Elnarə: "Gör nə günə qalmısan ki, gizlincə ərinin telefonunu yoxlayırsan"

Elnarə: "Gör nə günə qalmısan ki, gizlincə ərinin telefonunu yoxlayırsan"Maşallah, o qədər gənc görünür ki, baxan deməz ki, 4 uşaq anasıdır. Həm ailəsini yola verir, həm də yaradıcılığını. Aparıcılıq etməyə də vaxt tapır. Özü də kiçik işlərə baş qoşmur, dediyi kimi böyük layihələri ilə "partladır"…

Elnarə Xəlilovanın Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Elnarə, Türkiyə və Hindistanda etdiyin böyük layihələrdən sonra nəsə səsin gəlmir…

– Mənimki böyük "yem"dir. Sonuncu dəfə iki il əvvəl səsim Hindistandan gəldi, ondan sonra da ən böyük layihəm Ərtoğrul oldu – oğlum. Artıq səkkizaylıqdır. Kökəlmişdim, hazırda pəhrizdəyəm. Gözləyirəm ki, ilyarım olsun, istədiyim görüntünü alandan sonra kliplər çəkdirəcəm.

– Neçə kilosan ki?

– Hazırda 70 kilodan artığam, istəyirəm heç olmasa, 65-ə düşüm.

– Nümunəvi ana, həyat yoldaşısan…

– Çalışıram…

– Həm ailə, həm sənət – ikisini bir arada tənzimləməyi necə bacarırsan?

– Bu işi bacarmağın sirri səhərdən axşama qədər enerji sərf etmək və əmək verməkdədir. Sonda baxıb görürsən ki, Allah tərəfindən mükafatlandın.

– Ailədə daha çox kim güzəştə gedir- həyat yoldaşın, yoxsa sən?

– Lazım olanda mən, lazım olanda da Rövşən.

– Kim kimə dözür?

– Daha çox Rövşən mənə dözür.

– Yəni belə dözülməzsən?

– Çox tələbkaram. İşdə də beləyəm, tanıyanlar bilir. Evdə də bu sarıdan özümü çox dözülməz hesab edirəm.

– Rövşəndə məhz hansı yaxşı xüsusiyyət səni özünə bağlayır?

– Onda məni özünə aşiq edən keyfiyyətlər çoxdur.

– Təriflə, təriflə…

– Olanı deyirəm. Mərddir, əxlaqlıdır, şərəfi var, dürüstdür, qoçaqdır. Bu xüsusiyyətləri heç kəsdə görmədiiym üçün məhz onu seçmişəm.

– Bəs ən sərt xüsusiyyəti hansıdır?

– Kişi xeylağıdır da, elə situasiyalar ola bilər ki, səs tonunu qaldırar. Etiraf edim ki, bu, mənə xoş gəlir, çünki arada lazımdır. Elə anlar var ki, qadın olduğum üçün emosiyaya qapılıram və düzgün qərar verə bilmirəm. Kişilər daha uzaqgörən, müdrik, həm də konkretdirlər. Mənim qərar verməyim illərlə çəkə bilər. Rövşən proqnozunda heç vaxt yanılmır. Buna görə də bəzən mən onu dinləməyəndə səs tonunu qaldırır. Mən də bunun xeyrini görürəm və sonra Allaha şükür edib, özünə minnətdarlıq edirəm. Yoxsa yenə də başım daşa dəyir, qayıdıb dizimə döyə-döyə deyirəm ki, vay, yenə də eyni səhvləri elədim.

– Bəzi kişilər yemək üstündə arvadla dalaşır. Sizdə vəziyyət necədir?

– Qətiyyən. Bir də görürsən yorğun-arğın çəkilişdən gəlirik, əlüstü birimiz salat hazırlayırıq, birimiz kartof atıb qaynadırıq. Məsələn deyirəm ha! Yəni soyutma kartof yeyər, amma mənə deməz ki, niyə dolma bükməmisən. Evli olduğumuz bu illər ərzində adam bir dəfə mənə deməyib ki, niyə yemək hazır deyil. Anlayışlı adamdır, başa düşür ki, bu tənbəllikdən deyil, işlə məşğulam.

– Bir-birinizə qarşı qısqanclıq hissləri olurmu?

– Olmur… İnsanlar bir-birinə bağlananda qarşılıqlı anlayış da olur. Məsələn, biz yaxşı bilirik ki, kim nədən inciyə bilər.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı
– Məsələn, nə onun xoşuna gəlmir?

-Tutaq, bilirəm ki, onun qısa ətəkdən xoşu gəlmir, mən də geyinmirəm. Yəni bir-birimizi incitmirik.

– Düzünü de heç telefonunu qurdalamısan?

– Qətiyyən. Heç vaxt elə mədəniyyətsizlik etmərəm. Onda o qədər özümü aciz sayaram ki, ay Elnarə, gör nə günə qalmısan ki gizlin-gizlin ərinin telefonunu yoxlayırsan? Həm qürurum yol verməz, həm də uşaqlarımın atası kimi ona xüsusi hörmətim var. Sevgi zəmin yaradır ki, bir-birinin kaprizinə dözə biləsən. Yalnız çox sevdiyin insanın mənfisi-müsbəti ilə qəbul edirsən. Yalnız sevdiyin insan üstünə səs tonunu qaldıranda 10 dəqiqədən sonra unudursan. Bu da ancaq doğma adamlar arasında baş verir.

– Sosial şəbəkədə bəzən səni zövqsüzlükdə qınayırlar, reaksiyan necə olur?

– Hamını tərbiyə edə bilmirəm. Əvvəl pis olurdum, son vaxtlar alışmışam. Yazıram ki, ola bilər sizin zövqünüzcə deyiləm, amma hazırda bədən ödçülərim yalnız bunları geyinməyə imkan verir. Xoşunuza gəlsə də budur, gəlməsə də.

– Küsülü olduğun müğənni var?

– Bir nəfər də yoxdur.

– Bəs Səidə?

– Onunla münasibətləri yoluna qoyduq.

Xəbərlər     Baxılıb: 5214   Tarix: 20 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

makiyaj etmek qaydalari qadın geyimi geymler 2026 karolın ve gızlı dunya ızle qaynar qazan doğumdan sonra xolesistit kosmetika penis rus dilini öyrənək kondom nedir aydin sani heyati