"Ərim göstəriş üçün namaz qılır, saqqal saxlayır, amma hər gecə məni..." - ÖZƏL MÜSAHİBƏ

"Ərim göstəriş üçün namaz qılır, saqqal saxlayır, amma hər gecə məni..." - ÖZƏL MÜSAHİBƏBiG.AZ saytı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi ilə birgə "Susma" adlı layihə həyata keçirir. Bu layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir. BiG.AZ-ın növbəti müsahibi həyat yoldaşı tərəfindən dəfələrlə övladları ilə birlikdə amansız işgəncələrə məruz qalan Gülşən Əliyevadır (Adı şərtidir). Gülşən Əliyeva əri və ailəsi tərəfindən dəfələrlə təhqir edilib, övladları ilə birlikdə kəmərlə döyülüb.

- Yoldaşınızla neçə il ailəli qaldınız?

- Evliliyim cəmi 7 il çəkdi. Amma bu 7 il mənə bir ömür kimi gəldi. İnsanlıq edib qarşındakının səhvini dəfələrlə bağışlayırsan. Bu il ərzində ancaq işgəncə və təhqirlərlə üzləşmişəm. Dəfələrlə bağışlasam da, ərim nəticə çıxarmaq əvəzinə səhvlərini yenidən təkrarlayıb. Ərimin düzəlməyəcəyini anlayıb ayrılmağı qərara aldım.

- Ailə quranda neçə yaşın var idi?

- 19 yaşımda ilə qurmuşam.

- Həyat yoldaşınla sevib ailə qurmusan?

- Sevib ailə qurmamışam. Sadəcə ailəm onların dindar olmasına aldandı. Mən dağılmış ailədə böyümüşəm. Anamla atam ayrılanda mənim 3 yaşım olub. Bilirsiniz bu haqqında danışmaq nə qədər çətindir? Uşaq vaxtı anası və atası bir yerdə uşaqları görəndə hər də gizlin-gizlin ağlamışam. Hər kəs ana çağıranda mən tək qalmışam. Anam yanımda olmayıb. Ayrılanda anamın yaşadığı yer olmadığı üçün biz məcburi atamla yaşamalı olmuşuq. Artıq 15 yaşıma çatanda hər kəs fılankəsin qızı var deyə adımı hallandırdılar. Düzü, ailə qurmaq haqqında düşüncəm yox idi. 15 yaşımda tək düşüncəm anamla atamın ayrılma səbəbləri idi. Hər dəfə bu barədə söhbət açılanda sadəcə susurdular. Mənimlə ailə qurma istəyənlərə yox dedikcə hər kəs üstümə gəlirdi. Mənə heç kimi bəyənməməyin səni evdə qoyacaq deyirdilər. Mən də hər dəfə deyirdim ki, 40 yaşında da ailə quranlar var. Qura bilməsəm də, qismət deyib keçərdim. Həyat yoldaşım məndən bir yaş böyükdür. Onlar bizə gələndə düşündüm ki, bu nə ailə qədri biləcək. Çünki uşaq idi. Mən dağılmış ailədə böyüyüb çox əzablar çəkmişəm. Heç vaxt istəmirdim ki, mənim çəkdiklərimi övladlarım da çəksin. Amma məcbur razılaşmalı oldum. Çünki analıq əlində idim. Bəlkə də öz anam yanımda olsaydı, onunla evlənməzdim.

- Ali təhsilin varmı?

- Orta təhsiliyəm. Ali təhsil almadığıma görə çox peşmanam. Təhsilimi davam etdirsəydim, bəlkə də bu gün burada olmazdım.

- Yoldaşınla və ailəsi ilə münasibətlərin necə idi?

- Balaca baldızım belə mənə qaynanalıq edirdi. Müraciət edəndə mənə hər dəfə "çurbanın qızı" deyə çağırardı. Hər cür mədəniyyətsizliklərinə susmuşam. Bizdə belə adət var, evindən çıxdınsa kar və lal olursan. Amma bu gün belə deyiləm. Susduqca üstümə gəldilər. Məni gücsüz bildilər. Amma düşünmədilər ki, sadəcə mən mədəniyyətimi göstərirdim. Analıq əlində böyüsəm də, onlara əsl əxlaqı və mədəniyyəti göstərirdim. Atalı, analı ailədə böyüsələr də, əxlaqi cəhətdən çox zəifdirlər. Qadını həyat yoldaşı tutmasa, nə qaynana, nə baldız hörmət edir. Ərim göstəriş üçün saqqal da saxlayır, şalvarının balağını da qısaldıb. Bu gün mənimlə birgə övladlarım da namaz qılır. Amma elə başıbağlı qadınlar var ki, sadəcə hicablı olduğuma görə utanıram. Allah ürəyimdəkini bilir. Ərimlə aramdakı Allahla mənim aramda qalacaq.

