Flora Kərimovadan 43 il sonra ETİRAF: "Mənə təklif etdi ki…" - VİDEO

Flora Kərimovadan 43 il sonra ETİRAF: "Mənə təklif etdi ki…" - VİDEOMusiqi, şeir, rəsm əslində, insanın özünün ifadəsidir, yaşantıların sözə, melodiyaya, təsvirə çevrilməsidir. Bu, sevgi də ola bilər, nifrət, qəzəb, üsyan, yalvarış da. Hər əsərin də yaranma tarixçəsi var.
Bu yazıda Oqtay Kazımininin Fikrət Qocanının sözlərinə bəstələdiyi "Qaytar eşqimi" mahnısının tarixçəsindən söz açacağıq. Sözsüz ki, nə vaxtsa, müəlliflərin əhval-ruhiyyəsininin təzahürü olan bu mahnı lapdan yaranmayıb. Konkret ünvanı olub.
Dünyada min gözəl tapardım,
Sən mənim ömrümü qopardın.
Qaytar ver, ömrümü, günümü
Sən onu özünlə apardın.
Gəl, məni ucuz tutma sən,
Getmisən, heç qayıtma sən,
Qaytar ötən günləri,
Sən qaytar, qaytar ömrümü.
Ver mənim eşqimi,
O, sənə heç gərək deyil.
Gəl qaytar, eşqimi,
O, solğun bir çiçək deyil.
1970-ci illərin məşhur hitinə çevrilən "Qaytar, eşqimi" mahnısını ilk dəfə Oqtay Kazımininin ifasında eşitmişik. Onun ifası lirik ovqata kökləyib, Xalq artisti Flora Kərimovanın ifası isə duyğularımı hərəkətə gətirib. Demək ki, ifa, obraz, təlqindən çox şey asılıdır. Oqtay Kazımi musiqini nə qədər həzin oxuyubsa, əksinə Flora Kərimova mahnını bir o qədər sərt, hikkəli, üsyankarcasına ifa edib. Bu üsyan onun həm səsində, həm də gözlərində, simasında əks olunub.
Publika.az-a danışan mahnının üçüncü, amma ən çox sevilən ifaçısı, xalq artisti Flora Kərimovanı dinləyək:
"Bu mahnını ilk dəfə Oqtay Ağayev oxuyub. Mən dana bilmərəm, mahnı Oqtayın ifasında sevildi. Amma ruhu yəqin məndən inciməz, Oqtay bu mahnını gözəl səsi ilə sadəcə oxudu. Amma mahnıya obrazı, nəfəsi, canı mən verdim. Deməli, o mahnı Oqtayın ifasında səslənəndən sonra Yalçın Rzazadə də ifa etdi. Bir gün Oqtay Kazımi mənə təklif etdi ki, bəs istəyirəm "Qaytar. eşqimi" mahnımı sən də oxuyasan. Oqtayda da bir xüsusiyyət vardı, mahnının tam ifaçısını tapmayana qədər rahat olmurdu. O, mənə təklif edəndə başa düşdüm ki, Kazimi ilk ifalarla qane deyil və ümidi mənədir. Şübhəsiz ki, ona etiraz etmədim və mahnını oxudum. Oqtayın sevincindən uçmağa qanadı yox idi, dedi ki, mən sənin ifanı çox bəyəndim".
Xalq artisti mahnının sözlərinə də diqqət çəkib: "Bu məşhur hitin sözləri Fikrət Qocaya məxsusdur. Bilirəm ki, Fikrət Qoca bu şeiri elə-belə qələmə almayıb, hər halda, ünvanlı olub. Şairdir, bu hissləri yaşayıb ki, belə də ürəkdən yazıb. Qaldı ki, özümə, deyilənə görə, ifam gözəl alınıb. Bunu mən demirəm ha, dinləyicilər söyləyir. 43 ildən sonra sonra etiraf edim ki, bu mahnı həyatımı əks etdirmir. Demək olar ki, mahnının sözlərininin həyatımla heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, mən mahnıda o hissləri yaşamış kimi görünürəm. Bu mahnıya obraz vermişəm. Bu hissi yaşayan və vəfasız sevgi yanğısıyla qovrulan hər bir dinləyici mənim simamda həqiqəti dərk edir. Mənim ifamda yazıqlıq, fağırlıq, yalvarış yoxdur. Mənim ifamda bir üsyan var, yəni sən artıq mənə lazım deyilsən, birdəfəlik get, heç vaxt geri dönmə. Mən həyatda da belə bir insanam, ömrüboyu taleyimə üsyan etmişəm. Heç vaxt yazıqlıqla, taleyimlə barışmıram. Öz yerimi bilmişəm, həyatımın sahibi və diktator olmuşam. Fikir vermisinizsə, mənim ifamda zarıltı, zıqqıltı yoxdur, hayqırtı var".
F. Kərimova mahnının nəinki Azərbaycanda, keçmiş sovetlər məkanında da çox məşhur olduğunu deyib: "O vaxt Oqtay Kazımininin bütün mahnıları keçmiş sovetlər ölkəsində sevilirdi, populyar idi. Mən də bu mahnını Rusiyada məşhur orkestrlərin biriylə canlı yazdırdım. Bütün Moskvada "Qaytar, eşqimi" hayqırıb, səsim üsyan edirdi. Hətta ruslar məni görəndə bu mahnını zümzümə edirdilər. Bu gün də mahnı sevilir, ifa olunur. Çünki bu mahnıda obraz var, insan duyğuları var. Hər zaman sevgi, vəfasızlıq olub, olacaq da. Bu mahnı da sevgidə vəfasızlıq görən insanları qürurlu olmağa səsləyir. Yəni, tapdalanmış eşqinizin hesabını sorun".
Qeyd edək ki, 1973-cü ildə mahnının ekran versiyası da çəkilib. Kiçik filmin rejissoru xalq artisti Arif Qazıyevdir.
Hər iki ifanı sizə təqdim edirik.

Xəbərlər     Baxılıb: 2330   Tarix: 27 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Aspirin xərçəng riskini azaldır?

Aspirin uzun illərdir əsasən ağrıkəsici və qan durulaşdırıcı kimi istifadə olunsa da, onun xərçənglə bağlı mümkün təsirləri də alimlərin diqqət mərkəzindədir. xəbər verir ki, "University of Oxford"də aparılan bəz

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

sac duzumleri aksessuarlar sade makiyaj sekilleri şirniyyat və tortlar əllərə qulluq sevinc tofiqqızı balqabağın faydaları kosmetika novruza aid hakışda nizami gencevi veten haqqinda atalar sozu paxlava burclerin uyumu