Firəngiz Mütəllimova: "Evimin hər yerində Yaşarın..."

Firəngiz Mütəllimova: "Evimin hər yerində Yaşarın..."Xalq artisti Firengiz Mütəllimova müsahibə verib.

Xanim.az müsahibədən bəzi hissələri nəzərinizə çatdırır:

- Çoxsaylı teatr və televiziya tamaşalarınız olub. İndi onları izləyəndə aktrisalıqdan əlavə, həm də bir peşəkar tamaşaçı kimi hansı hisləri keçirirsiniz?

- Hərdən olur ki, fikirləşirəm filan tamaşada bunu belə etsəydim, daha yaxşı olardı. Və yaxud da etməsəydim. Amma elə rollarım da var ki, düşünürəm ki, onlara heç bir əmma qoymaq lazım deyil. Korlana bilər. Elə necə varsa, elə də yaxşıdır. Onu da deyim ki, hər yaşın da öz təcrübəsi var. Bu sənətdə də belədir. Sənətdə atdığın ilk addımlarda rollarını necə ifa etmisənsə, elə də qalsa, daha yaxşıdır. Sadəcə elə rollar olub ki, ürəyimcə olmayıb, amma məcbur olub ifa etmişəm.

- Bəs rejissorlarla iş prosesi məsələsində necə, o dövrün rejissorları ilə bu dövrkülər arasında fərq var?

- Yox, mənə görə fərq yoxdur. İş elə gətirib ki, mən bir çox rejissorlarla işləmişəm. Rəhmətlik Mehdi Məmmədov, daha sonra məni əlimdən tutub teatra gətirən rəhmətlik Əşrəf Quliyev, Hüseynağa Atakişiyev, Oruc Qurbanov, sağ qalanlardan Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Azər Paşa Nemətov və.s rejissorlarla iş birliyimiz olub. Yəni elə bir rejissor yoxdur ki, onunla işləməmiş olum. Bu da aktrisa üçün böyük xoşbəxtlikdir. Əlbəttə ki, hər bir rejissorun öz iş prinsipi var. Elə rejissor var ki, onunla işləmək daha asandır. Onun səndən nə istədiyini tez qavrayırsan. Elə rejissor da var ki, fikirlərini bir az gec çatdırır. Onda yük, təbii ki, aktyorun çiyninə düşür. Gərək aktyor özü axtara, tapa. Bütün bunlar həm də iş üslubunun gedişatından asılıdır.

- Həssas sual olsa da, maraqlıdır ki, xəstəliyinizdən sonra səhhətinizlə bağlı rejissorlardan özünüzə qarşı hər hansısa eyham, ehtiyatkarlıq hiss etdiniz?

- Qətiyyən. Əksinə, özümə qarşı dayaq, qayğı hiss etdim. Azər Paşa müəllim gələnə qədər mən ancaq repertuarımda olan tamaşaları oynayırdım. Yəni yeni tamaşada iştirak etməmişdim. O gələndən sonra elə bil, mənə ikinci ruh verdi. Elə sənət dostlarım, Nurəddin Mehdixanlı və digərləri də mənə çox dayaq oldular ki, "Almaz" tamaşasının məşqlərində mən səhhətimlə bağlı hər şeyi unudurdum. Rejissorların heç birindən hansısa eyham hiss etməmişəm, eşitməmişəm də. Mən ümumiyyətlə, səhnədə nə desələr, edə bilərəm. Fatmanisə obrazı kiçik rol olsa da, emosional və hərəkətlidir. Civə kimi bir yerdə dayanmır. Mənim əməliyyatdan sonra bircə problemim bu olub ki, hündür dabanlı ayaqqabılar geyinə bilmirəm.

- Sırf sizin üçün nəzərdə tutularaq yazılan səhnə əsəri olub?

- Sırf mənim üçün olmayıb. Amma rəhmətlik İlyas Əfəndiyev "Tənha iydə ağacı" pyesini yazarkən Gülgəz obrazını məxsusi mənim üçün yazmışdı. Mənim zarafatlarım, hirslənməyim, sevinməyim həmin rolda təzahür edib. O vaxtı İlyas müəllimdən soruşanda ki, siz necə olub ki, mənim xasiyyətlərimi belə dəqiqliklə hiss etmisiniz? O da deyirdi ki, sən bilmirsən, mən məşq vaxtı səni ağladırdım, güldürürdüm ki, xasiyyətini öyrənim. Çünki təzə pyes yazırdım.

- Bu yaxınlarda Zərnigar Atakişiyevə evində tənha vəziyyətdə rəhmətə getdi. Və yaxud da elə xalq artistimiz Səfurə İbrahimova da hal-hazırda tənha yaşayır, heç kimlə ünsiyyət qurmur. Sizcə, nə etmək lazımdır ki, aktyor ömrünün sonunda tənha qalmasın?

- Bilirsiniz, tənha qalmamağa aktyor gərək özünü məcbur edə. Mən o günləri efirdə Səfurə xanımı gördüm. Nə qədər sevindim ki, nə yaxşı ki, efirə çıxıb. Səfurə xanım həm çox gözəl, həm də istedadlı aktrisadır. Biz səhnədə həmişə onlara baxıb öyrənmişik. Amma sonra o, qəfildən küsdü və getdi... Düzdür, mən indi bunun səbəblərini tam dəqiqliklə bilmirəm. Çünki yaş etibarilə də onlar bizdən yaşlı nəsil hesab olunurlar. Mən həmişə də böyük sənətkarlarımızın hörmətini saxlamışam.

Amma istərdim ki, insan özü-özünü tənhalığa asanlıqla təslim etməsin. İnsanın kənara çəkilib özünə qapanması pisdir. Hamımız insanıq. Küsdüyümüz, bezdiyimiz anlar olur. Şəxsən mən özüm əməliyyatdan qayıdandan sonra ümumiyyətlə yaşamaq istəmirdim. Amma həkimlər başa salırdılar ki, sən yaşamaq istəməsən də, yaxınların sənin yaşamağını istəyirlər. Sonra tədricən özüm də ümidlənməyə başladım. Axı bu həyatı, ömrü bizə allah verib. Onunla necə gəldi davrana bilmərik. İnsan həyatın müəyyən məqamlarında yaşamaq üçün heç bir səbəb tapa bilmir. Həmin məqamda mütləq insanın doğmaları, qohumları, yaxınları onun ətrafında olmalıdır ki, ruh düşkünlüyü dərinləşməsin. Allah heç kimə tənha sonluq qismət etməsin.

- Ananız rəhmətə gedəndən sonra evinizdən böyük bir ordunun çəkilib getdiyini deyirdiniz. İndi necə, özünüz ailə üzvlərinizə analıq edə bilirsiniz?

- Hər bir ailədə ana ordunun başçısıdır. Böyük mən olduğum üçün indi bacılarımın, qardaşımın anası kimi hesab edirəm özümü.

- Seriala da çəkilirsiniz. Səviyyə sizi qane edir?

- Tam qane etmir. Seriallarımız yaxşı formada başlayır. Sonra sıfır həddinə düşür. Mən Türkiyə istehsalı olan seriallara axıra qədər baxıram. Amma bizdə çəkilən seriallara dörd seriyadan sonra baxa bilmirəm. Sənətdən başı çıxmayan, istedadı olmayan adamların çəkildiyi seriala mən niyə baxıb vaxtımı puç etməliyəm? Misal üçün "Vicdan haqqı" serialını çox adam tərifləyir. Amma təəssüflər olsun ki, baxa bilməmişəm. Adamın allahı var, Rövşən İsaq hansı seriala başlayıbsa, birinci mənimlə danışıb. Mənim sadəcə olaraq vaxtım yoxdur. Həm də səhhətimlə bağlı özümü çox yormaq istəmirəm. İndi çəkildiyim yeganə serial "Bacanaqlar"dı. Ona da həftədə bircə dəfə gedirəm. Həm də onlara çox öyrəşmişəm. Belə pis çıxmasın, əməliyyatdan qayıdanda yanıma gələn ilk insanlardan biri Elməddin olub. Mən onlardan həmişə qayğı və diqqət görmüşəm. Həmişə nazımla oynayıblar. Onlara da balam kimi həmişə dəstək olmuşam.

Filmlərə çox böyük məmnuniyyətlə çəkilərəm. Amma seriallar barədə gərək fikirləşim.

- Son illər sənətlə bağlı çox itkilərimiz oldu. Ən çox kimləri xatırlayırsınız?

- Hər dəfə "Qarabağnamə" əsərində çıxış edəndə İlham Əsgərov yadıma düşür. O həm mənim qrup yoldaşım, həm də "Qarabağnamə"də tərəf müqabilim idi. Vəfa Fətullayeva ilə həmişə yaxın olmuşam. Onun gülüşü tez-tez gözümün önünə gəlir. Nəcibə Məlikova, Sofa Bəsirzadə, Məhluqə Sadıqova ilə səkkiz il bir qrim otağını bölüşmüşük. Onları xatırlayıram.

Evimdə Yaşarın (Yaşar Nuri - S.Ə.) hər yerdə şəkilləri var. Mən elə bilirəm ki, o sağdır. Heç cür təsəvvür edə bilmirəm ki, Yaşar, Telman Adıgözəlov həyatda yoxdular. Telmanın nömrəsini telefonumdan siləndə çox əzab çəkdim. Öz-özümə düşündüm ki, bir-bir adları silirəmsə, deməli artıq onların yoxluğu bir az da bu cür formada sübut olunur. Dəhşətdir.

- Bəlkə heç toxunmazdınız adlara. Qalardı...

