Əsas dalğanı geridə qoymuşuq, ancaq arxayın olsaq, ikinci gələcək - Adil Qeybulla
"Virusun kuliminasiya həddini keçmişik. Ancaq pandemiyadan tam azad olunduğumuzu düşünüb arxayın hərəkət etsək, ikinci dalğa ola bilər".
Milli.Az bildirir ki, bunu professor Adil Qeybulla deyib.
Professor sosial izolyasiya tədbirlərinin vacibliyini vurğulayaraq, vətəndaşları arxayın olmamağa səsləyib: "Məhdudiyyətlərin yumşaldılması insanların sosial fəallığını artırmaq üçündür. Ancaq bu, gigiyena qaydalarını və sosial izolyasiya tədbirlərini pozmalıyıq anlamına gəlmir. İnsanlar maska taxmalı, sosial məsafəni gözləməlidir. Bunlar icbari olduğu üçün qaydaları ciddiyə almalıyıq.
İnsanlarımız anlamalıdır ki, onların azadlığı karantin tədbirlərini gözləməkdən və icra etməkdən asılıdır. Yenidən yoluxma halları olduğu təqdirdə, qaydalar sərtləşdirilə bilər. Ona görə də diqqətli olmağa davam etməliyik". (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI