Ərindən boşandı, analıq hüququndan məhrum edildi - AZƏRBAYCANDA - VİDEO
Seyidxanım Hüseynova 2 il əvvəl həyat yoldaşından boşanıb. Amma nə biləydi ki, ailəsi dağılmaqla bərabər, daha böyük problemlərlə üzləşəcək.
Qadinsayti.az xezerxeber-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, İlkin və Elgün adlı övladlarının 8 ay onunla qalması həyat yoldaşı Rasim Hüseynovu qıcıqlandırıb.
Məhkəməyə müraciət edərək, guya onun uşaqlara işgəncə verdiyini, döydüyünü bildirərək valideynlik hüququndan məhrum etdirib. Həm də məhkəmədə Seyidxanımın özü iştirak etmədən. Məhkəmənin qərarını isə anaya çox gec təqdim ediblər.
Keçən ilin aprelindən 7 və 8 yaşlı İlkinlə Elgünün üzünü görmür. Heç hansı internat məktəbində oxuduqlarını da bilmir. Yeganə təsəllisi böyük oğlunun telefonunda qalan şəklinə baxmaq və ağlamaqdır.
Məsələni vəkil Asif Abdullayevlə müzakirə etdik. Deyir ki, Seyidxanım Hüseynova vaxtında məhkəmə qərarından xəbər tutsaydı, növbəti instansiyaya müraciət edərək uşaqları incitmədiyini, normal həyat tərzi keçirdiyini sübut edə bilərdi.
Amma indi də gec deyil. Seyidxanım valideynlik hüququnu bərpa edə, övladlarına qovuşa bilər. Bunun üçün yenidən məhkəməyə müraciət etmək, ailə üzvləri-qonşuları şahid qismində dəvət edərək əsl analıq borcunu yerinə yetirmək potensialında olduğunu sübut etmək lazımdır.
İndi Seyidxanım vəkilin dediklərinə əməl etməli və yenidən məhkəməyə müraciət etməlidir.
f Paylaş








Vətən haqqında bayatılar
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"Yalı çapkını"nın aktrisası Bakıda toyda
Uzak şehir'in aktrisası onunla eşq yaşayır
Məşhur aktyor vəfat etdi
"İflic olacağam və yataqda qalacağam
"Hər həftə bir ev alırdım
Məşhur aktyor 22 kilo arıqladı
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi