Elnur ilk dəfə "O Səs Türkiyə" haqqında danışdı

Elnur ilk dəfə "O Səs Türkiyə" haqqında danışdı"İki ildir İzmirdə yaşayıram, ondan əvvəl İstanbulda yaşayırdım. İstanbul çox ağır şəhərdir. Heyvanlarla vaxt keçirə və rahat yaşaya biləcəyim bağ evi istəyirdim. Odur ki, İzmirdə gözəl bir ev axtarıb tapdım. Türklər millət olaraq bizə daha yaxındır. Onlar nə faşist, nə də nasistdir, gözəl ölkədir, təbiəti isə sadəcə heyrətamizdir".
Open.az xəbər verir ki, bu sözləri müğənni Elnur Hüseynov Rusiyada fəaliyyət göstərən həmyerlilərimizin "Acsent Media" instaqram bloqunda canlı yayımda qonaq olarkən deyib. Müğənni qısa müddətdə türk dilini öyrəndiyini əlavə edib:
"Rus dili bölməsi üzrə təhsil almışam, azərbaycan dilində təmiz danışa bilmirəm, bəli, bu mənim minusumdur, amma günahkar deyiləm ki, Türkmənistanda boya-başa çatmışam. Azərbaycan dilini təmiz bilməsəm də, qısa müddətdə türk dilini öyrəndim. Türk dilində də yaxşı danışa bilmirəm, amma nədənsə türklər çox bəyənir, "Çok tatlı geliyor" deyirlər. Təəssüf ki, rus dilində danışanda tənqid oluram, bizimkilər aqressiv reaksiya göstərir, satqınsan, öz ana dilini unutmusan deyirlər".
Müğənni bir müddət səhnə fəaliyyətinə fasilə verməsinin səbəblərini açıqlayıb:
"Artist birdən-birə səhnələri fəth edə, partlada və sonra itə bilər. Çünki hər şey vəziyyətdən asılı olaraq dəyişir. Bəli, səhnə fəaliyyətimdə böyük sıçrayış oldu, amma sonra şəxsi həyatımda problemlər baş verdi. "O Səs" müsabiqəsindən sonra şirkətlə müqavilə bağladım, onların icazəsi olmadan səhnəyə çıxa bilməzdim. Bu şirkət sadəcə işləmək istəmdi. Müsabiqənin məndən əvvəl və sonrakı iştirakçıları ilə də eyni vəziyyətdir, onlar fəaliyyətlərini davam etdirmir. Bu müsabiqə sadəcə şoudur, hər şey şou naminə edilir. Sonra isə səninlə heç kim işləmək istəmir. Şirkətin adını çəkmək istəmirəm, onlara gəlin işləyək, çıxış edək deyəndə, onsuz da pulumuzu qazanırıq cavabı verirdilər. Beləliklə 3 ilimi bu şirkətdə itirdim, üstəlik çoxsaylı sponsor və menecerlər mənimlə əməkdaşlıq etmək istəyirdi. Sonra şirkətlə yollarımız ayrıldı. Ebru Gündeşin də şəxsi həyatında həyat yoldaşı ilə problemləri üzə çıxmışdı. Sonra dövlət çevrilişi və devalivasiya oldu, indi isə koronavirus pandemiyası baş alıb gedir. Odur ki, lahiyələr yarımçıq qaldı. Ümumiyyətlə hər hansı keyfiyyətli layihə həyata keçirmək üçün yaxşı pulları olan yaxşı dayağın olmalıdır".
"O Səs Türkiyə"də Sertap Erenerin "Aşk" mahnısı ilə hər kəsin qəlbini fəth edən Elnur Hüseynov maraqlı məqamlara aydınlıq gətirib:
"Artıq bezmişəm, düzü, Sertap Erenerin özü də bu mahnını oxumağımdan məmnun deyil. Müsabiqədə müxtəlif koverlər ifa etmək istəyirdim, amma iştirakçılar çox olduğundan ideyalarımı həyata keçirmək üçün vaxt yox idi. Deyirdilər ki, Elnur qışqır, tamaşaçılar bunu tələb edir. Sonra yoruldum, axı hər kompozisiyada bütün səs potensialını göstərmək məcburiyyətində deyilsən. Bəli, bu özəllikdir, sevilir və işləyir, amma nə qədər qışqırmaq olar. Başqa emosiyaları da çatdırmaq istəyirsən və bunun üçün qışqırmaq lazım deyil".
