""Əməkdar artist" adı əllərindən alınsın" - Aybəniz Haşımovaya SƏRT REAKSİYA

""Əməkdar artist" adı əllərindən alınsın" - Aybəniz Haşımovaya SƏRT REAKSİYAƏməkdar artist Aybəniz Haşımova İlham Əliyeva etdiyi çağırışla diqqət çəkib. Belə ki, özünün şəxsi "instagram" səhifəsində prezident İlham Əliyeva müraciət edərək internet portallarının bağlanmasını istəyib. Bu xəbər axşam.az saytında gedəndən sonra əməkdar artist səhifəsində dəyişiklik edərək sosial şəbəkələrinin hamsının bağlanmasını istədiyini vurğulayıb. Aybəniz Haşimovanın bu açıqlaması bir çox sayt rəhbərlərinin narazılığına səbəb olub.

Faktor.az saytının baş redaktoru Əziz Əlibəyli: Aybəniz xanım gözəl sənətkardır. İstedadlı insandır, ömrünün xeyli hissəsini Azərbaycan incəsənətinə həsr etmiş şəxsdir. Narahatlığını başa düşmək mümkündür. Sadəcə, açıqlamadan da görünür ki, sosial şəbəkədə təhqir ediblər və xanım müğənni hissə qapılaraq bütün internet məkanına aid resursları qara siyahısına salıb. Şəxsi profillərdən, Youtube pleyrindən, və yaxud digər sosial şəbəkə hesablarından təhqirlərin qarşısını almaq mümkün deyil. Üstəgəl, bir də dəqiq ünvana malik saytların bağlanmasını tələb etmək nə kimisə təhqirdən xilas edə bilməz, nə də bu, hansısa ölkəyə üzağlığı gətirə bilməz. Ən azından KİV haqda qanuna görə də şəxslərdən heç kim sözügedən saytlarda təhqir olunmaz. O ki, qaldı sosial şəbəkəyə, onunla nəinki Aybəniz xanım, artıq Markın özü də bacarmır. Çalışmaq lazımdır ki, elə hərəkət edəsən, söyüş sahibi, təhqir ünvanı olmayasan.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Respublikanın Əməkdar Jurnalisti, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi: Aybəniz xanım sonuncu cümləsində kimləri nəzrdə tutduğunu açıqlayıb. Həm də o qədər qeyri-ciddi sözdür ki, mənə yaraşmır buna rəy bildirmək.

Azxəbər.az saytının redaktoru Hacıbəy Heydərli: Çox təəsüf ki, Azərbaycan oxucusu xəbərin başlığına baxıb, fikir bildirirlər. Çox vaxt söhbətin nədən getdiyi, təfərrüatları oxunmur. Əslində, Aybəniz xanım bu sözləri durduqdan yerə bir anda deməyib. Faktdır ki, bu gün sosial şəbəkələrdə tanınmış simalara, ictimai-xadimləri, siyasətçilərə, millət vəkillərinə qarşı qara pr kampaniyaları aparılır və istənilən şəxs haqda söyüş, təhqir yazılır. Kimliyi bilinməyən profillər, facebook və instagram səhifələri, hətta hüquqi ünvanı olmayan xəbər saytları da çoxalıb. Düşünürəm ki, Aybəniz xanım da məsələyə məhz bu aspektdən yanaşıb. Çünki insanların psixoloji durumu eyni olmaya bilər, bəlkə də kim isə təhqiri, söyüşü normal qəbul edir, ancaq həssas insanlar buna birmənalı yanaşa bilməz. Siz kiçik bir monitorinq aparın və görün ki, müxtəlif səhifələrdə məşhurlar haqda nələr yazırlar. Məncə bundan sonra onlara da haqq qazandıra bilərik. Ümumilikdə xəbər saytlarının hamısının bağlanması isə əlbəttə ki, mümkün olan bir şey deyil. Aybəniz xanım sadəcə bu açıqlaması ilə müəyyən bir qrupu nəzərdə tutub.

