Ən yaxşı hərbi vətənpərvərlik simvolikası və şüarı (devizi) üzrə müsabiqə elan edilir

Ən yaxşı hərbi vətənpərvərlik simvolikası və şüarı (devizi) üzrə müsabiqə elan edilirSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC "Ən yaxşı hərbi vətənpərvərlik simvolikası" və "Ən yaxşı hərbi vətənpərvərlik şüarı (devizi)" üzrə müsabiqə elan edir.

MMC-dən bildiriblər ki, müsabiqə iki nominasiya – "Ən yaxşı hərbi vətənpərvərlik simvolikası" və "Ən yaxşı hərbi vətənpərvərlik şüarı (devizi)" üzrə keçiriləcək.

Məqsəd yeniyetmə və gənclər arasında yaradıcılığı və hərbi vətənpərvərliyi təbliğ etmək, eləcə də ictimaiyyətin diqqətini "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin beşillik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə yönəltməkdir.

Müsabiqəyə təqdim olunan simvolika geniş ictimai marağa səbəb ola biləcək qrafik dizayna malik olmaqla hərbi vətənpərvərliyi özündə ehtiva etməli, eləcə də qələbə əzmini ifadə etməklə təsirli olmalıdır.

Müsabiqəyə təqdim olunan şüar (deviz) isə hərbi vətənpərvərliyi özündə ehtiva edən, tələffüzü çətin cümlələrdən olmayan, təsirli olmaqla tək oxunuşda hər kəsin yaddaşında qala bilən, xatırlana bilən bir cümlə olmalıdır.

Simvolika orijinal və rəngli olmalı, təsvir edilmiş görünüşü əks etdirməli, hər hansı mövcud emblem və loqotiplərin elementlərini təkrarlamamalıdır. Onun hazırlanmasında dizayn bacarığına malik istənilən yaradıcı şəxslər (məktəbli, tələbə) və ya təcrübəli dizaynerlər iştirak edə bilərlər. Bundan başqa, simvolika qrafik (*jpeg, *png) və vektor versiyalarında (*cdr 2012, *psd;*pdd) təqdim olunmalıdır.

Şüar (deviz) əvvəllər işlədilmiş və yayımlanmış olmamalı, müsabiqə elan edilmiş vaxtdan yazılmalı, "Arial" 12 şriftlə *doc və ya *cdr 2012 versiyalarında ağ, qara, yaxud rəngli yazıda təqdim olunmalı, işlər elektron formada göndərilməli, yaxud yaddaş kartında şəxsən təqdim edilməlidir. Şüarın (deviz) yaradılmasında intellektual biliyə malik istənilən şəxslər (məktəbli, tələbə, hərbçi, elm adamı və s.) iştirak edə bilərlər.

Müsabiqəyə hər bir şəxs tərəfindən yalnız bir iş təqdim oluna bilər. Müsabiqəni elan etmiş tərəf mükafat qazanan işlərdən təbliğat, maarifləndirmə vasitəsi kimi istifadə etmək hüququna malikdir və ondan nəşrlərində istifadə edə bilər. Müsabiqəyə qatılan şəxs özü haqqında şəxsi məlumatlarını (adını, soyadını, atasının adını, doğum tarixini (gün, ay, il) əlaqə nömrəsini (ev, mobil), işlədiyi və ya oxuduğu müəssisəni, bir ədəd fotoşəkil) *doc faylında işə əlavə etməlidir.

Hər iki nominasiya üzrə ilk üç yerin sahibinə diplom və mükafatlar təqdim olunacaq.

İşlər mayın 20-dək təqdim olunmalıdır. Müsabiqənin nəticəsi mayın 26-da elan ediləcək.

Əlavə məlumat almaq üçün "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin inzibati binasına şəxsiyyəti təsdiq edən sənədlə (Az 1022 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 99 (Maliyyə Nazirliyinin arxa tərəfi, Zabitlər bağının yaxınlığı) müraciət etmək lazımdır (mail: [email protected]).

Əlaqə telefonları: (012) 597 25 88 və (055) 409 02 82.

AZƏRTAC

Xəbərlər     Baxılıb: 2847   Tarix: 04 may 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

geyim dəbləri aksessuarlar adlarin menasi qadın müdafiəsi elm aid atalar sozleri terevezler aybasi kosmetika atalar sözləri geyim mikayıl abdullayev şəhid zəhmət