Gözətrafı sahələr üçün olan maskalar

Gözətrafı sahələr üçün olan maskalarGözətrafı dəri çox nazikdir, onun dərialtı piy qatı, demək olar, yoxdur.
Bu səbəbdən bu nahiyələrdə dəri çox tez qocalır və qırışır. Bunun qarşısını almaq üçün təbii maskalardan istifadə edə bilərsiniz.  Bu maskalardan həftədə 2 dəfə olmaqla istifadə edə bilərsiniz. Maskaları cavan qadınlar da istifadə edə bilər ki, gələcəkdə bu nahiyədə qırışlar daha gec əmələ gəlsin.
- Xirda-xırda doğranmış cəfərini iki nəmləndirilmiş pambıq diskinin üzərinə qoyaraq qapalı şəkildə olan gözlərinizin üzərinə qoyun. 15 dəqiqədən sonra onları götürərək bu sahə üçün nəzərdə tutulmuş krem çəkin.
- Kəsilmiş üzüm giləsini yüngül hərəkətlərlə göz qapaqlarına çəkmək olar. Üzüm çəyirdəyi yağından da istifadə edə bilərsiniz.
- Xiyar şirəsi gözətrafı sahəni yaxşı tonuslaşdırır. Bu məqsədlə 10-15 dəqiqə müddətinə göz qapaqlarının üzərinə nazik doğranmış xiyar dilimləri qoymaq olar.
- 1 çay qaşığı xiyar şirəsinin üzərinə 1 çay qaşığı quru süd əlavə edərək qarışdırın. Alınan qarışığı göz qapaqlarının üzərinə çəkərək 10 dəqiqə keçdikdən sonra ehtiyatla nəm tamponla xaric edin.
- Badam və ya ərik yağını gözətrafı sahələrə çəkin. Yağın yaxşı sorulması üçün barmaqlarınızın yumşaq ucları ilə dərini yüngülcə döyəcləyin. Təxminən 30 dəqiqə keçdikdən sonra yağın qalıqlarını ehtiyatla, dərini dartmadan yumşaq salfetlə təmizləyin. Əlavə olaraq krem çəkməyə  ehtiyac yoxdur. Bu maskanı 1 ay müddətində hər axşam etmək olar.
- İlıq süddə steril pambıq diskləri isladın və göz qapaqlarının üzərinə qoyub 5 dəqiqə saxlayın. Sonra yenə 2 dəfə isladın və təkrar edin. Sonra üzünüzu yuyaraq gözlərinizin ətrafına bu sahə üçün nəzərdə tutulmuş krem çəkin.
- Təzə çəkilmiş aloye şirəsində 2 pambıq diskini isladaraq gözlərinizin üzərinə qoyun. 20 dəqiqə keçdikdən sonra onu xaric edib bu sahə üçün nəzərdə tutulmuş krem çəkin.
- Vitamin E-nin yağlı məhlulundan 20 damcı götürərək, üzərinə 1/2 çay qaşığı çaytikanı yağı əlavə edib qarışdırın. Yatmazdan ən azı 1,5-2 saat əvvəl bu maskanı qalın layla üst və aşağı göz qapaqlarının dərisinə və gözətrafı sahələrə çəkin. 10-15 dəqiqədən sonra maskanın qalıqlarını salfetlə silin. Bu maskadan sonra krem çəkilmir.
- Zeytun yağını bir neçə damcı limon şirəsi ilə qarışdıraraq gözətrafı sahələrin dərisinə çəkib, barmaq ucları ilə yüngül hərəkətlərlə dəriyə döyəcləyin. 15 dəqiqə keçdikdən sonra maskanı qalıqlarını yumşaq salfet ilə xaric edin.
- 1 yumurta sarısını çalaraq 1/2 çay qaşığı balla qarışdırın. Gözətrafı sahələrə çəkib 10 dəqiqə saxlayın, qalıqları xaric edin və krem çəkin.
Gözətrafı sahələrin dərisinin hamarlaşdırılması və erkən qırışların profilaktikası üçün cökə, çobanyastığı, tozağacı bitkilərindən hazırlanan dəmləmələr də yaxşı kömək edir. Bitkidən 1 çay qaşığı götürərək üzərinə 1/2 stəkan qaynar su əlavə edilir. 10-15 dəqiqə dəmlədikdən sonra süzgəcdən keçirilir. Pampıq diskləri dəmləmə ilə isladaraq gözlərinizin üzərinə qoyun və 5 dəqiqə saxlayın. Belə kompresləri hər gün etmək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2008   Tarix: 02 mart 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

turlar.az

makiyaj instagram sac duzumleri kosmetika mehsullari biserli uzun donlar stil və moda gozalti qaralar ucun sarimsaqin xeyri kosmetika gulmeli hakista qizlar damla bayatılar burcler