Gənc aktrisa anasını rüsvay etdi: "Anam, 7 yaşımdan bəri mənə ..." - FOTO
Gənc aktrisa Ariel Vinter verdiyi son müsahibədə anasına qarşı ağır ittihamlar səsləndirib.
Rol aldığı "The Modern Family" adlı serialla ulduzu parlayan 19 yaşlı aktrisa Ariel Vinter, "The Hollywood Reporter"ə açıqlama verib.
Gənc aktrisa, anası Kristal Vorkmanın onu hələ uşaqkən yaşından çox böyük, hətta bir gənc qadın kimi geyindirdiyini qeyd edib.
"Anam yeddi yaşımdan bəri..."
Ariel Vinter: "Anam 7 yaşımdan bəri mənə mini ətəklər və dərin yarıqlı əlbisələr geyindirir. Hələ 12 yaşım olanda insanlar mənim 24 yaşlı qız olduğumu düşünürdülər. Əminəm ki, o yaşlarda çılpaq səhnələrə çəkilmək təklifi edilsəydi, anam böyük bir həvəslə bunu da qəbul edərdi" , - sözlərini fikirlərinə əlavə edib.
Anasını məhkəməyə vermişdi
Gənc Vinter anası ilə çəkişməli bir məhkəmə prosesi də yaşayıb. 2012-ci ildə təcavüzə məruz qaldığı üçün anasının yaşadığı evdən çıxan Vinter iki il öncə də valideyini ilə olan bağlarını hüquqi yolla tamamilə kəsib.
Maraq üçün bildirək ki, Ariel Vinter o dönəmdə özündən 22 yaş böyük bacısı Şanelle Qrayın evinə köçmüşdü.
mənbə: milli.az











8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?