Etibar Pirverdiyevin qızı sabiq nazir oğlu ilə şirkət açdı - Londonda - VİDEO
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasov Londonda daha bir şirkət açıb.
Yenicag.az-ın məlumatına görə, Eldar Abbasovun biznes şəriki onun həyat yoldaşı, "Azərenerji"nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyevadır.
Hər iki məmurun – Əli Abbasovun və Etibar Pirverdiyevin övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğuldurlar.
INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.
Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE.
Şirkətin nizamnamə kapitalı 100 funt sterlinq məbləğindədir. Qeyd edək ki, BİTTOP şirkəti tamam fərqli profildə, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir