Əməliyyatdan öncə bu qidaları və bitkiləri dayandırmaq lazımdır- Həkim

Əməliyyatdan öncə bu qidaları və bitkiləri dayandırmaq lazımdır- HəkimBitki tərkibli olması dərmanları tam zərərsiz və güvənli etmir. Əksinə, bitkisəl dərmanların saflaşdırılması, standartlaşmanın olmaması, onların tərkibinə müxtəlif farmaseptik maddələrin qarışması, ağır metallarla kontaminasiya olunması, ehtimalları artır. Bu da gözlənilməyən əks təsirlərin ortaya çıxmasına səbəb olur.
"Medicina" xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Turanə Rəsulova deyib.
Həkim qeyd edib ki, ölkəmizdə istifadəsi geniş yayılmış bəzi bitkisəl tərkibli dərmanlar xüsusilə əməliyyata gələn xəstələr üçün təhlükə yarada bilər:
"Bitki mənşəli dərmanların qəbulunun ən azı əməliyyatdan iki həftə əvvəl dayandırılmasını istəyirik. Bunlara sarımsaq, zəncəfil, balıq yağı, E vitamini kimi preparatlar daxildir. Onların istifadəsini öncədən dayandırmalısınız, bəziləri K vitamini, bəziləri isə trombositlər üzərindən təsir göstərir, qanı durulaşdırır və qanaxma ehtimalını artırır.
Odur ki, əməliyyatdan əvvəl cərrahınıza və anestezioloqunuza bütün bitkisəl əlavələri və preparatları səhih şəkildə bildirin.
Çünki analizlərdə qəbul etdiyiniz preparatların təsir mexanizmini və nəticələrini görməyə bilərik. Belə olan halda, ya əlavə analizlər istəyə, ya da qəbul etdiyiniz preparatı dayandırıb sizi güvənli şəkildə əməliyyata alacağıq. "Bitki tərkiblidir, zərəri yoxdur, heç bir şey olmaz" deyib laqeyd yanaşmayın, hər şey gözlədiyimizdən daha riskli ola bilər" /publika.az/.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1219   Tarix: 24 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

geyim və ayaqqabılar gelinlikler kosmetoloq enli koftalar elm haqqında aforizmlər razyana çayı buxaq kosmetika heyati vətən hakışda atalar sozleri qoğalın nağlı