BiG.AZ saytının redaktoru Rövşən Əsədov: Aybəniz Haşımova dəyərli sənətçilərimizdəndir, əməkdar artistdir. Amma onun bu titulu ona imkan vermir ki, titulundan sui istifadə edərək internet portallarının bağlanması üçün ölkə başçısına çağırış etsin. Ölkə başçısının başı seçkilərə qarışsa da ölkədə gedən bütün proseslərdən, hətta saytlarda yayımlanan bütün materiallardan məlumatı var və mütəmadi aidiyyatı insanlar tərəfindən məlumatlandırılır. Əgər bağlanılması zərurəti yaransa Aybəniz xanımdan heç bir məsləhət və rəy alınmayacaq. Biz də çox şey istəyirik, istəyirik ki, bir çox həmkarlarınızın "Əməkdar artist" adı əllərindən alınsın, amma görürsünüzmü həyat heç də bizim istəklərimiz üzərində qurulmayıb. Əgər Aybəniz xanımı konkret olaraq kimsə, hansısa jurnalist əsəbiləşdiribsə fikrini və iradını konkret şəxsə ünvanlaya və hadisəyə geniş şərh və izahat verə bilərdi. Ümumi danışmaq el sənətkarına uyğun davranış deyil. Sabah ölkəmizdə prezident seçkiləri baş tutacaq. Bildiyiniz kimi bu gün "Sükut günü"dür. Düşünürəm ki, el sənətçisi olan Aybəniz xanım da sükutu pozmasa çox yaxşı olardı. Hər kəsin seçkilərə kökləndiyi ərəfədə bu cür paylaşımlarla şəffaf suyu bulandırmaq məqbul olmaz.
İnterpress.az və diaspor.az saytlarının baş redaktoru Toğrul Allahverdi: Əvvəla, onu demək istərdim ki, Aybəniz xanım Azərbaycanın sayılıb seçilən sənət adamlarındandır. Mənim də sevimli müğənnilərimdən biridir. Daima dinlədiyim müğənnilərdən biridir. Aybəniz xanımın vətənpərvərlik mövzusunda bir neçə musiqi əsərləri vardır. Eyni zamanda, Aybəniz xanım Qarabağda gedən döyüşlərdə canından keçmiş şəhidin xanımıdır. Bir şəhid xanımı olaraq da ona böyük hörmət bəsləyirik. Şəxsən olaraq, mənim Aybəniz xanıma sevgi və sayğım sonsuzdur. Ancaq çox təəssüf hissi ilə qeyd edirəm ki, Aybəniz xanım belə bir açıqlama ilə çıxış edib. Çünki, belə bir açıqlamanı verməkdən ötrü ən azından bu işin sahibi və mütəxəssisi olmalısan.

Çox təəssüflər olsun ki, Aybəniz xanımın sözügedən açıqlaması ilə tanış olduqdan sonra gördüm ki, hörmətli müğənnimiz bunu heç bir arqumentlə əsas gətirmədən təklif edir. Məlum məsələdir ki, təhqir və söyüşdən istifadə edən insanlar cəzalandırılmalıdır. Ümid edirəm ki, həmin şəxslər vaxt gələcək qanun çərçivəsində cəzalandırılacaqlar. Amma bütün xəbər saytlarının və sosial medianın bağlanmasının təklif edilməsi, zənnimcə, çox yanlış bir düşüncədən doğan təklifdir. Hesab edirəm ki, Aybəniz xanım sosial medianın bağlanbmasını təklif etməkdənsə, Azərbaycanın efirin məkanınə zəbt edən bayağı müğənni və musiqilərdən söz açsın. Çünki, bu, həm də onun ixtisasına uyğun olardı. Eyni zamanda, Aybəniz xanım xəbər portallarının bağlanması ilə bağlı səsləndirdiyi fikirlərə sərf etdiyi zamanını vətənpərvərlik mövzusunda yeni mahnıların ərsəyə gətirilməsi üçün sərf etsə, daha yaxşı olardı.
Çünki, hər bir insan maximum öz sahəsinin mütəxəssisidir. Bir daha qeyd edirəm ki, mən Azərbaycanda sosial medianın bağlanmasına qarşıyam. Azərbaycanda sosial medianın bağlanması onsuz da ölkəmizə qarşı həyata keçirilən çirkin kampaniyaların genişç vüsət almasına gətirib çıxarır. Seçki öncəsi Aybəniz xanım tərəfindən belə bir açıqlamanın verilməsi təəssüfləndiricir. Tanımasaydım, hesab edərdim ki, Aybəniz xanım bunu qəsdən edib. Amma Aybəniz xanımı tanbıdığım üçün düşünürəm ki, o, kimlərinsə acığına və yaxud da, əsəbləşərək belə bir status paylaşıb.

Azərbaycanda heç bir sosial medianın bağlanmasındna söhbət gedə bilmıəz. Çünki, Azərbaycan hüquqi dövlətdir, Azərbaycanda mətbuat azadlığı var, söz azadlığı var. Cənab Prezidentimiz çıxışında da bildirib ki, jurnalistlər mənim dostlarım, yardımçılarım, köməkçilərimdir. Hətta özləri də bilmədən mənə yardımçı olurlar. Hesab edirəm ki, sosial şəbəkələrin, sosial medianın, xəbər saytlarının bağlanmasını təklif edənlər ölkə başçısına düşmən mövqe sərgiləyirlər. Biz, əslində, sosial media sahəsində inkişaf etməliyik. Çünki, biz bu gün düşmənlərimizlə, eyni zamanda, informasiya müharibəsi də aparırıq. İnformasiya sahəsində daha da irəliləməkdən ötrü, düşmənə sarsıdıcı informasiya zərbələri endirməkdən ötrü biz bu sahənin inkişafına çalışmaılyıq. Bu gün dünya infoirmasiyaları sosial media vasitəsilə əldə edir. Qəzet, jurnal demək olar ki, oxunmur. Çünki, kompüter və internet əsridir.
Hesab etmirəm ki, Azərbaycanda hansısa müğənninin sosial medianın baölanması təklifini etməsi ciddi bir müzakirəyə çevrilsin. Təbii ki, XXI əsrdə Azərbaycanda sosial media olmasa, ölkəmiz üçün bərbad vəziyyətlərin meydana gəlməsi geniş vüsət alacaq. Mənim fikrim ondan ibarətdir ki, Aybəniz xanımıən bu fikrinin üzərindən sakitcə ötüb keçmək lazımçdır. Çünki, Aybıniz xanım bizim dəyərli ziyalı müğənnilərimizdəndir. Sadəcə olaraq, bayaq dediyim ki, ola bilsin ki, kimsə Aybəıniz xanımı əsəbləşdirib və o da belə bir status yazmaqla əsəbini, hirsini soyutmağa çalııışıb.

