Doğuşdan Xoşqədəmə QADAĞA - O kadrların kameraya düşdüyünü bilmirdik - FOTOLAR
45 yaşı tamam olan Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuş və əkiz övladları ilə birgə "5/5"də qonaq olub.
Faktor.az xəbər verir ki, Zaur Kamal xanım həmkarının "Səni axtarıram"ın çəkilişləri üçün Suriyadakı kadrlarını izləyərkən dəhşətə gəldiyini bildirib. O, Xoşqədəmi "müharibə ocağında" kamera önündə qorxmazlığından heyrətləndiyini sözlərinə əlavə edib.
X.Hidayətqızı həmkarının dediyi o anları canlı yayımda olduğu kimi danışıb:
"Sözün açığı, biz o kadrların kameraya düşdüyünü bilmirdik. Çünki maşın yol gedərkən düşürdü çala-çuxura. O vaxt mənim şəxsi operatorum var idi. O, kameranı qoydu dizinin üstünə, dedi "Çəkmək olmur". Elə bilib ki, kameranı söndürüb. Amma çəkirmiş, düzdür, tam çəkilməyib. Üzümü həmin an görmək istəyərdim. O görüntülərdən sonra mən şok oldum. İndi getmək istəyirəm, amma Doğuş qoymur".
Doğuş həyat yoldaşının artıq Suriyaya getməyinin mümkünsüz bir məsələ olduğunu efirdən bəyan edib:
"Getməyini xəyal etsin, amma getməyəcək. Artıq iki övladı var".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir