Fədayənin bacısı son durumdan danışdı: "...onun dərdinə dözə bilmir"

Fədayənin bacısı son durumdan danışdı: "...onun dərdinə dözə bilmir"Həbsdə olan müğənni Fədayə Laçının bacısı İlahə Fədanın müsahibəsini təqdim edirik:

– İlahə xanım, kirayə pulunu ödəyə bilmədiyiniz üçün evdən çıxarılacağınız barədə xəbərlər yayıldı. İndi vəziyyət necədir?
– Bu barədə danışmaq mənə ağırdır. Nə qədər ki, Fədayə azadlığa çıxmayıb, yəqin ki, vəziyyətimiz düzəlməyəcək. Amma dar gündə yanımızda olan dostlar sağ olsun.

– Manaf Ağayevdən başqa Fədayənin sənət dostlarından kimlər sizin ailə ilə maraqlanır, kömək əlini uzadır?

– Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Nadir Qafarzadə, Ədalət Şükürov, Ehtiram Hüseynov, Lalə Məmmədova həm mənəvi, həm də maddi dəstək olub. Sağ olsunlar, dostlar dar gündə tanınar. Onların yaxşılığını heç vaxt unutmarıq. Əlbəttə gün gələcək, Fədayə azadlığa çıxacaq, sular durulacaq.

– Bəs qohumlarınız sizə əl tuturmu?

– Xalalarım və xalam uşaqları həmişə maraqlanır və maddi dəstək göstərir.

– Fədayə ilə sounucu dəfə nə vaxt telefon danışığınız olub?

– İki gün əvvəl.

– Ailənizdəki maddi sıxıntılardan xəbəri varmı?

– Əlbəttə var və buna görə çox əziyyət çəkir. Dörd divar arasında nə edə bilər ki? Amma heç vaxt bu barədə fikirlərini bizimlə paylaşmır. O dərdini içində çəkir.

– Ən çox kimdən nigarandır?

– Ailə üzvlərinin hamısından. Bilir ki, anam onun dərdinə dözə bilmir. Elə gün yoxdur ki, anam göz yaşı tökməsin. Hər gün gözü qapıdadır, Fədayənin qapıdan içəri girəcəyi günü gözləyir. Deyir balam xəstədir, görəsən dörd divar arasında nə edir, dava-dərmanını vaxtında qəbul edirmi? Sözü-söhbəti ancaq Fədayədir.

– Atanızla da yenicə barışmışdınız. Fədayə ilə heç telefonla danışırmı?

– Yox, atam bizdən ayrı yaşayır. O da xəstə adamdır, qara ciyəri dəyişdirilib, dava-dərmanla yaşayır. Əlindən nə gəlir ki…

– Şou-proqramlardan uzaqlaşdırıldığınızı ona dediniz?

– Mən əslində şou-proqramlara getmirəm. 20 il əvvəl Azərbaycanda iki məşhur şadlıq evində şou-proqramlar olanda, başda məni dəvət edirdilər. Amma sonralar şou-proqramlara getmədim. Mən sadəcə efirdə vaxtilə məni toy məclislərinə dəvət edən adamlardan gileylənmişdim. Onlar məni məclislərinə dəvət etmirlər. Eybi yox, hər kəsin həyatında çətin günlər olur. Bu da keçəcək, Fədayə həbsdən də çıxacaq. Əvvəlki kimi xoşbəxt həyatımız davam edəcək. Həmin adamlar görüm onda üzümüzə necə baxacaq?

Mənbə: Yeniçağ.az

Xəbərlər     Baxılıb: 3103   Tarix: 24 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Qida allergiyası necə özünü göstərir? - Həkim açıqladı

Adi görünən qidalar bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə qida allergiyası olan şəxslər ehtiyatlı olmalı və ilk əlamətlər zamanı həkimə müraciət etməlidirlər. xəbər verir ki, plazmaferez, ozonoterapiy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu şəxslərin beyni daha gec YAŞLANIR

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. -ın məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanmas

.

Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?

Sintioqrafiya (digər adı ilə qamma-skanlama) bədənin daxili orqanlarının və toxumalarının təsvirini yaradan diaqnostik nüvə təbabəti üsuludur. Bu metod hədəf orqana çatdırılan və xüsusi kamera tərəfindən qeydə alınan, qamm

.

Pomidor yeyərkən iki dəfə düşünün

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zəngin qida dəyərinə malik olan pomidor tərkibindəki yüksək turşuluq və histamin səbəbindən bəzi xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemləri yarada bilər. xəbər veri

.

Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünün

Soyuq içkilərlə birlikdə istifadə olunan plastik pipetlər olduqca geniş yayılıb. Plastik pipetlərin demək olar ki, hər kəs tərəfindən istifadə edilməsi isə sadəcə ətraf mühitin çirklənməsinə səbəb olmur. Mütəxəssislər tez-te

.

Gözümüzü günəş şüasından necə QORUYAQ?

Yay aylarında günəş şüalarının təsiri artdıqca göz sağlamlığının qorunması daha da vacib olur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, uzun müddət güclü günəş işığına məruz qalmaq gözlərdə müxtəlif problemlərin yaranmasın

.

Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?

Saçların hər gün daranmasının zərərli olub-olmaması uzun müddətdir müzakirə olunan mövzulardandır. Mütəxəssislərin fikrincə, saçları düzgün şəkildə daramaq faydalı olsa da, həddindən artıq və sərt daraq istifadəsi saç tellərini

.

Bu meyvəni səhər yeyin, ürəyiniz sağlam olacaq

Kardioloq Sara Aleksander ürək sağlamlığını qorumaq üçün səhər yeməyinə avokado əlavə etməyi məsləhət görüb. Həkimin sözlərinə görə, avokado xolesterinin səviyyəsini azaltmağa və arterial təzyiqi normada saxlamağa kömək edir

turlar.az

kosmetoloq toy makiyaji sekilleri makiyaj instagram 2026 geyim kolleksiyasi kecellesme daban agrisi əlibala hacızadə kosmetika gülməli hakıştalar faydalı məsləhətlər hakista sozler qoğalın nağlı şebnem tovuzlu