Ulduz xəstəliyi olmadığı üçün özünü xoşbəxt sanan ulduz sözlərinə belə davam edib:
"Xoşbəxtəm ki, özünü yüksək qiymətləndirmə duyğusu yoxdur. Hər zaman minimumla yaşamağa çalışmışam. Harasa qonaq gedən insanlar mənimlə şəkil çəkmək və ya qulluq etmək istəyəndə utanıram. Deyirəm ki, özüm-özümə qulluq edərəm. Yəqin ki, genetikadan qaynaqlanır, ya da ilahidən verilən bir xüsusiyyətdir. İstənilən halda mənim üçün plusdur, çünki sadəcə özburnumun ucunu yox, insanları görür və hiss edirəm. Çalışıram ki, faydalı olum, daha çox təbiətə və heyvanlara. Düzü desəm, təbiətə insanlardan daha çox yazığım gəlir. Bizim şüurumuz var, ən yüksək canlılarıq, amma ən murdar məxluqlarıq ki, təbiəti məhv etmişik. Uşaqlıqda çox həssas idim, anamdan tez-tez soruşurdum ki, insanlar niyə belə qəddardır, ağlayır və gördüyüm mənzərəni dəyişmək istəyirdim. Qəribə, hiperaktiv bir uşaq idim, sinir tiklərim olurdu. Dostlarım yox idi, anam deyir ki, heyvanlarla dostluq edirdim. Təbiətin qeydinə qalan insanlar var, amma azdır. Hesab edirəm ki, artıq ayılmalı və nə etdiyimizin fərqində olmalıyıq. Azərbaycanda ev heyvanlara qarşı edilən şiddəti görməkdən yorulmuşuq. Hələ də itləri güllələyirlər, bütün bunları görmək incidir. Çox eqoist olmuşuq, ancaq özümüz və daha çox qazanmaq haqqında düşünürük. Antidepressantlarla yaşyıram, psixoloqum deyir ki, mütləq qəbul etməlisən. Çünki gördüklərimə laqeyd qala bilmirəm".
İfaçı evlənməməyinin səbəbini isə övlad sahibi olmaq istəməməsi ilə əlaqələndirib:
"Maddi baxımdan təmin etməyə hazır olsam, övladlığa uşaq götürməyi düşünürəm, çoxdankə arzumdur. Bunun üçün evlənmək lazım deyil, tək də edə bilərəm. Mənəvi baxımdan artıq buna hazıram. Dünyaya övlad gətirsə də, ailələrin heç də hamısını sevgi verə bilmir. Belə tanışlarım çoxdur, sən ana olmalı deyildin. Soruşursan ki, niyə dünyaya gətirdin? Deyir ki, belə lazım idi.
Məsələn, mən yaxşı ata ola bilərəm, amma bu dünyaya daha bir uşaq gətirmək istəmirəm. Ailəsi tərəfindən atılmış bir uşağa sahib çıxmaq istəyirəm".
Müğənni sonda 3-cü dəfə "Eurovision"da çıxış etmək mövzusuna toxunub:
"Əgər Azərbaycan öz kompozisiyası ilə çıxış etməyə hazır olsa, başqa ölkələrdən almasa, biz ölkəmizi təmsil etməyə hər zaman hazırıq. Həqiqətən çox dəyərli musiqiçilərimiz var, sadəcə özümüzə inanmalıyıq, Avropaya baxıb biz bunu bacarmarıq demək lazım deyil, hər şeyi bacararıq".

Şou Biznes     Baxılıb: 2121   Tarix: 27 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni

.

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

turlar.az

qadın geyimi toy gecesi sade makiyaj sekilleri kokteyl heyvanlar xorionik qonadotropin psixoloq meslehetleri kosmetika sekisler opusme rus dilini oyrenek 2ci ders xanim.az namiq qaraçuxurlu