Əzizə Mustafazadə

Əzizə MustafazadəƏzizə Mustafazadə 1969-cu il dekabrın 19-da Bakı şəhərində anadan olmuşdur. İstər-istəməz, Əzizənin həyatında ilk dəfə peşəkar səhnədəki çıxışı yada düşür. O vaxt, 1978-ci ildə, balaca qız olan Əzizə Ümumittifaq caz musiqisinin festivalı keçirilən Tbilisi şəhərinə yollanmışdı. Həmin gecə balaca Əzizə ən yaxşı "müğənnilərdən" biri kimi qəbul edilmişdi.
Əzizənin həyatında qazandığı bu ilk müvəffəqiyyət onun üçün çox vacib və xatirində qalan bir hadisə idi. Sevimli qızlarının hər bir addımını həyacanla himayə edən valideynləri Vaqif və Elza xanım üçün Əzizənin müvəffəqiyyəti heç də gözlənilməz olmadı. Axı, Azərbaycan xalq mahnıları, muğam və caz səslənən musiqi mühitində böyüyən Əzizə, atasının rəhbərliyi altında olan "Sevil" vokal kvartetinin bütün repertuarını əzbər bilirdi, və həmçinin eşitdiyi hər hansı bir musiqinin əsasında qeyri-adi bir kompozisiya yaradırdı. Artıq o zamanlar Əzizə son dərəcədə yaxşı improvizasiya qabiliyyəti nümayiş etdirirdi, öz səsinə alət kimi sahib olması isə onu eşidənlərin hamısını məftun edirdi.
Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil öz nəticələrini verdi. Hövsələlik və çalışqanlıq, musiqi intuisiyası, qeyri-adi yaddaş müəllimləri valeh edirdi. Bu qızın gələcəyi yalnız parlaq olmalı idi. Musiqi məktəbi və gözəl müəllimlər ona beynində və ürəyində olanları, hələ onda, bu gənc məxluqda özünə yer almış böyük potensialı, qarşısı alınmaz sel kimi coşub üzə çıxmaq istəyənləri nizamlamağı öyrətmişdilər.
1986-cı ildə yenə Tbilisi şəhərində keçirilən beynəlxalq caz festivalında Əzizə qızıl medala layiq görüldü, və bu mükafat onun yaradıcılıq fəaliyyətində layiqli başlanğıc oldu.

Qızı ilə çox məşğul olan, onun ən böyük müəllimi və Əzizə üçün ideal və təqlid nümunəsi olmuş atasının yolunu davam etdirən Əzizə hamıya, və hər şeydən əvvəl özünə, musiqi aləmində öz yerinin olmasını və burada sadəcə iştirak etməyə yox, həm də dünya səhnələrində ulduz kimi parlamağa layiq olduğunu sübut etdi.

Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olaraq, Əzizə bir neçə festival və müsabiqələrin qalibi olmuşdu, 1987-ci ildə isə "Debyüt" vokal müsabiqəsində birinci yeri tutub, laureat oldu.
Əzizənin müəllimləri arasında 1987-ci ildən onunla birgə çıxış edən, bizim ölkədə çox tanınmış Rafiq Babayevin adını da çəkmək olar.
1990-cı ildə Əzizə "Qaya" orkestrinin solisti kimi fəaliyyət göstərir və ayrıca proqram ilə çıxış edir.
Sonralar istedadlı və öz yaradıcılığında yorulmaq bilməyən Əzizə özünün pianoçuluq stedadını tamamlayan bəstəkarlıq qabiliyyətini də göstərdi. Klassik musiqi və caz ifaçısı olan Əzizə yalnız özünə məxsus orijinal ifa tərzini tapdı. Onun xüsusiyyətlərindən biri də o idi ki, o, özü üçün yeni olan və başqa heç nəyə bənzəməyən hər bir şeyə yaradıcılıq marağı göstərirdi. Əzizənin yorulmadan yeni yaradıcılıq ideyalarının axtarışı və onları həyata keçirmək istəyi, onun musiqiyə hər şeydən üstün gələn məhəbbəti ilə bağlıdır. Əzizənin şəxsi kompozisiyalarını və başqa bəstəkarların əsərlərini ifa etdiyi tərz onun mahiyyətini və onun həyat və incəsənətə münasibətini açır.
Musiqiyə vurğunluq və dinləyicilərə bu məhəbbəti çatdırmaq arzusu onu yeni əsərlər yaratmağa, əldə edilənlərlə kifayətlənməməyə və daima irəli getməyə məcbur edirdi.
Ciddi məktəb keçən və yaxşı müəllimləri olmuş Əzizə dəqiq bilir ki, müasir musiqinin müxtəlif janrlarının inkişafı, klassik musiqisini dərindən bilməkdən və ondan istifadə etməkdən çox sıx asılıdır. Əzizənin muğam improvizasiyalarını təkrarolunmaz şəkildə ifa etməsi və qəlbinin bütün varlığı ilə xalq musiqisini hiss edib, bundan öz yaradıcılığında istifadə etməsi bizə onunla fəxr etməyə əsas verir.
Əzizənin şəxsində biz gözəl pianoçu, savadlı vokalist, peşəkar caz müğənnisi və istedadlı bəstəkar görürük. Əzizənin bəstələdiyi pyeslər, prelüdiyalar və mahnılar sanki onun xəyal və istəklərini ifadə edir.
Xaricdə keçirilən müxtəlif festival və müsabiqələrdə iştirak edərkən Əzizə heç zaman unutmur ki, o, öz xalqının qızıdır və özünü azərbaycanlı ifaçı kimi təqdim edərək ləyaqətlə çıxış edir.
Bu xanım qızın xarici kövrəkliyi arxasında atasından irsən keçən qətiyyətli məqsədyönlülük və güclü daxili qüvvə gizlənir. Təbiətin ona bəxş etdiyi şəxsi istedada, xasiyyətinin valehedici keyfiyyətlərinə və xüsusiyyətlərinə görə Əzizə Mustafazadə dünya musiqi səhnəsində yüksəkliklərə çatmışdır. Lakin onun enerjisi, coşub daşan ideyaları, yaradıcılıq imkanları heç də tükənməyib, və gələcəkdə onu daha böyük uğurlar gözləyir. Konsert zamanı royalın klaviaturasının üzərində incə əllərin pərvaz etməsinə, onun özünü musiqi sədalarının ixtiyarına necə həzzlə təslim etməsini müşahidə edərkən başa düşürsən ki, bu xanım qız atasının ləyaqətli davamçısıdır.

Maraqlı     Baxılıb: 2895   Tarix: 11 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri geyim seçimi anaya aid atalar sozu hamilelik gavali haqqinda ariqlamagin asan yollari kosmetika ariqla gözellik novruza aid hakisdalar kurtlar vadisi bir arzum var