ƏHALİYƏ MÜHÜM XƏBƏR: Maaşdan bu qədər vergi verəcəksiniz

ƏHALİYƏ MÜHÜM XƏBƏR: Maaşdan bu qədər vergi verəcəksinizMövcud qanunvericiliyə əsasən, ödənilmiş əməkhaqqına görə işçilərin və işəgötürənlərin ümumi vergi yükü 40-51% arasında dəyişir. Bu səbəbdən də həm işəgötürənlər, həm də işçilər iş yerlərinin rəs­mi­ləşdirilməsindən yayınır və əmək­haqqının həqiqi məbləğinin gizlədilməsinə üstünlük verirlər. Ona görə də Azərbaycan hökuməti problemin köklü şəkildə həllinə nail olmaq məqsədilə müvafiq islahatları davam etdirir. Bu məqsədlə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər artıq Milli Məclisdə qəbul edilərək təsdiq olunmaq üçün ölkə prezidentinə təqdim olunub. Vergi qanunvericiliyinə edilən dəyişikliklərə uyğun olaraq, əməkhaqqı üzrə vergi yükünün aşağı salınması və əməkhaqqının leqallaşdı­rılması istiqamətində həyata keçiriləcək islahatlar iki əsas komponenti əhatə edəcək. Hazırda ödənilmiş əməkhaqqına görə gəlir əldə edən şəxslər gəlir vergisinin (14 faiz) və sosial sığorta ayırmalarının (3 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta), işəgötürənlər isə yalnız sosial sığorta ayırmalarının (22 faiz sosial sığorta + 0,5 faiz işsizlikdən sığorta) ödəyiciləridir. Bu ödəmələr işəgötürənlər tərəfindən tutularaq dövlət büdcəsinə ödənilir.
Xanim.az marja.az-a istinadən xəbər verir ki, 2019-cu ilin yanvarından həyata keçiriləcək islahatlar nəticəsində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid olan subyektlərlə münasibətdə 7 il müddətinə gəlir vergisi üzrə güzəşt tətbiq ediləcək. Vətəndaşların pensiya hüquqlarını nəzərdə tutan mövcud sığorta sisteminin təminat və uçot prinsiplərinin, habelə pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsi üzrə mövcud ödəmə və hesabatlılıq sistemləri saxlanılacaq.

İslahat modelinə əsasən, aylıq məbləği 8000 manatadək olan əmək haqları üzrə fiziki şəxslərin gəlir vergisi 14 faizdən 0 faizə en­diriləcək, əmək haqqının 8000 manatdan yuxarı olan hissəsi isə 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaq. Güzəşt məbləğinin hazırkı 173 manatdan 200 manata qaldırılması (büdcə təşkilatlarına, dövlət müəssisələrinə, neft-qaz sektoruna da şamil edilir) nəzərdə tutulur.

Sosial sığorta haqlarının və işsizlikdən sığorta dərəcələrinə gəlincə, bu, aşağıdakı qaydada müəyyən olunur:

- əməkhaqqının 200 manatadək olan məbləği üzrə: işçi - 3,5 faiz, işəgötürən - 22,5 faiz (cəmi 26 faiz);

- əmək­haqqının 200 manatdan yuxarı olan hissəsi üzrə: işçi - 10,5 faiz, işəgötürən - 15,5 faiz (cəmi 26 faiz).

İslahat nəticəsində qeyri-neft və qeyri-dövlət sektorlarında işəgötürənlərin əmək xərcləri əhəmiyyətli şəkildə azalacaq ki, bu da özəl sektorun rəqabət qabiliyyətinin artırılmasına və iqtisadi artımın stimullaşdırılmasına xidmət edəcək. Muzdlu işçilərin vergi yükünün aşağı salınması işəgötürənlərlə yanaşı, iqtisadiyyatın bütün sektorlarında, xüsusilə özəl sektorda çalışan muzdlu işçilərin də gəlirlərinin bir hissəsinin onlarda qalmasını şərtləndirəcək. Leqallaşma nəticəsində faktiki əməkhaqqının rəsmi sənədlərdə tam şəkildə göstərilməsi işçilərin pensiya və digər sosial hüquqlarının təmin olunmasına, habelə vətəndaşların kredit almaq imkanlarının genişlənməsinə şərait yaradacaq.

Xatırladaq ki, bu islahatların qeyri-dövlət sektorunda çalışan təxminən 450 min nəfərin əmək gəlirlərinin artırılmasına xidmət edəcəyi proqnozlaşdırılır. Güzəştli məbləğin tətbiqi nəticəsində işçilərin əməkhaqlarında azalma olmayacaq. İslahatlardan sonra qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq.

Beləliklə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsi üzrə əməkhaqqından gəlir vergisinin hesablanması 2 kateqoriyaya bölünəcək: dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar; neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər.

Hər iki kateqoriya üzrə ayda 500 manat əməkhaqqı alan işçilərin vergi və sosial sığorta ödənişlərinin hesablanmasına dair nümunələri təqdim edirik:

Dövlət və neft-qaz sahəsində fəaliyyət göstərənlər üçün:

Vergi üzrə:

500 - 200 (2500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat

300 manat x 14 faiz (gəlir vergisi) = 42 manat

Sosial sığorta üzrə:

500 x 3,5 faiz = 17,5 manat

Cəmi: 59,5 manat

500 manat - 59,5 manat = 440,5 manat. Yəni dövlət və neft-qaz sahəsində çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 440,5 manat əməkhaqqı alacaq.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üçün:

Vergi üzrə:

Gəlir vergisi - 0 faiz (8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)

Sosial sığorta üzrə:

6+ (500-200) x10,5 faiz = 37,5 manat

Cəmi: 37,5 manat.

500-37,5=462,5 manat. Yəni neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 462,5 manat əməkhaqqı alacaqlar.

Xəbərlər     Baxılıb: 1651   Tarix: 08 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

kosmetoloq qadin sayti geyim dəbləri hamiləlikdə xiyar turşusunun hazırlanması qogal resepti 2026 payiz geyimleri kosmetika atalar sozu vetene aid atalar sozleri balıq kəlamlar hakışda