Doğuşdan sonra seksdən həzz almayanların etdirdiyi əməliyyat – Vaginoplastika nədir?

Doğuşdan sonra seksdən həzz almayanların etdirdiyi əməliyyat – Vaginoplastika nədir?Vaginoplastika əməliyyatı yaxın illərdə xeyli məşhurlaşıb. Klinikaların bu sahə üzrə xidmət təklifləri barədə reklamları da xanımların müraciətlərinin artmasında rol oynayıb. Lakin bu barədə sadəcə reklamlardan eşidib, qorxduqları üçün əməliyyatı rədd edənlərin sayı da az deyil.

Xanim.az-ın məlumatına görə, medicina.az vaginoplastika nədir və nə zaman edilə bilər suallarına cavab tapmaq, xanımlara yardımçı olmaq üçün bu barədə araşdırma aparıb.

Təbii doğuş zamanı vagina elastikləşib genişlənir, uşağın başı çıxarkən vagina divarlarında cırıqlar yaranır. Çətin, təkrar doğuşlardan sonra vaginanın elastik quruluşu hətta daimi olaraq korlana da bilir. Bu vəziyyətdə cinsi münasibət zamanı tərəflərin qarşılıqlı olaraq zövq alması mümkünsüzləşir.

Bəzi hallarda doğmamış qadınların da vaginası elastikliyini itirə bilir. Vaginanın elastikliyini bərpa etmək istəyən xanımların üz tutduğu bir çox üsullar var ki, onlardan biri də vaginoplastikadır.

Vaginoplastika vaginanın (uşaqlıq yolunun) daralmasını və bərpa olunmasını təmin edən cərrahi əməliyyatdır.

Əməliyyat zamanı artıq olan vaginal dəri çıxarılır, vaginanın ətrafında olan yumşaq toxuma və əzələlər bərpa olunur – nəticədə uşaqlıq yolu daraldılır.

Doğum zamanı vagina və onun ətraf toxuması genişlənir. Doğumdan sonra vagina daha normal vəziyyətə qayıdır, lakin heç vaxt doğumdan əvvəlki vəziyyətə qayıtmır. Doğum sayları artdıqca vaginadakı genişlənmə daha da artır. Vaginal genişlənmə ilə yanaşı vagina divarının selikli qişasının sallanması meydana çıxır.

Vaginoplastika əməliyyatı nəticəsində vagina və vaginanın ətraf toxumanın daraldılması və doğumdan əvvəlki vəziyyətin əldə olunmasına nail olunur.

Mövzu ilə bağlı medicina.az-a açıqlama verən ginekoloq Firuzə Cəfərzadə bildirib ki, vaginoplastika üçün adətən orta yaşlı və daha çox doğum edən qadınlar müraciət edirlər. Ginekoloqun sözlərinə görə, hər doğumdan sonra uşaqlıq yolu genişlənir, əzələlər zəifləyir. Bu səbəbdən 2-3 doğum etmiş xanımlar bu əməliyyat üçün daha çox müraciət edənlər sırasındadır.

Bəs hansı hallarda vaginoplastika zəruridir?

F. Cəfərzadə qeyd edib ki, bəzi qadınlar vaginoplastikanı məcburən etməli olurlar.

"Bəzən qadınlarda uşaqlıq yolunun divarının çox sallanması, sidiyi saxlamamaq kimi vəziyyətlər olur. Bu zaman artıq əməliyyat etdirmək qadınlar üçün şərt olur", – deyə mütəxəssis vurğulayıb.

Bu əməliyyata ehtiyac qalmasın deyə nə etməli?

Ginekoloq bunun üçün idmanın vacibliyini qeyd edib:

"Çanaq dibi, uşaqlıq yolu əzələlərinin bərpası üçün xüsusi idman hərəkətləri var. Sırf bunlar aralıq əzələlərini möhkəmləndirmək üçün olan hərəkətlərdir. Hər doğuşdan sonra edilməlidir. Qeyd edim ki, bu hərəkətlər profilaktika üçün əvvəlcədən edilməlidir ki, belə halların qarşısı alınsın. Təbii ki, doğuşdan öncəki vəziyyət kimi olmayacaq, amma ən azından sidik qaçırma kimi hallar da olmayacaq".

Qeyd edək ki, vaginal mukozanın ümumiyyətlə tez sağalan bir xüsusiyyəti var. Ancaq hər ehtimala qarşı həkiminiz nəzarət etdikdən sonra təxminən üçüncü həftədən cinsi münasibətə başlaya bilərsiniz.

Xəbərlər     Baxılıb: 3621   Tarix: 18 noyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

kosmetik vasiteler geyim və ayaqqabılar gözəllik məhsulları ilk öpüş qonag otagi dizayni displaziya veten haqqinda atalar sozleri kosmetika usaq geyimleri xanım az saglam qidalanma kahfe kali oğlaq