-Həyat yoldaşın xasiyyətcə necə insan idi?

-Bu dünyada hər kəs paltar, bəzək və var-dövlət maraqlandırır. Ərim də eləydi. Onu ancaq pul maraqlandırırdı. Ailə haqqında düşünmür. Mənimlə boşanmamış başqası ilə kəbin kəsdirdi. Həmin qadından da uşağı oldu. Tez ailə qurmasına da səbəb arvadını işlədib mənə verəcək alimenti çıxarmaq idi. Amma bu günə kimi mənə bir qəpik də aliment verməyib. Aliment vermədiyinə görə heç yerə şikayət etməmişəm. Çünki hər dəfə düşünmüşəm ki, övladlarımın atasıdır.

- Hazırda ərin ailəlidir?

- Xeyr. Çünki həmin qadınla cəmi 1 ay ailəli qaldı. Onunla da ayrıldı. Həmin qadından bir övladı var. O qadından qorxduğu üçün onun alimentini ödəyir. İkinci dəfə ailə qurduğu qadın oğlana və ailəsinə cəmi bir ay dözdü. Amma mən övladlarım üçün onlara 7 il dözməli oldum.

-Uşaqlarının neçə yaşı var?

- Qızımın 7-i, oğlumun isə 5 yaşı var. Qızım məktəbə getməlidir. Amma hələ də getmir. Qızımın məktəbə getməməsi mənə çox əzab verir.

- Hazırda işləyirsənmi?

-Təəssüf ki, işləmirəm. Amma işləmək istəyirəm. İşləyib övladlarıma gözəl gələcək qurmaq istəyirəm.

- Həyat yoldaşın səninlə və övladları ilə necə rəftar edirdi?

- Ərimin mənə qarşı münasibəti çox kobud idi. Göstəriş üçün namaz qılır, saqqal saxlayır. Qəlbi isə çirkabla doludur. Hər gün məni və övladlarımı vəhşicəsinə döyürdü. Özümün döyülməyimə dözürdüm. Amma övladlarımın döyülməsi ilə razılaşa bilmirdim. Hər gün uşaqlara işgəncə verir, kəmərlə uşaqları döyürdü.

- Qızın böyüyəndə hansı ixtisasın sahibi olmaq istəyir?

- Qızım həkim olmaq istəyir. Özüm çox əzablar yaşadım. Qızımın yaşamasını istəmirəm. Ona görə də onun oxumasını, öz ayağı üstə durmağı bacaran qadın olmasını istəyirəm. Çünki güclü qadını heç kim əzə bilmir.

-Niyə atangilə deyil, sığınacağa gəldin?

- Atam məni uşaqlarsız qəbul edir. Deyir elə bilərəm ki, ailə qurmamısan. Amma uşaqlarla ögey ananın yanına getmək çox çətindir. Ona görə buraya gəlmişəm. Övladlarımsız yaşamağı düşünmürəm.

- Ərin uşaqlarla maraqlanırmı?

-Həyat yoldaşım uşaqları mənə vermirdi. Polislə övladlarımı onun əlindən almışam. Bilirsiniz ki, qadınlar polisdən çəkinir. Övlad elə şirindir ki, mən hətta polisə belə əl atdım. Uşaqları alimentə görə vermik istəmirdi. Kəmərlə işgəncə verən insan necə övladını sevə bilər?

- Aliment məsələsinə görə hansısa qurumlara müraciət etmisənmi?

-Düzü etməmişəm. Yəqin ki, sığınacaqda bu məsələnin həllində mənə kömək edəcəklər.

- Qızlarımıza nə məsləhət görürsən?

- Ailə qurmağa tələsməsinlər. Təhsillərini davam etdirsinlər.Çünki qızlar üçün ən önəmli olan təhsildir. Əgər bu gün mənim təhsilim və ixtisasım olsaydı öz evimdə olardım.

Xəbərlər     Baxılıb: 2565   Tarix: 13 fevral 2018
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

gelinlikler geymler 2026 geyim seçimi badımcan yeməyi parket döşəmələr sidik yolu infeksiyasi sabir haciyev kosmetika qaynana novruz bayramına aid kahfe falı ana haqqinda bayati zehmet ve zinet