Gecə bu 5 meyvəni əsla yeməyin

Gecə bu 5 meyvəni əsla yeməyinGecə saatlarında yediyiniz qidalar yuxu keyfiyyətinə, həzm sisteminizə və ümumi sağlamlığınıza birbaşa təsir edə bilər. Xüsusilə bəzi meyvələr var ki, sağlam görünsələr də, yatmazdan əvvəl istehlakı tövsiyə olunmur.
Milli.Az xəbər verir ki, dietoloqlar bu meyvələri gecə yeməyin yuxusuzluq, şişkinlik, həzm pozğunluğu və hətta çəki artımı kimi mənfi təsirlər yaratdığını bildirirlər.
Bəs hansı meyvələrdən uzaq durmalıyıq?
Ananas
Turşuluğu yüksək olduğuna görə mədəyə əlavə yük salır və gecə reflüksə səbəb ola bilər.
Üzüm
Şəkər tərkibi yüksəkdir. Gecə yeyildikdə qan şəkərini tez yüksəldə və yuxu rejimini poza bilər.
Banan
Kaliumla zəngin olsa da, gecə vaxtı yeyildikdə bəziləri üçün şişkinlik və qaz yarada bilər.
Portağal
Sitrus meyvələri mədə turşusunu artıraraq yuxu zamanı narahatlıq və reflüks problemi yarada bilər.
Qarpız
Su tərkibi çox yüksək olduğuna görə gecə sidiyə çıxma ehtiyacını artırır, bu da yuxunun bölünməsinə səbəb olur.
Dietoloqlar tövsiyə edir ki, yatmazdan ən azı 2 saat əvvəl qida qəbulunu dayandırmaq, xüsusilə də şəkər və turşuluq tərkibi yüksək olan meyvələrdən uzaq durmaq lazımdır. Əgər gecə aclıq hissi yaşayırsaınızsa, az miqdarda alma və ya armud kimi yüngül və mədəyə yük olmayan meyvələri seçmək daha məqsədəuyğundur.
Milli.Az

Xəbərlər     Baxılıb: 954   Tarix: 03 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar

Pilates müasir dövrdə arıqlamaq və formada qalmaq üçün ən çox üstünlük verilən idman növlərindən biridir. İdman zallarına getmədən, ev şəraitində rahatlıqla edilə bilən bu məşqlər xüsusilə qarın, kürək və omba əzələlərin

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

Bunları edin, gün boyu enerjili QALIN

Yaz ayları bədənin mövsüm dəyişikliyinə uyğunlaşmağa çalışdığı və bu səbəbdən daha həssas olduğu dövr kimi xarakterizə olunur. Mütəxəssislər düzgün qidalanma ilə bu dövrün daha enerjili və sağlam keçməsinin mümkün olduğun

.

Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?

Ağciyərlərdə ilk müsbət dəyişikliklər siqareti tərgitdikdən iki həftədən üç aya qədər olan müddətdə müşahidə olunur. Milli. -a istinadən xəbər verir ki, bu barədə Rusiyanın TASS informasiya agentliyinə həkim Marina Makarov

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

.

Alma sirkəsi şəkər xəstələrini sağaldır?

Elmi sübutlar göstərir ki, alma sirkəsi qan şəkəri səviyyəsi üçün faydalı ola bilər. -a istinadən xəbər verir ki, tədqiqatçılar 15 sağlam insanı altı sınaq yeməyinə məruz qoyublar. Təsadüfi olaraq təyin olunmuş yeməklər zeytu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

turlar.az

yemek reseptleri donlar 2026 yaz geyimleri 2026 qonaq otagi dizayni pizzalar baliqqulagi gənc qızlar üçün saç düzümləri kosmetika atalar sözləri sevda tərəzi qiz adlari rus dilini oyrenek 2ci ders