Eşitmə itkisi müalicə olunmazsa, nə baş verə bilər?

Eşitmə itkisi müalicə olunmazsa, nə baş verə bilər?Eşitmə itkisi qocalmanın normal bir hissəsidir. Ancaq bununla bağlı heç bir şey edilməzsə, bədənə mənfi təsir göstərə bilər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Mayo Klinikasının otorinolarinqoloqu Dr.Nikolas Dip bildirib.
O, eşitmə itkisinin koqnitiv, sosial və fiziki sağlamlığa necə təsir etdiyindən danışıb.
"Eşitmə itkisi müalicə olunmazsa, beyni təhrif olunmuş mesajları şərh etmək üçün daha çox işləməyə məcbur edəcək. Nəticədə düşüncə, yaddaş və ya digər yüksək səviyyəli funksiyalar üçün daha az idrak ehtiyatı qalacaq.
Xəstələr eşitmə qabiliyyətinə görə artıq normal ünsiyyət qura bilmədiklərindən əsəbiləşirlər. Onlar cəmiyyətdən uzaqlaşır, daha az aktivləşir və dostları və ailəsi ilə daha az ünsiyyətdə olurlar. Bu, təkliyə, sosial izolyasiyaya və depressiyaya səbəb ola bilər. Bütün bunlar zehni geriləmə üçün risk faktorlarıdır". - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, eşitmə qabiliyyəti zəif olan insanlar getdikcə daha çox evdə qalırlar:
"Onların fiziki fəaliyyəti azalmağa başlayır, bu da tarazlığı qorumaq qabiliyyətinin pisləşməsinə səbəb olur. Nəticədə onların yıxılma riski artır. Həmçinin, müalicə olunmazsa, eşitmə itkisi xəstəxanaya yerləşdirilmə, şəkərli diabet və ürək-damar xəstəliklərinə tutulma ehtimalının artmasına səbəb ola bilər. Belə insanlar üçün hətta ölüm riski də daha yüksəkdir".
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1539   Tarix: 01 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

maskalar sac duzumleri hamiləlik zirinc faydalari tanışlıq saytları intim kelem tutmasinin hazirlanmasi qadin ehtirasi artiran dermanlar kosmetika atalar sözü webnem tovuzlu faydalı maskalar ginekoloq maska