Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydı

Elinanın ölümündə günahlandırılan Xalidə Bayramova açıqlama yaydıSəbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın ölümündə onu ittiham edənlərlə bağlı açıqlama yayıb.

"Qafqazinfo" xəbər verir ki, o, Meydan TV-yə yazılı açıqlama göndərib.

Həmin açıqlamanı təqdim edirik:

"Bir sıra səbəblərdən, cəmiyyətimizi silkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuş durumdayam. Çox acı həqiqətdir ki, uşağı qaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına səmimi qəlbdən başsağlığı verirəm. Bugünə kimi dövlət məmuru və məsul şəxs olaraq hər hansı bir açıqlamadan və şərhdən yayınmışam. Və hesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam. Bütün hallarda, istintaq gedir və hüquq-mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi qiymət verəcəklər. Lakin bəzi məsələlər vardır ki, mətbuatda və sosial mediada spekulyasiya və manupulyasiya predmetinə çevrilmişdir və hansındakı mənim adım hallandırılır. Aprelin 4-də səhər saat 09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovadan mənə zəng oldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mən, Səbail rayon İcra hakimiyyətinin başçısının birinci müavini olmaqla yanaşı, yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və Uşaq Fondunun rayon şöbəsinin direktoruyam. Uşaqlarla iş mənim vəzifələrimə daxildir. Buna görə də belə bir zəng başadüşülən idi. Zəngdən dərhal sonra birbaşa rəhbərim olan rayon içra hakimiyyəti başçısına hadısə barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim. Yolüstü baş vermiş hadisə haqqında polisə məlumat verdim. Məktəbə 11:01-də çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqə sonra, 11:07-də mən təcili yardıma zəng etdim. Elinaya çatmaq, şəraiti öyrənmək və anlamaq ki, təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial şəbəkələrdə yayılan uşaqla birinci danışığın videoyazılışı mənim tərəfimdən təcili yardım gəldikdən sonra, həkim uşağı müayinə edərkən 11:16-da aparılıb və 14 saniyə çəkib.

Qalan videolar xəstəxanada həkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib. Belə çətin vəziyyətlərdə video çəklişin aparılması praktikasına uzun illərdir malikəm. Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub. Xəstəxanada sadəcə müşahidə etmirdim, Elinanın həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Bu zaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil.

Sözügeden video mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə ona verildi. Belə ki, bu çəkiliş ondan, hələ canlı, gözəl, ağıllı və xeyirxah qızdan qalan son xatirə idi.

Sosial mediada və mətbuatda hadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətəuyğun deyildir. Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürəkyanğısından başqa digər motivlərin axtarılması qoy axtaranların vicdanında qalsın".

/qafqazinfo.az

Xəbərlər     Baxılıb: 2165   Tarix: 21 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

yemek reseptleri makiyaj instagram maskalar qas qalinlasmasi ucun maskalar soyuqdəymə müalicə karikatura qalstukun baglanmasi kosmetika novruz hakista video salam novruz hakışdaları cekc pornuxa