Forbes' Selenanın müflis olduğunu iddia etdi
Dünyanın ən məşhur jurnallarından olan "Forbes" Selena Qomesin milyarder olmadığını açıqlayıb.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ildə Selena Qomez tərəfindən qurulan psixi sağlamlıq startapı "Wondermind", işçilərinə, frilanserlərinə və təchizatçılarına maaş verə bilmədiyi üçün son həftələrdə maliyyə problemi ilə üzləşib.
Şirkətin baş direktoru olan Qomesin anası Mandy Teefeyin şirkəti ayaqda saxlamaq üçün öz evini girov kimi istifadə edərək kredit götürdüyü iddia edilib.
9 işçi ixtisar edilən şirkətdə cəmi 4 nəfər qalıb.
"Wondermind"in on minlərlə dollar borcu olduğu, lakin bu borcların ödənildiyi bildirilib.
Bu hadisələr sosial mediada Qomezin sərvəti ilə bağlı müzakirələrə səbəb olub. 2024-cü ildə Bloomberg, "Rare Beauty" kosmetika brendi sayəsində Qomezin sərvətini 1,3 milyard dollar elan etmişdi. Lakin Forbes bu rəqəmin 700 milyon dollar civarında olduğunu bildirir. Bununla da Qomes hələ də ABŞ-ın ən zəngin qadın sahibkarları arasında yerini alıb.
Qeyd edək ki, müğənninin anası müflis olma iddialarını rədd edərək evini girov qoymadığını bildirib.
Aysel









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal