Gecə oyanmaların səbəbi açıqlandı - Problem əlamətidir?

Gecə oyanmaların səbəbi açıqlandı - Problem əlamətidir?Gecə yuxu zamanı qısa və ani oyanmalar həmişə yuxusuzluq əlaməti sayılmır.
Milli.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində çalışan terapevt David Gurley Daily Mail nəşrinə müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, insan orqanizmi sirkadiyal ritm adlanan daxili bioloji saatla işləyir. Bu sistem işıq və qaranlığa reaksiya verir və yuxululuqla ayıqlıq hissini tənzimləyən melatonin və kortizol hormonlarının ifrazına nəzarət edir. Cəmiyyət 24 saatlıq rejimlə yaşasa da, bədənin ritmi fərqli işləyə bilər.
Gurley qeyd edib ki, insanların gecə boyu heç oyanmadan yatması mümkün deyil. Yuxu təxminən 90 dəqiqəlik dövrlərlə gedir və hər dövrün sonunda qısa oyanma baş verir. Bu dövrün son mərhələsi sürətli göz hərəkətləri ilə xarakterizə olunan REM yuxusudur. Məhz bu mərhələdə beyin aktiv işləyir, yuxular görülür və oyanmalar daha tez-tez baş verir.
Həkim vurğulayıb ki, bu cür qısa oyanmalar hər kəsdə olur və sağlam insanlar üçün təhlükə yaratmır. Lakin oyanmalar tez-tez baş verirsə və narahatlıq yaradırsa, bu, emosional stressin yüksək səviyyədə olmasına işarə edə bilər.
Ekspert əlavə edib ki, gecə oyanmalarının klassik səbəblərindən biri də tualetə getmə ehtiyacıdır. Bu hal xüsusilə yaşlı kişilərdə daha çox rast gəlinir. Belə hallarda ciddi xəstəlikləri, o cümlədən prostat problemlərini istisna etmək üçün həkimə müraciət etmək tövsiyə olunur.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 977   Tarix: 17 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yaşıl çay sevənlərə ŞAD XƏBƏR

Yaşıl çayın müntəzəm istehlakı sağlamlıq üçün faydalıdır. xəbər verir ki, dietoloqların fikrincə, yaşıl çay tərkibindəki kofein qəfil enerji artımı yaratmadan gümrahlığı və diqqəti artırır. Mütəxəssislər bildirirlər ki, antioksidantlarl

.

Bu şəxslərin beyni daha gec YAŞLANIR

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır. -ın məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanmas

.

Ağırlıq qaldıranlar daha uzunömürlü olur

Dərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır.  xəbər verir ki, həftədə 90 dəqiqədən iki saat

.

100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

Uzunömürlülüyü ilə tanınan İtaliyanın Sardiniya adasında sağlam həyatın sirri kimi qidalanma vərdişləri və güclü sosial əlaqələr göstərilir. xəbər verir ki, "Mavi Zona" kimi tanınan Sardiniyada yaşayan insanları

.

Ev heyvanı ilə yatanların nəzərinə

Pişik və ya itlə eyni yataqda yatmaq sağlamlıq və yuxu keyfiyyəti baxımından müəyyən risklər yarada bilər. xəbər verir ki, araşdırmalara görə, Niderlandın Utrext Universitetində aparılan tədqiqat ən böyük təhlükənin mikrobla

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma

İki smartfondan eyni vaxtda istifadə sağlamlığa mənfi təsir göstərə və əl ilə bilək xəstəliklərinin yaranması riskini artıra bilər. Trend-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Uayt-Pleynsdəki İxtisaslaşmış Cərrahiyy

.

Eşşək dişləməsi insan ölümünə səbəb ola bilərmi? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi,Xaçmaz rayonunda 70 yaşlı kişi ölüb. Kənd sakininin ölümü eşşək dişləməsi ilə əlaqələndirilir. Məlumata görə,o, bir müddət ev şəraitində müalicə alıbmış. Bəs uzunqulaq dişləməsi nəticəsində insan ölüm

turlar.az

toy makiyaji sekilleri sac duzumleri yaz geyimleri 2026 yemək bişirmək roya ayxan xercengden qoruyan qidalar boşanmalar kosmetika vidyolar sevda yuxuda qara ilan gormek vətənə aid atalar sözləri hakiwda