Fəxrəddin Manafovun həyat yoldaşı ilə FOTOLARI: "Onun kimi qadınını sevən çox az kişi gördüm"

Fəxrəddin Manafovun həyat yoldaşı ilə FOTOLARI: "Onun kimi qadınını sevən çox az kişi gördüm"Aparıcı Hacı Nuran Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı, diktor Vahidə Sadıqovanı doğum günü münasibətiylə təbrik edib.
Bu münasibətlə Hacı Nuran cütlüyün nadir fotolarını paylaşıb. Eyni zamanda Vahidə xanım barədə təəssüratlarını ifadə edən Hacı Nuran cütlüyün böyük eşq yaşadığını qeyd edib:
"Mən bu həyatda çox sevgilər gördüm, amma onlarınkı kimisinə heç rast gəlmədim... Mən bu həyatda çox qadınlar gördüm, amma onun kimi həyat yoldaşına bağlı olanını görmədim... Mən bu həyatda çox kişilər gördüm, amma onun kimi qadınını sevən, ona heyran olan çox az kişi gördüm... O iki insan mənə doğmam qədər əzizdir: ən ləziz tikələrini dostları ilə bölən, ən son qəpiklərini yaxınından əsirgəməyən cütlükdür onlar... Söhbətin Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manaf oğlu Manafov və onun ömür-gün yoldaşı, tanınmış diktor Vahidə Sadıqovadan getdiyini bildiniz yəqin ki... Bu gün Vahidə xanımın doğum günüdür. Deyirlər, qadından yaş soruşmazlar, o isə heç vaxt yaşını gizlətmədi. Qürurla, fəxrlə qeyd etdi. Bu gün yubileyidir – 65 yaşı tamam olur Vahidə xanımın. Özü də adı kimi vahid insandır, bənzərsizdir. Bənzərsiz olmasaydı, Fəxrəddin Manafov kimi sənətkarı özünə bənd edə bilərdimi? Əlbəttə, yox. Mənim üçün əziz, dəyərli olan insan, anam qədər doğma qadın, doğum günün mübarək!". (Publika)
Fəxrəddin Manafovun həyat yoldaşı ilə FOTOLARI: "Onun kimi qadınını sevən çox az kişi gördüm"Fəxrəddin Manafovun həyat yoldaşı ilə FOTOLARI: "Onun kimi qadınını sevən çox az kişi gördüm"Fəxrəddin Manafovun həyat yoldaşı ilə FOTOLARI: "Onun kimi qadınını sevən çox az kişi gördüm"Fəxrəddin Manafovun həyat yoldaşı ilə FOTOLARI: "Onun kimi qadınını sevən çox az kişi gördüm"

Şou Biznes     Baxılıb: 2600   Tarix: 30 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm

Türkiyəli məşhur müğənni Serdar Ortaçın ölkənin ən yaxşı kişi pop ifaçıları ilə bağlı açıqlaması gündəm olub. Müğənni ən yaxşı pop ifaçıları siyahısında Tarkandan sonra ikinci yerdə olduğunu eşidəndə bununla razılaşmayıb

.

Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjiman

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Röyanın adından dələduzluq - FOTO

Xalq artisti Röya Ayxanın adından dələduzluq edilib. Müğənninin Hollandiyanın Amsterdam şəhərində konsert verəcəyi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta afişalar paylaşılıb və həmin elanlar üzərindən bile

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

turlar.az

yaz geyimleri 2026 kosmetika mehsullari gözəllik məhsulları sharlotka resepti sekis həkim məsləhəti qış tədarükü salatlar kosmetika novruz hakışdaları məsəllər muellim seiri oğlan evine aid hakisda burclerin uygunlugu