Fatimədən iddialara cavab: "Təcavüzdən əvvəl qız uşağı idim"
Rusiyada yaşayan azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva haqqında deyilən tənqidlərə cavab verib.
Axşam.az-ın məlumatına görə, Andrey Malaxovun "Canlı yayım" proqramına qonaq olan aktrisa rejissor Mark Razovskinin ona təcavüz etdiyini demişdi. Onun bu sözlərinə bir çoxları inanmamış, Fatimənin özünü reklam etdiyini bildirmişdi.
Aktrisa və Fatimə ilə eyni kursda oxuyan Svetlana Markovnikova onunla ərini bir otaqda tək tutduğunu bildirmişdi. Svetlana Fatimənin onun ərini əlindən almaq istədiyini iddia edirdi.
"O, məşqlərə adi corab geyinib gəlirdi, ayağını qaldırırdı və alt paltarı geyinmədiyi görünürdü. Beləcə, diqqət çəkirdi" deyə, Svetlana söyləyib.
Abbasquliyeva efirdə aktrisanın ittihamlarına cavab verməsə də, sosial şəbəkədə ünvanına yazılan təhqirlərə münasibət bildirib.
"Başa düşmürəm ki, mənim geyimimin bu hadisələrə nə aidiyyatı var? İstədiyim kimi geyinirəm. Bir libas müxtəlif qadınların əynində fərqli görünə bilər. Əgər mənim geyimim və bədən quruluşum onu əri ilə üz-üzə qoyursa, mənim nə günahım var? Mənim ürəyim təmizdir. Mən Rozovskinin təcavüzündən əvvəl qız uşağı idim. Teatrda heç kimlə öpüşməmişdim, intim münasibətdə olmamışdım. Onun ərinin və bir başqasının qarşısında sinəmi açıb qoymamışam. Onun dedikləri yalandır".
Qeyd edək ki, Svetlana Fatimə haqda "Otağa girdim ki, ərimlə Fatimə təkdir. Ərim yataqda uzanmışdı. Fatimə isə sinəsini açıq ona tərəf dönmüşdü" sözlərini bildirmişdi.











Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin