"Ərimi sevə bilmirəm, bu günahdırmı?"

"Ərimi sevə bilmirəm, bu günahdırmı?"Ərlə olan münasibətdə qadın çox diqqətli olmalıdır, çünki bu, Uca Allahın razılığını, həmçinin Cənnəti və ya Cəhənnəmi qazanmağın əsas səbəblərindən biridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol - deyilər...". (İmam Əhməd, 1661). O (salləllahu aleyhi və səlləm), həmçinin bir qadına belə demişdir: "Sənin ərin varmı?" O dedi: "Bəli". (Peyğəmbər) (salləllahu aleyhi və səlləm) dedi: "Onunla necə dolanırsan?" O dedi: "Onun haqlarını yerinə yetirməkdə əlimdən gələni edirəm, sadəcə bacarmadığım şeylər bundan istisnadır". O dedi: "Onunla davranışına fikir ver, çünki o sənin cənnətin və cəhənnəmindir". (İmam Əhməd).
Xanim.az zikr.az-a istinadən bildirir ki, qadının öz ərini sevməməsi bir çox səbəblərdən baş verə bilər, onlardan bəziləri:
Axirətə az inanmaq və şeytanın "romantika", "azad sevgi" adı altında təlqin etdiyi boş xülyalara uymaq. Halbuki bu cür şeylər reallıqda insanı rüsvayçılığa və ailənin dağılmasına, axirətdə isə Cəhənnəm əzabına aparır. "Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur". (Ğafir, 39).
Əgər qadın ərindən başqa birisini sevirsə, Allahdan kömək istəyərək onu mütləq unutmağa çalışmalıdır, çünki bu böyük günah olan zinaya aparan səbəblərdən biridir. Bunun üçün Allaha çox dua etmək, şeytanın vəsvəsəsindən uzaq olmaq üçün ibadətləri artırmaq, hər gün Quran oxunmasına qulaq asmaq, dini bilikləri artırmaq üçün kitablar oxumaq və ya dərslərə qulaq asmaq lazımdır. Həmçinin, həmin insanı yada salan bütün vasitələrdən -- telefon, internet və s. mümkün qədər uzaq olmaq lazımdır. Allahın izni ilə bir müddət sonra bu hiss keçib gedir. Daha ətraflı: Haram sevgini necə unutmaq olar?
Qadın ərini çirkin hesab edirsə, bunun səbəbi naməhrəmlərə baxmaq və ya haram şeylər izləmək ola bilər. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar...". (ən-Nur, 31). Kafirlərin müsəlman ailələrini dağıtmaq cəhdlərindən biri də, televizorda və internetdə yaraşıqlı, bəzənmiş kişi və qadınları təbliğ edərək ərin gözündə öz arvadını və ya arvadın gözündə öz ərini çirkin göstərməkdir. Belə şeylərə baxmamaq və öz ərinin pis xüsusiyyətlərinin üzərindən keçərək yaxşı xüsiyyətləri haqqında düşünmək lazımdır.
Cadu, sehr və s. nəticəsində şeytan kişini öz arvadının gözündə çirkin göstərə bilər. Bu halda aşağıdakıları etmək lazımdır:
Kişi öz arvadının haqlarını verməməsi -- onunla kobud davranması, zəruri şeyləri təmin etməməsi, onunla az vaxt keçirməsi, yaxınlıq etməməsi və s. Bu halda kişiyə mötəbər, əməlisaleh insanlar tərəfindən nəsihət edilməlidir.
Bu və digər səbəblərdən çəkinmək, dində sabit olmaq və şeytanın vəsvəsəsindən qorunmaq üçün Allaha çox dua etmək, imanı artırmaq lazımdır.

Xəbərlər     Baxılıb: 2528   Tarix: 19 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

toy gecesi qis geyimləri 2026 makiyaj instagram qısa saç düzümləri arıqlama vasitələri pamidor maskasi sarimsagin xeyri kosmetika aydin sani maraqli hakistalar penis gozellik salatlar