- Yox. Bu daha pisdir. Hər dəfə kiminsə adını axtaranda onların adı rastıma çıxırdı. Çox sarsılırdım.

Yaşarın qəbrini ziyarət edə bilməmişdim. Bacılarımı da götürüb getdim. Ordan da İlhamə xanımın qəbri üstünə getdik. İnanın, orda o qədər ağladım ki, bəlkə də heç kim mənim qədər ağlamamışdı. Bir anlıq düşündüm ki, hər şeyin sonu bu torpağın altında bitir. İlhamə xanım çox həyatsevər insan idi. Ondan özümə qarşı həmişə hörmət və diqqət görmüşdüm. Ondan iynənin ucu qədər də incikliyim olmayıb. Əksinə başıma bir hadisə gələn kimi birinci yanımda olan insanlardan biri olub. Allah rəhmət etsin hamısına. Onları unutmaq mümkün deyil.

Mənbə: lent.az

Xəbərlər     Baxılıb: 1803   Tarix: 20 mart 2018
f Paylaş

Oxşar xəbərlər

.

Kərə yağı deyənlər yanılır: Ən sağlam yağlar açıqlandı

Biotibbi araşdırmalar göstərir ki, hər yağın orqanizmə təsiri fərqlidir. Tərkibindəki doymamış yağ turşuları və antioksidantlar baxımından zəngin olan yağlar siyahıda liderlik edir.  xəbər verir ki, siyahının zirvəsində birmənal

.

Damar tıxanıqlığının əsas səbəbi bu imiş

Son illərdə damarların tıxanması ən geniş yayılmış sağlamlıq problemlərindən biri kimi ön plana çıxır. Oturaq həyat tərzi, stress və yanlış qidalanma bu riskin artmasında əsas rol oynayır. xəbər verir ki, mütəxəssisləri

.

Detoks pəhrizləri ilə bağlı 6 böyük mif açıqlandı

Sosial mediada sürətlə yayılan detoks pəhrizləri ilə bağlı yanlış təsəvvürləri araşdırılıb. xəbər verir ki, BBC-nin Qida üzrə yazarı və diyetoloqu Tai İbitoye bu barədə faydalı açıqlamalar verib. Belə ki, o, karbohidratla

.

Bağırsaqların "düşmən"i olan QİDALAR

Gündəlik rasionumuzda yer alan bəzi adi qidalar bağırsaq funksiyasına mənfi təsir göstərə və müxtəlif xəstəliklərə yol aça bilər. həmin qidaları sizə təqdim edir:. Mədə-bağırsaq traktının işini ilk növbədə emal olunmuş məhsulla

.

Gənclər bu simptomları ciddiyə almır – Həkimlər xəbərdarlıq edir

Son illərdə gənclər arasında qəfil insult hallarında artım müşahidə olunur. Ənənəvi olaraq insult daha çox yaşlı insanlarda rast gəlinirsə də, müasir həyat tərzi bu xəstəliyi gəncləşdirib. xəbər verir ki, həkimlərin sözlərin

.

Uzunömürlülük və güclü əzələlərin sirri

Sağlam qocalmanın və əzələ gücünün qorunmasının açarı sadə qidalanma vərdişlərində gizlənə bilər. xəbər verir ki, mütəxəssislərə görə, hər gün fıstıq yağı istehlakı əzələ itkisi ilə mübarizədə effektiv rol oynayır. Araşdırmad

.

Qaynadılmış suyu niyə yenidən qaynatmaq olmaz?

Su qaynadıqda içindəki zərərli mikroorqanizmlər məhv olur və bu, suyu təhlükəsiz edir. Lakin eyni suyu ikinci və ya üçüncü dəfə qaynatdıqda suyun həcmi buxarlanma nəticəsində azalır, lakin içindəki minerallar və maddələ

.

Mikroplastik təhlükəsi - Körpələr daha çox risk altındadır

Mikroplastiklərin insan həyatı üçün yaratdığı ciddi təhlükələr bir daha gündəmə gəlib. xəbər verir ki, araşdırmaya görə, tekstil boyalarından mətbəx ləvazimatlarına, uşaq oyuncaqlarından şəxsi qulluq vasitələrinə qədər bi

.

Albalının xərçənglə mübarizədə rolu

Texas Universitetinin alimləri müəyyən ediblər ki, tünd şirin albalılarda olan antosiyaninlər üçqat mənfi süd vəzi xərçənginin böyüməsini yavaşlada və metastaz riskini azalda bilər, xüsusilə ağciyərlərə yayılma zamanı. -ı

turlar.az

geyim və ayaqqabılar yemek reseptleri geyim necə seçməli türk mətbəxi usaq masajlari cemli piroq orucluqda cinsi əlaqə kosmetika rus dilini oyrenek 2ci ders haqisda cekc pornuxa dolça qadin saglamlig