Əgər, bu fikri söyləyən Aybəniz xanım deyil, başqası olsaydı, o zaman mən də, həmkarlarımı həmin təklifi irəli sürəni ölkə mediasında boykot etməyə çağırardım. O zaman, həmin müğənni bunun ona qarşı nə qədər ziyanla ölçüldüyünü dərk edərdi. Çünki, bu gün müğənniləri toya dəvət edən şəxslər sosial media vasistəsilə müğənnilərimizin musiqi duyumundan xəbərdar olurlar.

Xəbərlər     Baxılıb: 3082   Tarix: 10 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Elektron siqaretlər tütün qədər təhlükəlidir - "Zərərsiz alternativ" mifi

Elektron siqaretlərin (vape) sağlamlıq üçün təhlükəsiz olduğu iddiaları elmi araşdırmalarla təsdiqlənmir. Mütəxəssislər bildirirlər ki, bu məhsullar təkcə asılılıq yaratmır, eyni zamanda ağciyərlərdən ürək-damar sistemin

.

Şizofreniyanın yaranma səbəbi açıqlandı

Bəzi şizofreniya halları insanın öz immun sistemi ilə bağlı ola bilər. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, FMBA-nın Federal Beyin və Neyrotexnologiyalar Mərkəzinin direktoru Vsevolod Belousov danışıb

.

Çox adam arıqlamaq üçün belə edir, amma kökəldir

Gündə 1 və ya 2 dəfə yemək sağlamlıq üçün tövsiyyə edilmir. xəbər verir ki, bunu rusiyalı diyetoloq, qastroenteroloq və endokrinoloq Viktoriya Gonçar deyib. Onun sözlərinə görə gün ərzində üç yeməyi atlamaq metabolizmin pozulmasına

.

Yeni il süfrəsinin bəzəyi olan salat zəhərlənmə verə bilər - Belə saxlayın

Mayonezlə hazırlanmış salatlar, xüsusilə də "Olivye" tez xarab olur və düzgün saxlanılmadıqda zəhərlənməyə səbəb ola bilər. xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssis Natalya Fomenkonun sözlərinə görə

.

İnfarkt keçirənlərin ortaq vərdişi

Səhər oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlarda geniş rast gəlinən vərdişlərdən biridir. xəbər verir ki, bunu britaniyalı kardioloq Sana Sadoksay "Daily Mirror" nəşrinə açıqlamasınd

.

Bağırsaq xərçənginə qalib gələn 25 yaşlı qız 3 vacib əlaməti açıqladı - FOTO

Bağırsaq xərçənginə qalib gələn 25 yaşlı qadın üç əsas bağırsaq xərçəngi simptomunu açıqlayıb. xəbər verir ki, ABŞ-də yaşayan Peyc Zayfertə 24 yaşında bağırsaq xərçəngi diaqnozu qoyulub. Onun sözlərinə görə ilk simptomla

.

Azərbaycanda minlərlə insan istifadə edir: İnfarkt riskini 53 faiz artırır

Alimlər elektron siqaret istifadəsinin ürək-damar sağlamlığı üçün ciddi risklər yaratdığını müəyyən ediblər. Aparılan elmi araşdırmalara görə, elektron siqaret istifadə edən şəxslərin infarkt keçirmə ehtimalı istifadə etməyənlərl

.

Gecə oyanmaların səbəbi açıqlandı - Problem əlamətidir?

Gecə yuxu zamanı qısa və ani oyanmalar həmişə yuxusuzluq əlaməti sayılmır. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində çalışan terapevt David Gurley Daily Mail nəşrinə müsahibəsində bildirib. Həkimi

.

Belə məşq heç bir işə yaramır - Mif imiş

Göz gimnastikasının görmə qabiliyyətini bərpa etməsi ilə bağlı fikirlər elmi baxımdan doğru deyil. xəbər verir ki, bunu rusiyalı oftalmoloq Angelina Kazantseva bildirib. Onun sözlərinə görə göz üçün edilən məşqlər görməni

turlar.az

qaşların formalari aksessuarlar yay kolleksiyasi aşıqlar yay geyimleri uşaq dünyası valideyn ovlad munasibetleri kosmetika bakire şəkərbura xerçeng vətənə aid bayatı xocali