Fatimənin acığına salon da açdı
Müğənni Xatun Əliyeva indi də gözəllik salonu açıb.
Axşam.az-ın məlumatına görə, sənətçinin gözəllik mərkəzi artıq bir müddətdir ki, fəaliyyətə başlayıb. Xatun salona stilist qardaşı balaşın adını qoyub.
Bir müddət əvvəl Xatunla rəqqasə Fatimə Fətəliyeva arasında qalmaqal yaşanmışdı. Fatimə xına evi açan Xatunla dava edib. Daha sonra isə rəqqasə sənətçinin onun salonunda çalışan qardaşını işdən çıxarıb.
Xatun da bunun acığına Fatiməyə ikinci zərbəni vurub və gözəllik salonunu fəaliyyətə verib. Özü də müğənni hər iki mərkəzi fatimənin gözəllik salonu və xına evi yerləşən əraziyə yaxın yerdə açıb.
Qeyd edək ki, Fatimə ilə Xatun bir neçə il əvvəl də küsülü idi. Onlar 2016-cı ildə barışmışdılar. Xatun Fatimə ilə çalışır, onun təşkil etdiyi xına mərasimlərinə qatılırdı.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz