Güclü qrip dalğası gəlir - Təyyar Eyvazovdan XƏBƏRDARLIQ

Güclü qrip dalğası gəlir - Təyyar Eyvazovdan XƏBƏRDARLIQ"Havaların kəskin soyuduğu qış ayları epidemioloji cəhətdən əsasən hava-damcı üsulu ilə ötürülən qrip və digər kəskin respirator virus imfeksiyalarının yayılması üçün əlverişli şərait hesab olunur". 
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb. 
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin əhaliyə müraciətində fəsli qrip infeksiyasına yoluxma hallarında müəyyən artımların olduğu bildirilir: 
"Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış  mövsümündə rast gəlsə də,  yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir. İnfeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir. Belə ki, soyuq temperaturlu havada insanlar daha çox qapalı məkanlarda toplanır, otaqların daxilində olan istinin xaricə ötürülməsini azaltmaq üçün pəncərələr çox az hallarda açılır. Və beləliklə, havalandırma vasitəsilə virusun kənarlaşdırılması qənaətbəxş olmur. Digər tərəfdən bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir".
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıda qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda  toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər:
"Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur. Bu mümkün olmadığı təqdirdə, xəstəlik əlamətləri olan insanlarla təmas zamanı həm özümüz, həm də xəstə şəxs maskadan istifadə etməlidir. Virusların quru səthlərdə bir müddət yaşaya bilməsi və asqıraq-öskürək, əllə toxunma nəticəsində əşyaların çirklənməsi virusun ötürülməsində müəyyən rol oynadığından əllərimizi ağzımıza və gözlərimizə vurmamağa çalışmalı, qida qəbulundan əvvəl ən azı 20 saniyə müddətində əllərimizi sabunla yumaq lazımdır. Xəstə şəxsləri mümkün qədər kollektivə buraxmamalı və imkan olduqda qapalı yerdə izolə etmək lazımdır".
Bundan başqa qeyd edib ki, qidalanmaya diqqət edilməldir. İzah edib ki, qış fəslində təbii olaraq zəifləmiş immunitetin bərpası və güclənməsi üçün qida maddələrinin tərkibində vitamin-minerallar yetərli qədər olmalıdır. Havaların dəyişkən keçməsi səbəbindən düzgün geyim seçimi çətinləşir və bu zaman soyuqdəymə arzu olunan deyil, immuniteti zəiflədə bilər. Ona görə hava proqnozuna baxaraq düzgün geyim seçilməlidir. 
"Qeyd etdiyimiz bütün bu tədbirlər qeyri-spesifik olub bütün növ kəskin respirator virus infeksiyaları üçün keçərlidir". 
T.Eyvazov bildirib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz:
"Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət  göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar. 
Bu sadə qaydalara əməl etməklə tətil və bayram günlərində həm özümüzü, həm də yaxınlarımızı qoruya bilərik. Bu işdə  hər birimizin məsuliyyətli olması, ümumilikdə yoluxma hallarının azalmasına, səbəb olacaq".
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1201   Tarix: 24 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

maskalar geyim və ayaqqabılar geyim seçimi masqalar sirin gilas gavalı salatı viruslar kosmetika burcler haqqinda kokelmek cinsi əlaqə qaynana novruza aid hakışda