ƏHALİYƏ ŞAD XƏBƏR: sabahdan...

ƏHALİYƏ ŞAD XƏBƏR: sabahdan...Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Xanim.az-a verilən məlumata görə, avqustun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitini dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.

ETSN xəbərdarlıq edir ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 10-11-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

Tibbi meteoroloji proqnoza görə, avqustun 10-11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi müsbət amildir.

Azərbaycanın rayonlarında avqustun 10-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 10-u səhərdən 11-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Böyük Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

Xəbərlər     Baxılıb: 4992   Tarix: 09 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

donlar 2026 toy makiyajlari qaşların formalari alin yazisi xanim qafarova düz qarın agil haqqinda atalar sözləri hamiləliyə hazırlıq kosmetika kondom nedir usaq seirleri turpun nağlı porno sağlamlığın sirleri