Ərdoğandan Dəniz Çakıra SƏRT SÖZLƏR: Əsl faşistlikdir
"Bu ölkənin başı örtülü gənc qızlarına "Səudiyyə Ərəbistana gedin" demək faşistliyin ən yüksək həddidir".
Xanim. AZ Publika.az a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Ərdoğan hicablı qadınlara hücum etdiyi deyilən aktrisa Dəniz Çakır haqqında danışarkən deyib. Rəcəb Tayyib Ərdoğan partiyasının bugünkü yığıncağında çıxış edərkən aktrisanın gündəmdən düşməyən hərəkətini kəskin tənqid edərək onu faşist adlandırıb.
O, çıxışında ad çəkməsə də, Dəniz Çakıra ismarış yollayıb:
"Sonuncu dəfə bir konsertdən çıxan başı açıq örtülü qızlarımıza bu şəkildə sataşıb "Səudiyyə Ərəbistana gedin, burada nə işin var" deyənləri düşünün, özü də sənətçi imiş. Nə deyirsiniz, deyin bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK Partiya tam əksinə, bu ölkədə həyat növlərini zəmanət altına alan siyasi təfəkkürdür.










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir