçir, orda qalır və orqanizmdən çətinliklə çıxır. Uşaqlar üçün bu maddə daha çox zərərlidir.
SLS uşağın göz ağının tərkibini dəyişir, kataraktaya səbəb olur. Ona görə uşaqlarda yaşlarına xas olmayan göz xəstəlikləri yayılıb.
Şampun və gellərdə də olan SLS qana keçir, orda toksinləşmə verir. Ona görə müasir şampunlardan sonra saçlar getdikcə cansızlaşır, qırılır, tökülür, quruyur.
Lourit sulfat natrium - SLES
Təmizləyici təsiri var. Məcuna çox köpüklənmə, sanki havalı, qatılıq kimi effekti verir. Əslində isə ucuz, zəif yuyucu maddədir. Tekstil sənayesində parçaları yumşaldıcı kimi istifadə olunur. Üstəlik SLES tərkibli mayelərlə avtomobilləri yuyurlar. Səthdən yağı effektiv yuyub aparır.
Orqanizmə çox düşdükdə toxumalarda yığılıb qalır, zəhərlənmə, halsızlıq və xərçəng yaradır. Uşaqlar üçün çox təhlükəlidir.
Dəridə və saçlarda getməyən plyonka yaradır. Dərinin səthini pozur, kəpək əmələ gətirir, saç hüceyrələrini zəiflədir.
Hamilə qadınların bu maddə ilə zəngin yuyucu maddələrdən çox istifadəsi dölün ürək, beyin və gözünə təsir edir. Ağız boşluğunda isə yaralar, xoralar, stomatit və s yaradır. Çənə-üz cərrahı Pol Barkvel bildirir i, ağız boşluğundakı xoralı yaralar Laurit sulfatsız diş məcunu istifadə etdikdə 70% hallarda azalır və itir.
Laurit natrium ağzın selikli qişasını qurudur, qida borusunu qıcıqlandırır, allergiya yaradır. Dişlərin emalını isə korlayır.
Eləcə də diş məcunlarına çox ucuz sintetik aromatizatorlar, dadlandırıcılar və rənglər qatılır.
Bir sözlə, diş məcununun tərkibində sənayedə rezin, plasmas, avtomobil yuyucularında istifadə olunan maddələr vardır. İndi özünüz nəticə çıxarın.
Bütün bunlardan sonra haqlı olaraq bir sual yaranır:
Niyə bu qədər zərərli maddələr insanların hər gün istifadə etdiyi vasitələrə qatılır, niyə şirkətlərə icazə verilir. Kim insanlığın düşmənidir?
Cavablar var:
-Guya diş məcunu və ya digər vasitələrə orqanizm üçün zərərsiz dozada maddələr qatılır ki, bu da insanı ən azından öldürmür. Yəni xəstəlik, fəsad problem deyil, əsas insan ölməsin.
-Qəpik-quruşa maddələrlə başa gələn məhsullar baha qiymətə satılıb milyardlarla gəlir əldə olunur
-İstehsalata ciddi nəzarətin və qadağa gücünə sahib təşkilatın olmaması, insanların səhhətinə biganə qalması və ya səhiyyə təşkilatlarına inamı
-Maddələrin maskalanması, başqa cür təqdim olunması, insanların doğru məlumatlandırılmaması, reklamların cəlbedici olması. Amma indi internet əsridir, informasiya açıqdır. Oxuyub, qərar vermək sizdən asılıdır.
Tübikin sonunda olan markerləşdirmə xəttinin və rənginin mənaları:
-Qara rəngdə - parodontozu artıran maddəsi var
-Qırmızı - sağlamlıq üçün təhlükəli maddələr var
-Göy - sintetik maddələr var
-Yaşıl - 100% natural və ekoloji təmiz maddələrdən hazırlanıb
-Deməli, siz ən azı göy, ən yaxşı halda yaşıl zolağı olan diş məcunu almalısız. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1575   Tarix: 21 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj instagram həkim məsləhəti qadin sayti xalq təbabəti vətən haqqında bayatı sinir sistemi ataya aid atalar sozleri kosmetika vətənə aid atalar sözləri novruz bayramı qurd xəstəliklərinə qarşı mualicə maska ziyafet geyimleri