Əncirin faydaları

Əncirin faydalarıƏncirin çox faydalı meyvə olduğu hamıya məlumdur. Faydalanmaq üçün əncirin qurusundan da geniş istifadə edilir. Əncir qurusu müxtəlif növ əncir meyvəsini qurudaraq əldə edilir. Əncir ən qədim meyvələrdən hesab edilir. Onun yetişdirilməsi ilə qədim zamanlarda Ərəb ölkələrində geniş istifadə edilib. Sonralar Suriya, Finlandiya və Misirdə də əncir ağacının yetişdirilməsinə başlanılıb. Əncir ilk dəfə Amerika ölkələrinə XVI əsrdə gətirilib. MDB ölkələri arasında ən çox Türkmənistanda, Azərbaycanda, Özbəkistanda, Gürcüstanda, Tacikistanda əncir ağaclarına rast gəlinir.
Əncir subtropik bitkilərdəndir. Onun ağacı 12 metr hündürlüyə qədər qalxa bilir. Onun iri, tünd yaşıl və sərt yarpaqları olur. Əncirin yarpaqları insanın dərisini qıcıqlandırır və onu qopardıqda südə bənzər maye axır. Əncirin müxtəlif növləri var. Onun həm təzəsindən, həm də qurudulmuşundan istifadə edilir. Əncir meyvəsi yay aylarında yetişir. Onun şirin dadı olur. Əncir orqanizm üçün faydalı olan meyvələrdəndir. Ənciri yetişdiyi zaman toplayır və qurudurlar. Əncirdən mürəbbə və cemlər də hazırlanır.
100 qram əncirin tərkibində olanlar:
- Züllar - 1,5 qr
- Yağlar - 0,4 qr
- Karbohidratlar - 4,9 qr
- Su - 1,4 qr
- Kalori - 74 kKal.
Əncirin tərkibində çoxlu faydalı makro və mikro elementlər var. Onun tərkibi dəmir, maqnium, kalsium, kalium və A və B vitaminləri ilə zəngindir. Təzə dərilmiş əncirin 24%-ni, qurudulmuş əncirin isə 37%-ni şəkər təşkil edir.
Əncirin faydalı xüsusiyyətləri
Əncir qızdırmasalıcı və tərqovucu təsirə malikdir. Ondan daha çox faydalanmaq üçün təzə halda yemək lazımdır. Qurudulmuş ənciri isə suda və ya süddə saxlayıb yedikdə orqanizm üçün faydalı olur.
Əncir mədənin və böyrəklərin işini yaxşılaşdırır. Xalq təbabətində əncir həlimindən soyuqlama, angina, diş xəstəlikləri və tənəffüs yollarının xəstəlikləri zamanı istifadə edilir. Əncir ürək-damar xəstəlikləri zamanı çox faydalıdır. Onun tərkibində olan kalium ürək əzələsini möhkəmləndirir. Kaliumun miqdarı damarların da möhkəmlənməsinə səbəb olur. Əncir damarların fəaliyyətini yaxşılaşdırır və venoz damar çatışmazlığı əlamətlərinin aradan qalxmasına səbəb olur. Əncirin tərkibində olan fitsin fermenti qanın laxtalanmasının qarşısını alır və trobların əriməsinə səbəb olur.
Əncir bağırsaq möhtəviyyatının yumşalmasına və qəbizliyin aradan qalxmasına səbəb olur. Əncir ürəkdöyünmənin azalmasına səbəb olur. Əncir artıq çəkidən xilas olmağa yardım edir. O stress səbəbli meydana çıxan öskürmələrin və alkohol qəbulundan sonra meydana çıxan əlamətlərin aradan qalxmasına səbəb olur. Əncirin tərkibində olan kalium, maqnium və kalsium qarışığı əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Əncir yemək çox faydalıdır. Ondan hazırlanan bəzi uşaq qidaları uşaqların həzmini sürətləndirir.
Əncir yemək pis xolesterinin azalmasına səbəb olur və atereskleroz əlamətlərini aradan qaldırır.
Əncirirn zərərli xüsusiyyətləri
Şəkərli diabet xəstələrinə əncir yemək məsləhət görülmür. Podaqra və bağırsağın kəskin xəstəliklərindən əziyyət çəkənlərə də əncir yemək tövsiyə edilmir. Buna səbəb isə əncirin tərkibində əncir liflərinin və əvəlik turşusunun olmasıdır. Piylənmə və pankretitdən əziyyət çəkənlərə quru əncir yemək məsləhət görülmür.
Əncirin bağırsaq yumşaldıcı xüsusiyyətini də diqqət mərkəzində saxlamaq lazımdır. Belə ki, uzun məsafəli yola çıxan adamlara acqarına əncir yemək tövsiyə edilmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1538   Tarix: 22 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

reseptler qis geyimləri 2026 yaz geyimleri 2026 haxışta bürc uyğunluğu kecellesme paltar olmaq kosmetika qaynana kəlamlar terezi novruz rus dilin nece orenek