Gimnastika üzrə dünya çempionundan sağlamlıq üsulları

Gimnastika üzrə dünya çempionundan sağlamlıq üsullarıÜçqat dünya çempionu, ikiqat Avropa çempionu, Avropa Oyunlarının ikiqat çempionu, bədii gimnastika üzrə Rusiyanın mütləq çempionu Diana Borisova sağlamlığı möhkəmləndirməyin yollarından danışıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gimnastın sözlərinə görə, oturaq həyat tərzinin mənfi nəticələrini minimuma endirmək mümkündür.
Oturaq həyat tərzi qadın sağlamlığına necə təsir edir?
Hər kəs bilir ki, oturaq həyat tərzi səhhətimizə ziyan vurur. Bir sıra xəstəliklərin inkişafında əsas rol oynayır. Əlbəttə ki, genetika böyük əhəmiyyət daşıyır, ancaq oturaq həyat tərzi ilə irsi amillərin birləşməsi ehtimalı daha da artır. Hərəkət etmədikdə qida ilə qəbul etdiyimiz kalorilər yandırılmır. Etiraf etmək lazımdır ki, çox oturan insanlar yeməyə daha çox meylli olurlar. Həkimlər tez-tez sonsuzluq, varikoz damar genişlənməsi, onurğa problemləri ilə əlaqədar xəbərdarlıq edir. Gün ərzində vaxtının əksər hissəsini oturaq şəraitdə keçirən qadınlar immunitet sistemin əhəmiyyətli dərəcədə zəifləməsi və qadın xəstəlikləri də daxil olmaqla ciddi sağlamlıq problemləri ilə üzləşir.
Oturaq həyat tərzinin zərərlərini necə minimallaşdırmaq olar?
Sadə səhər məşqləri vəziyyətə müsbət təsir göstərir! Məşq üçün vaxt yoxdursa, digər həll yollarından istifadə edin. İş günü ərzində yüngül məşqlər edin: ayağa qalxın və gəzin, bir neçə dəfə çömbəlib ayağa durun. Mümkün qədər tez-tez belə fasilələr verin: mümkünsə hər iki saatdan bir.
Lift yerinə pilləkənlərdən istifadə edin. Şərtlər icazə verərsə, işə velosipedlə gedin.
Gimnastika üzrə dünya çempionundan sağlamlıq üsullarıBəs gününü kompüter qarşısında keçirən insanlar nə etməli?
Fəal idman növlərinə, yoqa və dartınma hərəkətlərinə üstünlük verin. Səhərlər qaçın, mümkün olduqca çox yeriyin, qaçış gün boyu yaxşı əhval-ruhiyyəni təmin edəcək, tənbəl olmayın.
Boyun, çiyin və kürəkdə yaranan quluncla necə mübarizə aparmalı?
Günboyu qamətinizi dik saxlamağa çalışın. Adətən insanlar boyundan utandığı üçün əyri dayanır. Belə səhvə yol verməyin. Vaxt ötdükcə bu düşüncələr yox olur, amma əyilmək vərdişi qalır. Məsələn, çıxış yolu kimi xoreoqrafiyaya və kürəyimi düzləşdirməyə çox vaxt ayırdım və telefonun ekran qoruyucusuna "Belini düz saxla " mesajını qoydum.
Mütəmadi olaraq masaja gedin: özünüzə vaxt ayırın, çünki bu, sizin sağlamlığınızdır.
Rahatlaşmaq sözünü yadda saxlayın. İş zamanı bir az əsəbi və gərgin oluruq, bu, boyun fəqərələrində qulunc və ağrı yaradır. Odur ki, rahatlaşdırıcı masaja yazılın, bu, qaməti yaxşılaşdırır, həmçinin yuxunu normallaşdırır və endorfinlərin sərbəst buraxılması nəticəsində əhval-ruhiyyəni yaxşılaşdırır.
İşdən sonra dəhşətli dərəcədə yorulmusunuzsa, şəkildə gördüyünüz dartınma hərəkətləri sizi mütləq yenidən həyata qaytaracaq. Bu hərəkətlər qan dövranını normallaşdırır. Kürək dartınma hərəkətlərinə də xüsusi diqqət yetirin - bu skolyoz xəstıliyi olanlar üçün faydalı bir məşqdir.
Gimnastika üzrə dünya çempionundan sağlamlıq üsullarıGimnastika üzrə dünya çempionundan sağlamlıq üsulları

Sağlamlıq     Baxılıb: 2587   Tarix: 28 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

turlar.az

maskalar adlarin menasi kosmetik vasiteler seks hekayələri 2026 cins şalvar xarici ulduzlar findiq qabiginin faydalari kosmetika haqisda banan google terezi oğlaq