Gülay Zeynallı: "Qızım, ata əsgər getdi, gələcək
Müğənni Gülay Zeynallı bu gün həbs edilən keçmiş həyat yoldaşı Kamil Zeynallı və qızı Sahilə ilə bağlı etdiyi duyğusal paylaşımla diqqət çəkib.
Open.az xəbər verir ki, sənətçi onların birgə fotosunu paylaşaraq bunları yazıb:
"Qızım, ata əsgər getdi, tez gələcək. Qızımın cavabı: Ay ata, bəs deyirdin müharibə qurtardı. İlk dəfə idi ki, qızıma verəcək cavabım olmadı. Allah heç bir valideyini övladı qarşısında cavabsız etməsin".
Qeyd edək ki, Kamil Zeynallı bu gün Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb. O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. İdmançının barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib və onun haqda 30 sutka inzibati həbs qərarı verilib.










Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür